Best in the World!
Dadlı yemək reseptləri bloqu

Balıq Buğlaması

Balıq Buğlaması

Azərbaycanda balıq buğlamasının bir çox növü var. Onlardan biri burada gördüyünüz bölgə (beluqa) balığından hazırlanan buğlamadır. Bölgə balığınız yoxdursa, onu bişdiyində dağılmayacaq hər hansı bir balıq növüylə əvəz edə bilərsiniz.

4 pay üçün

1 kilo bölgə balığı (beluqa) – tikələrə bölünmüş
2 ədəd pomidor – qabığını soyub, doğrayın (2 stəkan alınmalıdır)
1 ədəd yaşıl  bibər – doğrayın (1 stəkan alınmalıdır)
1 ədəd kərəviz sapı – doğrayın (yarım stəkan alınmalıdır)
yarım stəkan doğranmış cəfəri
2 ədəd dəfnə yarpağı
1 ədəd kiçik limon – 4 dilimə kəsilmiş
4 xörək qaşığı kərə yağı
duz, istiot

Qazan və ya dərin tavanın dibinə balıqları düzün. Duz-istiot səpin. Qalan ərzaqları bu qaydada  balığın üstündən lay-lay düzün – pomidor, bibər, kərəviz, cəfəri, dəfnə, limon, kərə yağı. Qazanın qapağını örtün və buğlamanı vam oddan təxminən 30 dəqiqə ərzində, və yaxud balıq bişənədək bişirin. Çörəklə süfrəyə verin. Nuş Olsun!

Bir cavab yazın

37 Şərh
  1. Befstroqanoff ( 5 porsiya ucun)
    500qr can eti
    1 kicik olculu sogan
    150 ml qaymaq
    ¼ limonun suyu
    4 xorek qasigi yag
    150 qr xirda dogranmis gobelek
    Xirda dogranmis ceferi
    Duz, istiot
    1) Eti uzun nazik sekilde dograyin. Yagda qizili reng Alana qeder qizardin. Eti qizartmazdan evvel duz ve istiotlayin. Et hazir olduqda tavadan goturun.
    2) Tavaya sogani tokun, bisirin. Daha sonra gobelekleri soganla qarisdirin,bisirin. Hazir olduqdan sonra tavadan yagini suzun.suzdukden sonra qaymaq elave edin. Sonra tavada qaymagin yarisi qalanadek bisirin .
    3) Limon suyu ,et ,qaymaqla soganla ve gobeleklerle qarisdirin.qablara isti sekilde verin,ceferi ile bezeyin.

  2. MELEYKE XANIM NECESIZ.MENIM BUGUN BIRAZ VAXTIM OLAN KIMI BIR NECE RESEPTLER GONDERDIM UMID VARAMKI BEYENERSINIZ.ELBETTE KI FERIDE XANIMINDA XOSUNA GELER.OPUREM,SIZI VAXTIM OLEN KIMI YENE YAZACAM…HELELIK

  3. salam Feride xanim.ela gorunur.men baliq sevenem bu menim ucun surpiriz oldu

  4. MELEYKE XANIM,NECESINIZ.ELE BIL BIR NECE GUNDU DAXIL OLMURSUNUZ.BIR NECE RESEPT YAZMISAM,XOSUNUZA GELEN OLSA GOTURUB YOXLAYIN.BARXAT SALATI NECE ALINDI?HAZIRLADINIZ?

  5. salam.bu yemeyi mamam hemise eliyir,hamida cox teecubnen yanasir yeni demek olar ki bizim aileden basqa kiminse elediyini gormemisdim.sen deme siz de edirsiz ve yemek kimi movcuddur:)mende ele bilirdim anamin icadidir:)cox qeseng gorsenir ellerinize sagliq.anam ama baligi birinci kere yaginda her iki terefine biraz qizardir sonra bele edir.

  6. buglama chox dadli olur.bishirmeniz meslehetdir.feride xanim men bural abune idim.milashka860809 adi ile.xatirladiniz?o pochtami bagladim..amma burdan da size abune oldu.axi sizsiz olmaz/

  7. salam feride xanim necesiniz.resept cox eladir amma men kanadanin vancouver seherinde yasadigima gore hemen belyuqa baligi tapa bilmemisem ola biler adini bilmirem amma cox isterdim o baliqdan yada asatrin baligi basqa baliqla onu evez etsek dadi nece olar sizce.Birde sizden eger mumkunse etli badamburanin reseptini daxil etseniz cox yaxsi olardi ugurlar.sag olun

  8. XANIMLAR, Şərhlərinizə görə çox sağ olun.

    Afet, buğlamanın müxtəlif növü var. Məsəl üçün Əli-Bayramlıda var, Səlyanda var. Hər yerin öz resepti.

    NURA: Xoş gəldin yenidən.

    KAMALƏ: Mən də Kaliforniyada burada osetrin tapa bilmirəm. Daha doğrusu burada olmur. Ona görə swordfish ilə əvəz edirəm. Orada da olmalıdır.

  9. cox sag ol meslehetinize gore.

  10. resepte gore sag olun

  11. Hamıya SALAM. Əsasəndə Fəridə Xanıma, reseptə görə Təşəkkürlər. Əvvəlcədən deyimki, dəniz məhsullarini dəlicəsinə sevirəm. Həm də bir hobbi kimi marağ dairəmdədi, təbii ki,yeyilən məhsullarınıda sevə-sevə yeyirəm.Beluqa gözel baliğdi,amma onun yerinə asotirin (bu baligin Azerice tercumesi,sehv etmiremse ag baliqdi) olsa mence dadi daha gozel olar.Tebiiki,bu zovqden asilidi. Bir şeyde deyim,buglamani közde (manqalda) bişirəndə dadi tamam başqa olur.Mən quzu buğlamasının közdə bişmiş formasını yemişəm, çox dadlı olur.

  12. Salam Günel xanım siz necesiniz bağışlayın sizallah menim başım 3gündür qarışıqdı bezi işler çıxdı heç kampyuterə yaxın getmeye vaxtım olmurdu Barxat salatını hazırlaya bilmemişem bu günlərdə hökman hazırlayacaqam toyuq və mal ətinin qarışıqından ibarət salat bilirəmki çox dadlı olar və sizə başqa reseptleriniz üçündə təşəkkur edirəm kartof keksidə əladır sabah gerek mütleq metbexe keçim bu yemekleri hazırlamaq üçün onsuz ele günümüz metbexde keçir ama exskluziv Metbexin lezzeti tamam ayrıdır öpürem sizi

  13. Salam Feride xanim beluqani kutumle evez etmek olarmi?

  14. XUMAR: Olar.

  15. tesekkurler anama lazim idi hamsini printerden cixartdim

  16. men bunu cox sevmedim.

  17. SALAM FƏRİDƏ XANİM.BALİQ BUGLAMASİNİ BİSİRİM COX ƏLA ALİNDİ TƏSƏKKURLƏR.BİRDƏ COX DARİXDİM TEZ GƏLİN SİZ OLMASANİZDA HƏR GUN BAXİRAM SAYTA .BURA BAXMAQDAN BOYUK ZOVQ ALİRAM.UGURLAR.

  18. Chox dadli alindi. Tashakkurlar!

  19. SAlam ne olar mene paytaxt salatinin reseptini yazib gondererdizde xaiw edirem

  20. tashakkurler.Sizin butun reseptleri goturmuwem cox xowuma gelir coxda sant wekilde gosterirsiniz allah caninizi sag elesin.burda baxiram amma paytaxt salatini gormurem cox xaiw edirem burda gosteresiniz eger mumkunse.

  21. Salamlar.Zehmetinize gore teshekkur edirem…Amma buglamanin muxtelif novu var deyib dadini qacirmayin cox xahish edirem.Buglamanin bir novu var o da ARAN bolgesinde bishirilir.Ve esl leziz ve tam resepte uygundur.Sizin burda verdiyiniz baliq buglamasinin resepti deyil.Bu yalniz baligin terevezlerle suda qaynadilmasidir.Bir de bele reseptle bishirilen yemeyi baliq buglamasi adina cixarib camaati buglamanin bele olduguna inandirmayin.Umid edirem incimezsiz,sadece anlayarsiz.Allah amaninda

  22. Salam Feride xanim bizim bölgədə bu yeməyi əsasən göyərti ilə bişirirlər

  23. super

  24. salam feride xanim cox gozeldir elerinize sagliq.buglama nece olur ki,buda buglamanin bir novudur da,xanimin xosuna aran bolgesinin buglamasi gelib buna bir sey deye bilmerem,amma bunuda inkar etmey olmaz.mesele bizim ailedede menden basqa buglamani seven yoxdur ,bu onun buglama olmadigi anlamina gelmez.yeni yeni resptlerinizi gozleyirik bayyyy.

  25. 4ox sag olun.xowum geldi.men umumiyyetle baligi cox sevirem.tewekkurler

  26. birde xaiw yeni resepler yazin))

  27. Salam Feride xanim! Bu buglamani somon (turkiyede ), lax da deyirler, ondan hazirlamaq olar?

  28. GUNEL – o baliq dagilar bu yemekde.

  29. Tesekurler!!!!

  30. salam feride xanim bu yemeyi mende tez tez bisirirem amma men buna halqa halqa dogranmis sogan duzurem,baligin altindan cox lezzetli olur,siz menden daha yaxsi bilersiz amma bir defe edin .birdeki men yagda qizarmis peraski xemirinin receptini isteyirem qizlarim onu cox sevir evvelceden tesekkurler.

  31. 100% temiz azerbayjan usulu ile bisirirsen Feride xanim halal olsun ne yaxsi ki sen bele sayt acmisan,xarijde yasayan cox vedendaslarimiz senin saytindan cox istifade edir.Xarijdeki cox tanislarima da sizin sayt haginda demisem haminin cox xosuna gelir,insallah dahada cox resept yazmaginizi xahis edirik.Allah jan saligi size ve ailenize gismet elesin.

  32. Salam.hindushka buqlamasinin reseptini bilmek isterdim.

  33. COX SAG OLUN BALIQ BUGLAMASININ RESEPTINE GORE.BISIRDIM XOSUMA GELDI

  34. Balig en sevdiyim yimey.baligdan olan butun nov yimeyleri sevirem.

  35. Beluqada sumuk azdi goren? Bilen varsa yazsin

  36. Əla. Təşəkkür edirəm. Soruşmaq istərdim ki, kərə yağını zeytun yağıyla əvəz etsək necə olar? Kalorisi az olsun deyə.

    • Əvəz edə bilərsiniz. Dadı bir qədər fərqli olsa da, pis alınmaz.

Bir cavab yazın