Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for İyul 2014

Qaragiləli-Bananlı Keks

Qaragiləli-Bananlı Keks

Westgold02

Qaragiləli-Bananlı Piroq

Artıq əldə tutula bilməyəcək qədər yumşalmış, hətta içi bir az qaralmış bananları nə etmək olar? Yəgin çox insan onları atmaq istəyər. Amma atmayın. O bananlar bu ləziz, yumşaq keksin tərkibinə əlavə oluna bilər! Üstəlik, eyni reseptdə istifadə etdiyimiz qaragilə bananla bir yerdə çox maraqlı təama  yol açır. Qaragiləniz yoxdursa, istədiyiniz giləmeyvədən istifadə edə  bilərsiniz. Nuş olsun!

Qaragiləli-Bananlı Keks

Ərzaqlar:

225 qram un (bir stəkan yarım)
Bir çimdik duz
Yarım çay qaşığı qabartma tozu
1 çay qaşığı soda
Yarım çay qaşığı darçın
Bir çimdik üyüdülmüş zəncəfil qurusu (mütləq deyil)
160 qram şəkər tozu (stəkanın 3/4-ü)
2 yumurta
2 çay qaşığı vanil ekstraktı
75 qram Westgold kərə yağı
2 yetişmiş yumşaq banan (1 stəkan banan əzməsi əldə etmək üçün)
1 stəkan qaragilə

Hazırlanma Qaydası:

Sobanı 180Cdək qızdırın. Ölçüləri 23 X 13 X 8 santimetr olan keks formasının içini yağlayıb, bir az da unlayıb kənara qoyun.

Qaragiləli-Bananlı Keks

Bir qabda un, duz, qabartma tozu, soda, darçın və zəncəfil tozunu qarışdırıb kənara qoyun.

qaragile04

Ayrı qabda şəkər tozu ilə yumurtaları yüngülvari çırpın. Vanil ekstraktını əlavə edib qarışdırın.

qaragile03

Kərə yağını əridib soyudun.

qaragile05

Bananları çəngəllə əzib püre halına gətirin. Resept üçün 1 stəkan banan əzməsi lazımdır.

qaragile06

Soyumuş yağı və banan əzməsini yumurtalı kütləyə əlavə edib qaşıqla qarışdırın. Unlu kütləni də buraya qatıb yenidən qarışdırın.

qaragile02

Ən axırda qaragiləni də buraya əlavə edib meyvəni zədələmədən, yüngülvari qarışdırın.

qaragile07

Keksin xəmiri hazırdır.

qaragile08

Xəmiri keks formasına boşaldın.

qaragile09

Keksi isinmiş sobanın orta gözündə 1 saat bişirin.

Qaragiləli-Bananlı Piroq

Keksin bişib bişməməsindən əmin olmaq üçün, keksin içərisinə kibrit batırıb çıxardın – kibrit təmiz çıxırsa və üstünə xəmir yapışmayıbsa, deməli, keks hazıdır. Keksi sobadan çıxartdıqdan sonra qoyun öz formasında tamamilə soyusun. Sonra formadan çıxardıb süfrəyə verin.

Şərh yazmağı unutmayın! Müzakirəyə qoşulun.

Westgold