Best in the World!
Dadlı yemək reseptləri bloqu

Balqabaqlı-Krem Pendirli Qıvrım Piroq

Swirled Pumpkin-Cream Cheese Cake Bars

Biz öz balqabaq püremizi hazırladıq, indi onu rahat istifadə edə bilərik. Elədir? Elədir. Gəlin ləzzətli krem pendirli balqabaq piroqundan başlayaq. Piroq, amma keks kimi.

Xəmir sobaya girməzdən əvvəl ona qarışdırılmış krem pendir çox maraqlı effect verir – piroqu super yumşaq edir, demək olar ki, qaymaq teksturasına salır! Biz həm də piroqun ətrini daha da gözəlləşdirmək üçün payızın iki “olmazsa olmaz” ədviyyatından, darçın və muskat cevizindən istifadə edirik. Hazır piroqun rəngi də möhtəşəmdir.

Bu mənim bu piroqu bişirdiyim ilk dəfədir və əlbəttə ki, bu balqabaq mövsümü mən onu hələ yenə də bişirəcəyəm. Mən bu piroqu təzə dəmlənmiş, tüstülənən isti çayla çox bəyəndim. Soyuq payız havasında məni əməlli-başlı isitdi. Deməli belə. İndi bu möhtəşəm piroqu bişirmək üçün növbə sizdədir. Təəssüratınızı mənimlə bölüşün. Feyziyab olun! Özünüzü də isti saxlayın.

Swirled Pumpkin-Cream Cheese Cake Bars

Siz bu göyçək buruqlara baxın! 

Swirled Pumpkin-Cream Cheese Cake Bars

Nəm ərzaqları quru ərzaqlarla qarışdırıb belə bir xəmir əldə edirik.

Swirled Pumpkin-Cream Cheese Cake Bars

Balqabaq xəmirinə topa-topa krem pendiri əlavə edib gözəl naxış əldə etmək üçün bıçaqla buruqlar yaradın.  

03_swirled-pumpkin-cream-cheese-cake-bar_web

Əvvəl və sonra. Fərqi demək demək olar ki, mümkün deyil, eləmi? İkisi də çox gözəldir.


Balqabaqlı-Krem Pendirli Qıvrım Piroq
Sunset jurnalından dəyişdirilərək istifadə edilmişdir

Qeyd: Mən reseptdə qeyd olunan 1 ½ çay qaşığı əvəzinə yalnız 1 çay qaşığı darçından itifadə etdim. Bu, piroqa çox incə darçın dadı verdi. Əgər siz daha çox hiss olunan darçın dadına üstünlük verirsinizsə darçının miqdarını 1 1/2 çay qaşığına qədər artırın.

Ərzaqlar

6 xörək qaşığı kərə yağı (80 qram), əridilib soyudulmuş
1  3/4 stəkan şəkər tozu
3 iri yumurta, otaq temperaturunda
1 stəkan evdə hazırlanmış balqabaq püresi, yaxud balqabaq püresi konservi
1  3/4 stəkan un
1 çay qaşığı üyüdülmüş darçın
1 çay qaşığı çay sodası
1/2 çay qaşığı qabartma tozu
1/2 çay qaşığı üyüdülmüş muskat cevizi
1 paket (225 q) krem pendir, otaq temperaturunda

Hazırlanması

Sobanı 175ºC-yə qədər qızdırın.

33 x 23 sm-lik bir listi yağlayıb yüngülcə unlayın.

Bir dərin cəmin içində yağ və 1 ½ stəkan şəkəri mikserin orta sürətində eynicinsli kütlə alınana qədər çalın. Bu kütləyə növbə ilə 2 yumurta, balqabaq püresi və 1/3 stəkan su əlavə edib yaxşıca qarışana qədər çalın. Başqa bir cəmin içində un, darçın, çay sodası, qabartma tozu və muskat cevizini qarışdırın. Bu qarışığı yağlı kütləyə əlavə edib qarışdırın, yaxud da çalın. Xəmiri bərabər qaydada soba listinə yayın. (Mən Pyrex qabından istifadə etdim.)

Bir qabda orta sürətə qoyulmuş mikserlə krem pendiri, qalan yumurtanı və qalan 1/4 stəkan şəkəri tam qarışana qədər çalın.

Krem pendir qarışığını xörək qaşığı ilə bri-birindən bərabər məsafədə xəmirin üzərinə qoyun. Bıçağın ucu ilə hər krem pendir porsiyasını ehmalca xəmirin içinə burun. Güclü qarışdırmayın!

Əvvəlcədən qızdırılmış sobanın orta gözündə təxminən 30 dəqiqə, balqabaq xəmiri (krem pendir qarışığı yox) əl vurulanda geri qayıdan hala gələnə qədər bişirin. Tavanın içindəcə tamamilə soyuduqdan sonra piroqu 24 bərabər hissəyə bölün. Piqorunuzu belə doğranmış halda hava keçirməyən qabda 3 günə qədər saxlaya bilərsiniz. (Mən öz piroqumu elə bişdyi Pyrex qabında, üstünə streç örtüyü çəkərək saxladım).

Bir cavab yazın

13 Şərh
  1. Salam,Feride xanim!Bu krem pendir bizde qaymaga deyilir sef etmiremse?Ve qaymagdan ne qeder istifade etmek lazimdi?

    • Qaymaq başqa ərzaqdır. Krem pendirə qaymaq pendir də demək olar. Yağlı və sürməsi asan olan krem kimi pendirə krem pendir deyilir. Böyük marketlərdə olmalıdır. Miqdarı reseptdə yazılıb.

  2. Salam,cox sag olun,bax bu bawqa mesele,gozel alinib,dadi da gozel olar,ellerinize sagliq,eger zehmet deyilse balqabaqla bawqa reseptleriniz olsa mene de deyin,oxuyacam,indiden tewekkur,goruwene qeder,iwlerinizde ugurlar,bol wanslar

  3. Salam Feride xanim. Zehmet olmasa bu piroqa ne qeder yag (kere ve yaxud bitki yagi) lazimdir onu yazin. Tewekkurler

    • Yağı necə olubsa, qeyd etmək yaddan çıxıb. Çox sağ olun bildirdiyinizə görə. İndicə əlavə etdim.

  4. Eziz Feride, bugun bu nefis piroqu bishirdim. Mukemmeldi. Yeyenler bayildi:) skype-la canli yayimla Bakiya gosterdik, resepti aldilar bishirecekler:) ellerinize sagliq ela idi.

  5. Salam Fəridə xanım.Reseptə görə çox sağ olun.Ləzzətli bir piroq alındı məndə də 🙂

  6. Salam Feride xanim.cox lezzetli gorunur.ellerinize sagliq.
    Bir seyi basa dusmedim.krem pendiri tokdukden sonra biwiririk,yoxsa krem pendir biwirilmir?
    cox sag olun

  7. Salam Feride xanim! Ilk once deyim ki, saytinizin daimi izleyicisiyem ve reseptlerinizden tez-tez yararlaniram. Buna gore size cox cox tesekkur edirem. Balqabaqli piroqa geldikde ise, men de bu resept uzre bisirdim, eyni yazdigjniz kimi, sobada yaxsica shishdi, cixandan sonra shishi yatdi. Amma mene narahat eden icinin xemir qalmasidi. Neye gore bele oldu? Belke yagi cox olub ona gore. 6 qashiq yag istifade etmisdim, zehmet deyilse yagi qramla da miqdarini yaga bilseniz, cox memnun olardim. Onceden tesekkurler!

  8. Salam Feride xanim.bu pirogu bishirdim, yaxshi alindi,amma ust hissesi yeni pendirli hissesi xemir kimi qaldi , ele bil bishmemishdi .sizce niye?

Bir cavab yazın