Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Sentyabr 2014

Kitabım Hazırdır!

Kitabım Hazırdır!

 

Dostlar, mənim üçün çox sevindirici olan bu xəbəri çoxdan ingilisdilli səhifəmdə paylaşmışdım, amma bu səfihəyə əlim çatmamışdı. İndi paylaşıram. Deməli belə! Nəhayət, 7 ildir üzərində işlədiyim kulinariya kitabım çapdan çıxdı! Kitab iniglis dilindədir. Kitabda reseptlərlə yanaşı (təxminən 200 resept), atalar sözü, mədəniyyətimizə aid məlumat yer alır. Kitab rəngli fotoşəkillidir. Özünüzə, dostlarınıza, sevdiklərinizə gözəl hədiyyə ola bilər.  Keçidini bu yazıya əlave etdiyim kitabla bağlı qısa videonu qızım hazırlayıb. Ümid edirəm ki, baxıb bəyənəcəksiniz!

Bəs bu kitabı haradan və necə əldən etmək olar?

Bakıda yaşayırsınızsa:

Variant 1: Kitab hal-hazırda ön sifarişə çıxardılıb. Keçiddəki saytdan kitabı sifariş edib, onu Bakıda təyin edəcəyim yerdən ala bilərsiniz. Ön-sifariş müddəti təxminən bu həftənin axırına kimi davam edəcək. Bu cür sifariş etsəniz, yalnız və yalnız kitabın qiymətini ödəyəcəksiniz. Nəqliyyat isə pulsuzdur. Bu variant ön sifariş müddəti  qurtardıqdan sonra dəyandırılacaq.

Sifarişi buradan edə bilərsiniz: http://www.azcookbook.com/product/pomegranates-and-saffron/

Variant 2:  Kitab tezliklə Bakıdakı Əli və Nino mağazalarında satışa çıxacaq (tarix sonra açıqlanacaq).

Türkiyədə yaşayırsınızsa:

Yuraxıra qeyd etdiyim keçiddən Türkiyənin hər təfərinə kitab sifarişi edə bilərsiniz. Kitabın qiymətindən əlavə “yurtiçi kargo” ödəməsi də edəcəksiniz. Kitablar sizə  birbaşa Türkiyədən göndəriləcək. Qeyd edim ki, Türkiyə təmsilçimizdə sadəcə 7 kitab qalıb. Digərləri artıq sifariş olunub.

UPDATE: Türkiyədə satılan kitablar artıq qurtarıb!

Başqa ölkədə yaşayırsınızsa:

Yenə yuxarıdakı keçiddən yaşadığınız ünvana kitab sifariş edə bilərsiniz. Dünyanın hər nöqtəsinə kitab göndəririk.

Diqqətinizə və dəstəyinizə görə çox sağ olun!

Fəridə