Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for İyun 2010

Qısa Fasilə


Şəkilin mənbəsi burada.

Əziz oxucularım,

Sizə  bildirmək istəyirdim ki, Türkiyə-Azərbaycan səfərimlə əlaqədar bir müddət internet bağlantım olmayacaq. Ona görə yeni reseptlər bir az ləngiyəcək. Əgər bu müddət ərzində bloqa şərh yazacaqsınızsa, onları dərhal bloqda görməsəniz narahat olmayın – mən onları oxuyub təstiq etdikdən sonra onlar bloqda görünəcək. Bunu ona görə etmək məcburiyyətindəyəm ki, bloquma bəzən virus daşıyıcı və yaxud səviyyəsiz şərhlər yazılır. Hamısını nəzərdən keçirməliyəm ki, siz, dəyərli oxucularımın şərhləriylə qarışmasınlar.

Hələlik isə bloqdan ayrılmayın. Tezliklə yeni-yeni yemək reseptləriylə görüşənədək!

Uzaq sahillərdən yaxın sahillərə yaxınlaşmaqda olan bəndəniz,

Fəridə