Best in the World!
Dadlı yemək reseptləri bloqu

Alma “Yağı”

Bir müddət bundan əvvəl qızımın köhnə dildə desək “pioner” dəstəsi (əslində isə Girl Scout adlanan dəstə) ilə alma bağlarına tur etdik. Bağdakı ağacların çoxunun üstü almasız idi, çünki barın demək olar ki, hamısı bağbanlar tərəfindən yığılıb satılması üçün torbalara doldurulmuşdur (Burada bir mahnı yadıma düşür – Ağacda alma, dərrəm sataram:)))) Yəni, özümüzə ağacdan alma dərmək qismət olmadı. Uşaqlar əynəndilər, valideynər isə hərə bir neçə torba alma aldıq, evə qayıtdıq.

Almanın bir çoxunu eləcə yedik, birazından da burada məşhur olan alma “yağı” bişirdim. Yağ sözü sizi narahat etməsin – burada yağ qətiyyən yoxdur. Əslində bu, cemdir. Sadəcə olaraq, yağ sözü məcazi mənada işnəlir, ona görə ki, hazır cem yağ kimi hamar olur, və çörəyin üstünə yağ kimi çəkilib yeyilir. İsti tostun üstündə isə lap ləzzətli olur. Evdə almanız çoxdursa, bu cemdən mütləq hazırlayın.

Alma bağında iri su dolu verdələrə yığılan almalardan elə buradaca alma şirəsi hazırlanır.

Alma “Yağı”

Təxminən 2 fincan üçün

Qatılacaq ədviyyatlar zövqə görə müəyyən olunur. Reseptdəki ölçülərlə ədvalı yağ daha zərif tamlı olur.

Tərkibi:

2 kilo alma (təxminən 10 ədəd alma,sortunun heç bir fərqi yoxdur. Yaxşı alınması üçün eyni zamanda həm turş,həm də şirin növündən istifadə oluna bilər)
1 fincan alma qabığı və özəyindən alınmış sirkə (şirə – bunu soyduğunuz almanın qabığı və özəyindən əldə edəcəksiniz)
2 fincan su
2 fincan şəkər tozu
3 xörək qaşığı təzə sıxılmış limon şirəsi
1/3 çay qaşığı döyülmüş darçın
1/3 çay qaşığı döyülmüş hil
1/8 çay qaşığı döyülmüş yel cevizi (cövüz, rusca – мускатный орех)
1/8 çay qaşığı döyülmüş mixək
1/8 çay qaşığı döyülmüş zəncəfil

Hazırlanması:

Yuyulmuş almaların qabığı soyulur və özəyi çıxarılır,amma bunlar atılmır,ayrıca saxlanır. Almalar zolaq şəklində,qalın halda doğranılır. Qabıq və özək şirəçəkəndən keçirilib şirəsi çıxarılır. Bizə 1 fincan şirə lazım olacaq.

Alma,sirkə və ərzaqların qalan hissəsi böyük qazana tökülüb üstü açıq halda orta tempraturda bişirilir. Almalar yumşalanadək, təxminən 45 dəqiqə, qazan taxta qaşıqla qarışdırılmalıdır ki,içindəkilər bərkiməsin və yanmasın. Sonra isə kartof əzən yaxud çəngəllə almalar əzilib püre halına salınır.

Hazır alma püresi başqa, balaca qazana boşaldılıb üzərinə zövqə görə ədviyyat vurulur. Vam odda üstü açıq halda bişirilir. Təxminən 1.5-2 saat cem halına gələnə, qatılaşıb rəngi tündləşincəyədək (karamel rəngi alana kimi) bərkiməsin və yanmasın deyə püre tez-tez qarışdırılır. Sonra isə odun üzərindən götürülüb soyudulur. Soyuduqdan sonra banka və ya hava keçirməyən kip qablara tökülüb ağzı bağlanmalıdır. 2 aya qədər soyuducuda saxlamaq olar.

Bir cavab yazın

7 Şərh
  1. Edvalarim yoxduuuu(( yoxsa sabah eleyerdim bunu alma coxdur,xarab olmasin deye..

  2. GNILOVSKI – Ədvasız da olar. Narahat olmayın. Amma əlbəttə, ədvayla daha ləzzətli olur.

  3. Feride xanim salam. Ele mende neche gundur evdeki almalara baxib fikirleshirem ki, bunlardan nece yaxshi cem bisirmek olar! Amma tenbellik…. amma sizin reseptle mutleg cem eleyecem. Bir sheyi basha dusmedim, soyulmush almalarin ustune almalanin oz ichinden ve gabigindan hazirlanan suyu, ve resepte yazilan 2 fincan suyu da elave etmek lazimdirmi??

  4. NIGAR – Bəli.

  5. tesekkur edirem.cox maraqli reseptdir. nenemgil balakenden alma gonderen kimi hazirlayacam.

  6. salam feride xanim,cooox sagolun bele gozel reseplercun.men bu sayti tapannan sonra her defe imkan olduqca girib baxiram.bezi reseplerden istifade etmiwem.en yaxwisi zebra tortu olub))))))tewekkurler,yorulmayasiz.

  7. Pervin xanimin yazdiqlarina mende qatiliram. Heyqeten gozel reseptler paylasirsiniz. Size oz tesekkurumu bildirirem yorulmayin feride xanim

Bir cavab yazın