Best in the World!
Dadlı yemək reseptləri bloqu

Ağ Lobya Salatı (Fasulye Piyazı)

Fasulye Piyazı Türk mətbəxinin klassik salatlarından biridir. Adətən kababların yanına qarnitur kimi verilir, amma ayrı ayrılıqda da yeyildiyində çox ləzzəli olur. Türkiyənin müxtəlif bölgələrində fasulye piyazı fərqli reseptlərlə hazırlanır. Burada gördüyünüz resept ən çox tanınan reseplərdən biridir. Nuş Olsun!

Ağ Lobya Salatı (Fasulye Piyazı)

Qeyd: Tərəvəz, göyərti, zeytun yağı, limon və ya sirkənin miqdarını zövqə görə azaltıb çoxalda bilərsiniz.

Təxminən 4 pay üçün

1  1/2  stəkan quru ağ lobya  – gecədən suda isladılmış
1 ədəd orta boy soğan – yarıya bölünüb, uzunsov doğranmış
1 stəkan xırda-xırda doğranmış cəfəri
1 ədəd orta boy yaşıl Bolqar bibəri – xırda-xırda doğranmış
2 ədəd orta boy pomidor, xırda-xırda doğranmış
1/4 stəkan zeytun yağı
zövqə görə sıxılmış limon suyu və ya sirkə
zövqə görə duz
zövqə görə istiot
1 ədəd bərk bişmiş yumurta – 4 dilimə  bölünmüş
bir neçə ədəd qara zeytun
sumax və yaxud şirin qırmızı  bibər tozu

1. Lobyanı süzüb suda yumuşalanadək bişirin. Süzüb iri bir qaba qoyun.

2. Soğanı təxminən 1 x. qaşığı duzla ovun ki, acı suyu çıxsın və yumuşalsın. Sonra isə soğanı yuyun və əlinizlə suyunu sıxıb atın. Soğanı lobyaya əlavə edin.

3. Yumurta, zeytun, sumax və ya bibər tozundan başqa bünün ərzaqları lobyaya əlavə edib qarışdırın.

4. Salatı servis qabına yerləşdirib, yumurta dilimləri və zeytunla bəzəyin. Yumurtanın üstünə azca ya sumax, ya da bibər tozu səpin.

Bir cavab yazın

13 Şərh
  1. ne yaxsi ik serh menden?hamiya salamlar olsun.aferin size feride xanim.meni lap iki il bundan qabaq yasadiqim gunlere qaytardiniz.hemin vaxt men trabzondaydim mene menu teqdim etdiler mende baxdim.aciqi icinde artiq sey-suy olanda men yemekleri yeye bilmirem,menden sorusdular ki,hansi lobyalisindan isteyirsiniz?kicik gozlumu iri gozlumu, yoxsa paxlalimi?men paxlali istedim.yedim dadli idi.yol kecirdik o,qeder acdimki askimin payini bele yedim. yeni resseptinizde evvelkiler kimi harikadir.uqurlar.

  2. slm feride xanim.sizin cox reseptlerinizi sinamisham.cox gesheng alinir.mene zehmet olmasa kokteyl res gonderin

  3. farida xanim zahmat olmasa mana anali kizi corbasinin reseptini deyardizda man onu turkiyada yemisam cox xosum galib

  4. slm feride xanim,,sizden bir isteyim olacaq,kuru fasulyenin reseptini saytda yerlesdire bilersiniz mi?o yemeyi cox terifleyibler men de ozum bisirib dadina baxmaq isteyirem…size onceden tskler…

  5. Salam Feride xanim sizden bir xahisim var eger bilirsiz se zehmet olmasa mayanezin ev seraitinde hazirlanmasini yazardiz.Men Avstriyada oluram burda mayenez tubiklerdedir.SALAT hazirlayanda tek simitanla dadli olmur.Saqolun

  6. SALAM MENE DIETIK YEMEK LAZIMDI

  7. Aq lobya haqqinda coxdandir ki, resep axtarirdim. bu salatin resepti lap yerina dushdu.

  8. Siza dadli bir qelyenalti yazmaq istiyiram. Toyuqun dos etini nazik kasib, langet kimi doydukdan sonra, duz istiot vurursan. elin ici boyda olur. onun icina bir az kara yaqi uzunsov kasib, o boyda da holland pendiri. durmak kimi bukdukdan sonra yaqda qizardirsan. cox lezzetli olur.

  9. Salam Feride xanim,reseptlere gore chox sag olun mene sezar salatinin resepti lazimdir,zehmet olmasa onu mene gondererdinizde,evvelceden teshekkur

  10. Halal olsun, vallah! Bashqa soz tapmiram!

  11. bu gun bu salati hazirlayacam,gorum nece alinir:)
    cox sag olun xanim,bilmediklerimizi sizden oyrenirik…
    Allah sizden razi olsun.

  12. salam necesiniz????yeni yemek reseptleri paylassaniz cox memnun olaram.

  13. Tsk reseptcun

Bir cavab yazın