Best in the World!
Dadlı yemək reseptləri bloqu

Monthly archive for Avqust 2016

Nanə Qurusunun Hazırlanması

Nanə Qurusunun Hazırlanması

Nanə Qurusunun Hazırlanması

Əlinizə bol nanə düşəndə mütləq qurudun və saxlayın. Çünki quru nanədən mətbəxdə çox istifadə olunur. Bol ehtiyatınızın olması çox vacibdir. Quru nanədən mən Azərbaycan və Türkiyə mətbəxindən olan yeməklərin hazırlanmasında çox istifadə edirəm.

Bu ətirli yarpaqları şorba və salatlara səpə bilərsiniz,  küftə bişirəndə ətə qata bilərsiniz, dolmanın içliyinə vura bilərsiniz və ya qara çay yarpaqları ilə yanaşı çaynikdə dəmləyə bilərsiniz. Insanın ruhunu oxşayan ətri, təravətli, dadı ilə yanaşı nanə qurusunun bir çox tibbi faydaları da var.

Nanə Yarpaqları

Son zamanlar əlimə çox nanə düşür. Təxminən bir həftə əvvəl, Melissa’s Produce qida şirkətinin təşkil etdiyi kitab təqdimatında mən daxil olmaqla, bütün qonaqlara bir neçə dəstə nanə hədiyyə etdilər. Bundan bir neçə gün sonra, rəfiqəm mənə öz həyətindən yığdığı təravətli və ətirli bir torba nanə gətirdi. Elə həmin günlərdə mənim balaca, amma sürətlə çiçəkləyən nanə bağçam mənə bol məhsul verdi. Mətbəximdə həddindən artıq çox nanə var idi. Amma heç ziyanı yoxdu, çünki artıq nanəni həmişə qurutmaq olar ki, mən də elə bunu etdim.

Nanə Qurusu

DAVAMINI OXU