Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Sentyabr 2012

Bir Gün Larçmont Bazarında

Bir Gün Larçmont Bazarında

Keçən bazar günü universitet rəfiqəm Xui Mei uşaqlarla məni onun çox bəyəndiyi və hər həftə getdiyi bazara apardı. Bazar bizim yaşadığımız evdən bir az uzaqdır, onun evinə isə lap  yaxındlr, ona görə o hər bazar günü səhəri mütləq bazara gedir. Bazarın adı Larchmont Farmers Marketdir. Los Ancelesin mərkəzinə yaxın yerləşən Larchmont Village adlanan yerdə hər bazar günü açılır. Bazarın ərazisi Azərbaycanda gördüyünüz bazarlar kimi deyil – kiçikdir. Amma maraqlı yerdir. Burada orqanik becərilən meyvə-tərəvəz, göy-göyərti, dibçəklərdə göyərti, tərəvəz və ağaclar, ətirli zeytun yağları, bal, güllər, əl işləri və sairə tapmaq olar. Ən çox xoşuma gələn göbələklər idi – o qədır növü var idi ki! Buyurun, virtual olsa da, siz də mənimlə bu maraqlı bazara qısa bir səhayət edin.

Əncir alıcılarını gözləyir.

Müxtəlif tərəvəz.

Avokado – məşhur avokado əzməsi quakamole üçün əladır!

Rəngarəng güllər.

Salat üçün otlar.

Qiymətində endirim olan üzüm.

Şirin kartof Yam (yam əslində kartofa bənzər başqa tərəvəzdir, amma Amerikada şirin kartofa da bəzən yam deyirlər).

Marakuya – sevdiyim ekzotik meyvələrdən biri.

Burada isə nar şirəsi satılırdı. Sizcə haradan! Azərbaycandan! Şirkətin sahibi xarici vətəndaşdır və Azərbaycanda olduğunu dedi. Mənim oradan olduğumu öyrənəndə sevindi.

Nar şirəsi satılan yer.

Bu isə Amerikan narı! Nar sezonu yavaş-yavaş başlayır.

Narlar.

Rəngarəng pomidorlar.

Birinci dəfə idi ki, uzun qarpız görürdüm. Maraqlı idi!

Göbələk sevənlər üçün əsl cənnət!

Şanterel göbələyi

İstridyə göbələyi.

Portobello göbələyi.

Bu isə bazarsevər uşaqlarım.