Best in the World!
Dadlı yemək reseptləri bloqu

Baba Qanuş

Baba Ghanoush

Mənə görə baba qanuş yer üzünə məlum olan ən yaxşı badımcan qəlyanaltılarından biridir. Bəlkə də mən badımcanı çox xoşladığıma görə qərəzliyəm. Ancaq mən doğrudan da elə bir adam tanımıram ki, bu dadlı Yaxın Şərq əzməsinin dadına baxdıqdan sonra onu bəyənməsin. Baba qanuşu hazırlamaq üçün közərdilmiş badımcanı əzirlər, daha sonra tahin, sarımsaq və limon suyu ilə qarışdırırlar.

Ərəbcə “baba” “ata”, “ğanuş” isə “ərköyün,” mənasında işlənir.  Beləliklə “baba ğanuş”un (alternativ sələnişləri: baba ganuş, baba ğanuc) hərfi tərcüməsi “ərköyün ata”dır. Bir mənbə onu hətta “atanın gül balası” kimi tərcümə edir. Məzəli addır, elə deyilmi? Adın etimologiyası bir tərəfə, baba qanuş əla yeməkdir!

Baba Ghanoush

Əgər siz bu əzmənin dadına restoranda baxmısınızsa və sizə onun necə hazırlandığı maraqlı gəlibsə bilin ki, bu əsla çətin deyil. Əlbəttə ki, əlinzdə düzgün təlimatları verən, bütün sirləri açan yaxşı resept varsa.  Beləliklə mən sizə öz gözəl reseptimi təqdim edirəm. Bu reseptin üzərində o qədər işləmişəm ki, istənilən restoranda hazırlanmış baba qanuşdan yaxşı alınır (bu cümləni deyərkən məni ciddi və iddialı görkəmdə təsəvvür edin). Nuş olsun, əziz dostlar!

Baba Ghanoush

Baba Qanuş

Təqribən 4 porsiya

Başlamazdan əvvəl bir neçə qeyd:

1. Ən yaxşı baba qanuş ağac közünün üzərində, yaxud açıq alovda hazırlanmış badımcandan alınır.  Köz ətri bu əzmənin gözəl dadına əla yaraşır. (Hazırlanma qaydasına baxın.)

2. Orta boylu badımcanlar alın. Yumru badımcan baba qanuş üçün ən yaxşı namizəd deyil, çünki onlar çox iri olduğundan közdə, yaxud alovda bərabər qaydada bişmir, xüsusən də əgər siz manqal, yaxud qaz sobasından istifadə edirsinizsə.

3. Badımcanlaın içərisindəki tumlara diqqət edin. Tumu çox, yaxud tumlarının rəngi çox tünd olan badımcanlar əzmənin içində yaxşı görünməyə bilər. Əlavə məlumat üçün reseptə baxın.

4. Mən öz baba qanuşuma qatıq əlavə etməyi sevirəm, çünki qatıq onun rəngini açır və ona kremvari tekstura verir (sirrimi açdım). Məsləhətdir. Siz də belə edə bilərsiniz.

5. Baxmayaraq ki, mən bu resepti bacardığım qədər yaxşılaşdırmağa çalışmışam, siz öz baba qanuşunuza zövqünüzə görə daha çox tahin, sarımsaq, yaxud limon suyu əlavə edə bilərsiniz.

Ərzaqlar:

8 orta boylu badımcan
2 xörək qaşığı tahin (küncüt pastası/əzməsi)
2 xörək qaşığı zeytun yağı
2-3 diş sarımsaq, sarımsaq əzəndən keçirilmiş
4 xörək qaşığı təzə limon suyu
2 xörək qaşığı qatıq
Duz
Zeytun yağı, üstünə tökməyə
İncə doğranmış cəfəri, üstünə səpməyə
Sumaq, üstünə səpməyə (istəsəniz)

Hazırlanma qaydası:

Əvvəlcə badımcanları közdə, yaxud açıq atəşdə bişirin. Bunun üçün əlinizdəki imkanlardan asılı olaraq bir neçə üsul var. Məqsəd badımcanların qabığını közləndirmək, mətini isə yumşaltmaqdır. Bu işi həll edəndən sonra badımcaları soyumaq üçün kənara qoyun.

1) Odun qrilində (tövsiyyə olunan üsuldur, ən yaxşı dad məhz belə əldə edilir):  Odunu yandırın və alovun dilləri itənə, yerində yanan köz qalana qədər gözləyin. Badımcanları közüm içinə basdırın və burada 15 dəqiqə bişirin. Siz həm də badımcanları şişə çəkib şişləri közün üzərinə yerləşdirə bilərsiniz. Bu halda siz şişləri vaxtaşırı çevirməlisiniz ki, badımcanların hər tərəfi közlənsin.

2)  Qaz sobasında (bu da yaxşıdır; bu halda da köz dadını əldə edəcəksiniz). Badımcanları qaz sobanızda birbaşa açıq alovun dilləri üzərinə yerləşdirin. Onları vaxtaşırı maşa iləgötürərək çevirin ki, hər tərəfi közərsin. (Mənim sobam elektrik sobasıdır, ona görə mən badımcanları birbaşa qızdırılmış plitənin üzərinə qoyuram və orta istilikdə təxminən 10 dəqiqə bişirirəm. u zaman onları vaxtaşırı  çevirirəm ki, hər tərəfi közlənsin. Bu halda da köz dadı alınır.)

3) Sobanın içində (duxovkada) (ən az tövsiyyə olunan üsul; köz ətri çox az olur): Badımcanları listin üzərinə yerləşdirin və 205 dərəcə selsiyə qədər qızdırılmış sobada qabıqlar közlənənə, badımcanlar yumşalana qədər, təqribən 25 dəqiqə bişirin.

Badımcanlar bir az soyuyandan sonra onların qabığını tam soyun. İndi isə tumlara fikir verin – əgər onlar çox tünd rənglidirsə və çoxdursa onları ehtiyatla çıxarıb kənara qoyun (atmayın! Bir az duz səpib ləzzətlə yeyin!) Əgər tumları azdırsa və rəngi açıqdırsa qoyun qalsın. Badımcanların qulplarını kəsin.

Daha sonra təmizlənmiş badımcanları bir dərin qaba yığıb çəngəllə əzin. Heç vaxt blenderdə qarışdırmayın! Badımcanlar bir az diri qalmalıdır.

Tahin, zeytun yağı, sarımsaq, limon suyu və adi qatıq əlavə edin. Zövqə görə duz vurun. Yaxşıca qarışdırın. Hazır əzməni qaşıqla boşqaba qoyun. Üzərinə bir az zeytun yağı gəzdirin və cəfəri səpin. Əgər istəsəniz sumaq da səpə bilərsiniz. Süfrəyə çörək, yaxud qızardılmış pita ilə verə bilərsiniz.

Resept xoşunuza gəldi? Müzakirəyə qoşulun. Şərh yazmağı unutmayın.

Baba Ghanoush

Bir cavab yazın

27 Şərh
  1. Badimcani cox sevirem. Sabah mutleq hazirlayacam. Feride xanim bele maraqli recepti paylasdiginiza gore size minnetdaram.

  2. Elinize salig Feride xanim .gounusu ureyacan olmasada dadi ela olar yeginki .sizin təriflədiyiviz hec bir wey pos alinmir))

  3. Bizim zonada badimcani koz edirik.pamidoru biberi koz edirik. Yag sogan edib hamısını ezirik tokuruk ustune siz dediyiviz qaydada sarimsag ezirik icine en axirda ceferi vururuq.heqiqetem dadli olur .Biz buna ikra deyirik. O yadima duwdu bu teaminda ona oxwarliqi var .

  4. Elaaa iwdahimi acdi…men badimcani hec sevmirdim..bir defe sarimsaqnan qizardilmiw badimcani yedim ve coox xowuma geldi…bu retsepti mutleq yoxlayacam.inaniram ki ela alinacaq.cox sag olun

  5. Çox gözel ve dadlı bir reseptdi,ellerinize sağlıq bizimle bölüşdüyünüz üçün. Bir az ferqle bu talış metbexinden badımcan teresine benzedi. Amma eminem ki,dadları eynidi. Biz de badımçandan hazırlanan yemekleri çox sevirik…

  6. Salam Feride xanim. Ellerinize sagliq esl yay yemeyidi.. Men de sizinle cox dadli bir yemeyi paylawmag isdiyerdim. Cox adamin bilmediyi bir yemekdi, nenem hazirliyadi bunu.Yemeyin adi “Balba”di. Erzaqlar: baw sogan, yumru duyu, goyertiler (dovganin icerisine gedenler) ve bir az yag. Ve uzeri ucun sarimsaqli qatiq cox gozel dad verir. Evvelce 1 iri baw sogani xirda dogruyuruq yagda rengi deyiwmemek wertile cox az qovururuq, sonra uzerne teminen 150 gr yumru duyu tokuruk ve 0,5 litr qeder su elave edirik. Texminen 5 deqiqeden sonra evvelceden yuyub cox da xirda olmayacaq bir wekilde dogradigimiz goyertileri elave edirik (Bu yemekde goyerti duyuden cox olmalidir). Duzu zovqe gore elave edirik. Duyuler biwdise ” BALBA” miz hazirdir. Bu yemek ayrica qablara cekilir ve sarimsaqli qaliqla servis edilir… Nus olsun!!! Mutleq haziliyin cox dadli yemekdi. 🙂

    • Biz de bu yemeyi biwiririk…ama adini bilmirdim..heqiqeten de dadli olur

    • Çox sağ olun. Balvanı eşitmişəm, amma bişirməmişəm. Ləzzətli səslənir. Bu, hansı zonanın yeməyidir? Biraz Qarabağ buğlamasına oxşayır deyəsən.

  7. Biz terefde BALBA deilir, ama, bizde kone bir yemek kitabi var orda adi BALVA gedir. Esas dadidi o da ki, superdi…;-)

  8. Beliii tamaile duz tapmisiz Qarabag yemeyidi… Ama Qarabagin cox az hissesinde biwirilen bir yemekdi. Cox isdiyerdim ki, bunu da bir gun biwirib bloqunuza yerlewdiresiz. En azinnan itib getmesin bu cur yemeklerimiz..

    • Deməli tanıdım:) Əslində yemək Qarabağ buğlaması kimi tezliklə nəşr olunacaq kitabımda olacaq. Bloqa hələ yerləşdirə bilmərəm, çünki kitabda olacaq.

      • Salam hamiya, men Qarabag zonasindanam ve nenemin anasi (100den chox yashadi) bu yemeyi chox bishirirdi adina ise Balva yox Cirdana (or Jirdana) deyirdi. ancaq o goyertilerden daha cox ispanaga ustunluk verirdi. o yemeyi yeyende ushagligim yadima dushur…got emotional..

  9. Cox sevindim 🙂 Cox-cox tesekkurler, yemeklerimizi unutdurmursuz. Sizin bloqdan men o qeder cox wey oyrenirem kii, reseptleri yazdigim bir defterim var hamisini da yaziram ora sonra hazirliyiram bir-bir. Ama sizin bloqu tapmagima sebeb sobada peraski olub.coox dadli alinir oz de yagda qizardilan perawkiden daha xeyirlidi. Sonra almali kurabiye ele bilirsen ki, magazadan alinib. O qeder dadlidi ki.. wirin corek, adi corek.. hamisi superdi:-) Biwirirem hami bynir. Cox sagolun her weye gore. Allah komeyiniz olsun. Sizin kitab burda Bakida da satilir?

    • Çox sağ olun. Kitab Amerikada satılacaq. Sonrakı buraxılışları Bakıda da satmağa düşünürəm.

    • Kitabın ilk tirajı Bakıda deyil, Amerikada satılacaq, internetdən. Növbəti tirajlar Bakıda da satıla bilər.

  10. Salam. Feride xanim maragli ve leziz yemek reseptleri uchun teshekkur. Demek olar yazdiginiz reseptlerin hamisini hazirlayiram. Chox da yaxshi alinir. Teshekkur edirem

  11. Feride xanim salam . Bu salati cox beyenirem. Turk restoranlarinda yemishem. Buna deyesen sudde qatirlar?

    • Mən süd qatmıram. Amma bəzi buna bənzər badımcan salatlarına süd qatırlar.

  12. Salam, Feride xanim. Her bir qadin mexbexle bagli her seyi bile biler, ancaq bildirklerini bisirib teqdim etmek her qadinin isi deyil. Mence Sizin teqdimatiniz eladir, yeni cox istahachicidir)Meslehetleriniz ucun tesekkurler!

  13. Salam Feride xanim. Bakida tahin harada almaq olar?

    • Eşitdiyimə görə bəzi böyük və yaxud nadir tapılan ərzaq satan marketlərdə var.

    • Salam xanimlar.Tahini men dunen Makro marketden aldim.Ishchilerden soruhdum bilmediler.Ozum axtarib tapdim.Kicik ve boyuk bankalarda olur.

  14. Duneki iftar sufremize bu qelyanaltidan da hazirlamishdim, chox beyenildi

    teshekkurler reseptleri bolushduyunuze gore:)

  15. salamlar Feride xanima ve qizlara anamdan oyrendiyim bashqa badimcan salatinin receptin paylawa bilerem,1kq badimcan,1,5 lt qatiq,2 deste nane,6-7 dish sarimsaq,duz zovqe gore,badimcani uzunasina 4 yere boluruk,quyruglaarini atmariq keserken etli kesirik iri qazanda su qaynadiriq icine 1-2 qashiq duz elave edirik,badimcanlari portledirik yeni yumshalanda sudan cixart,quyruqlarinda ayriliqda.suzgece qoyuruq bir az soyusun,elimizle aci suyun sixiriq,kenarda qatiq,ezilmish,sarimsaq,dogranmish nane,I(quru nanede olar)duz (zovqe gore)bu sousun icine badimcanlari elave edirik,5-6 saat soyuducuda saxlayiriq.salat hazirdir.cox lezzetli olur esasende quyruqlari.elave deyim badimcan tutmasindada quyrugun atmiriq onuda sirkeye qoyuruq ve ustune iclik elave edirik.

  16. Hazırladım.Çox-çox dadlı!Suuuupeeeer!Teşekkürler

  17. tahini bakida hardan elde etmek olar?

Bir cavab yazın