Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Yanvar 2014

Un Qurabiyəsi

Un Qurabiyəsi

Westgold

Un Qurabiyəsi

Un Qurabiyəsi

19 ədəd qurabiyə üçün

Ərzaqlar:

125 qram Westgold kərə yağı – oda hərarətində yumuşalmış
1 armudu stəkan şəkər kirşanı (pudrası)
1 çay qaşığı qabartma tozu
3 artmudu stəkan ağ un
Üstünə səpmək üçün əlavə şəkər kirşanı

Hazırlama Qaydası:

Un Qurabiy?si

Bir kasada yağ və şəkər kirşanını qaşıqla bir-iki dəqiqə ərzində  qarışdırın. Üstünə qabartma tozu və unu əlavə edin. Əlinizlə xəmir alınanadək yoğurun. Xəmir bərk olmalıdır, amma çox deyil (plastilin kimi). Lazımdırsa,  bir az da un əlavə edin.

Un Qurabiy?si

İri listin üstünə perqament kağızı sərin. Sobanı 180C-dək qızdırın.

Alınan xəmiri qoz boyda parçalara ayırıb, 19 ədəd top düzədin. Topları listə düzün.

Un Qurabiy?si

Sobanın orta təbəqəsində 20 dəqiqə ərzində, və yaxud altları bir qədər qızaranadək bişirin. Qurabiyələrin üstü ağ qalmalıdır. Soyutduqdan sonra üstlərinə şəkər kirşanı ələyin.

Un Qurabiyəsi

Westgold