Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Oktyabr 2012

Pendirli Qurabiyə

Pendirli Qurabiyə

Bu qurabiyələri bir neçə gün öncə rəfiqəm Nurun türk dilində yeni açılmış blogundakı reseptdən götürərək hazırlamışam. Siz bu dadlı təamı bir fincan isti şirin çay, bir stəkan soyuq süd, yaxud ən yaxşısı elə-blə yeməklə həzz ala bilərsiniz. Nur reseptdə Türkiyədə tanınan kaşar pendirindən istifadə edir. Mən burada onun əvəzinə Mozarella pendirindən istifadə edirəm.

Pendirli Qurabiyə
Resept Damla Sakızın blogundan adaptə edilmişdir

Təxminən 40 ədəd qurabiyə hazırlamaq üçün lazım olan ərzaqlar:

Xəmir üçün:

3 fincan (yaxud bir qədər əlavə ) ələnmiş un
1 çay qasığı duz
250 qr duzsuz kərə yağı, otaq tempraturunda yumşaldılmış (isitmək və əritmək olmaz)
6 dolu çay qaşıgı sürtkəcdən keçirilmiş Mosarella pendiri
1 yumurtanın ağı

Üzərinə çəkmək üçün:

1 ədəd yumurtanın sarısı (əgər yumurta balacadırsa 2 ədəd)
Paprika

Hazırlanması:

İlk olaraq xəmir hazırlanır. Böyük qaba 3 fincan un, duz, yağ, pendir və yumurta ağı tökülür. Əl ilə qarışdırılır, sonra yoğrulur. Əgər ehtiyac varsa artıq un əlavə olunur. Ehtiyatlı olmaq lazımdır ki, un çox olmasın yoxsa xəmir bərk alınar. Xəmir yapışqan deyil elastik olmalıdır.

Xəmir iki kündəyə ayrılır. Üzəri mətbəx dəsmalı ilə örtülür və 10 dəqiqə dincəlməyə qoyulur.

Soba 175C dərəcəyədək qızdırılır. Qurabiyə bişiriləcək listə perqament kağızı yerləşdırılır.

Kündələr oxlovla təxminən 8 mm qalınlığında dairəvi yaxud dördkünc açılır. Kəsici alətlə xəmir zövqə görə istənilən formada kəsilir. Sonra bişiriləcək listin üzərinə yerləşdirilir. Xəmirin üzərinə yumurta sarısı çəkilir və bir qədər paprika səpilir.
Təxminən 30 dəqiqə, üzəri azca qızılı rəng alanadək bişirilir. Tam soyuduqdan sonra süfrəyə verilir.