Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for İyul 2015

Gourmand Best in the World Mükafatının Qalibiyik!

Gourmand Best in the World Mükafatının Qalibiyik!

Gourmand Best in the World Award
Nəhayət! Bu xəbəri hardasa bütün dünyaya yaymışdım, amma növbə bloquma çatmırdı ki, çatmırdı. Texniki səbəblərdən bloqumda heç bir şey edə bilmirdim. İndi isə axır ki, sizinlə xoş xəbər paylaşmaq istəyirəm.

IMG_9759

“Pomegranates & Saffron” adlı kitabım Gourmand Best in the World (Dünyada Ən Yaxşı) Mükafatına laiq görüldü! Qaliblər  iyun ayının 9 Çinin Yantai şəhərində keçirilən tədbirdə elan olundu.  Bu sözləri buraya yazarkən belə buna inanmaqda çətinlik çəkirəm. Elə bil bir yuxudur. Bir vaxt ağlıma belə gəlməzdi ki, hansısa ani və bir qədər dəlisov bir ideya məni buralara qədər gətirib çıxardacaq. Mən sadəcə ideyama inanırdım və ortaya maraqlı və gözəl layihə çıxartmaq istədiyimə görə heç bir çətinliyə baxmadan gecə-gündüz işləyirdim.

prestige awards
Mənbə: www.cookbookfair.com

Kitabım Beynəlxalq Münsiflərin Xüsusi Mükafatına (Special Award of the International Jury) laiq görüldü. Nə deyim. Çox xoşbəxtəm və kitabıma dəyər verdiklərinə görə münsiflərə təşəkkür edirəm.  Əslində kitabım Şərqi Avropa yemək kitabları ilə yarışırdı, amma yuxarıda qeyd etdiyim kateqoriya surpriz və xüsusi kateqoriyadır – yalnız tədbir günü açıqlanır. Qaliblərə ikiqat sevinc gətirir.

Bu da tədbirdə iştirak edənlər barədə qısa məlumat lövhəsi.

Gourmand FinalsMənbə: www.cookbookfair.com

Bu isə mənim səhnədə sevinc reaksiyamdır. Nitqimi hazırlamamışdım, hazırlasaydım belə hamısı həyəcandan unutulacaqdı. Amma məni dəstəkləyən hər kəsə təşəkkür etməyi unutmadım. Tək-tək adları çəkmək fürsətim yox idi, amma bilin ki, təşəkkür etdiklərimin arasında siz də var idiniz. Çox sağ olun!

IMG_9752

Gourmand World Cookbook Awards

DAVAMINI OXU