Türk mətbəxində ən çox sevdiyim yeməklərdən biri də börəkdir. Börək duzlu piroq hesab olunur. Bir çox börək reseptləri vardır ki, onlar da Türkiyədə bölgədən-bölgəyə, həm ölüçüsünə, həm də formasına görə fərqlənir. Balaca və ya böyük rulet formasında, burma, sprial şəkilli, zərf kimi sarılmış və s. Bu börəklərin içliyi də fərqli ola bilir. Fərqli olmalarına baxmayaraq börəklərin hamısı yuxadan hazırlanır, həm də adi yuxadan. Börək üçün yuxanın içliyi ət, ispanaq, pendir, kabaçok, göbələk, sucuq, kartof və s. tərəvəzlər ola bilər. Sizə təqdim edəcəyim qat-qatlı ispanaqlı börəyin resepti qaynanamın resept kolleksiyasındandır. O, tanıdığım ən yaxşı börək ustasıdır.
Eyni resepti siz pendir, qiymə ət, və yaxud digər içlikli börəyi hazırlayarkən də istifadə edə bilərsiz. Yəni zövqə görədir. Bunu üçün sizə mağazadan türk börəyini hazırlamaq üçün çiy “yufka” xəmiri almaq lazım olacaq. Əgər “yufka” olmasa hər mağazada satılan adi nazik, böyük yuxalardan alıb istifadə edə bilərsiniz.
Ispanaqlı Börək
Ərzaqlar:
Diametri 50 sm olan 3 ədəd yufka (əgər böyükdürsə 2 ədəd yufakadan birini iki hissəyə ayırmaqla 3 hissə əldə etmək olar.)
İçlik üçün:
4 xörək qaşığı zeytun yağı və yaxud adi ərinmiş yağ
1 ədəd orta ölçülü doğranmış soğan
250 qram təzə ispanaq
½ fincan iri doğranmış brınza və yaxud digər ağ pendir
Duz (əgər pendir duzsuzdursa) və zövqə görə döyülmüş qara istiot
Yuxaların üzərinə çəkmək üçün südlü sousa lazım olanlar:
1 fincan süd
2 yumurta (yumurtalardan birinin sarısını sonda börəyin üzərinə çəkmək üçün saxlamaq lazımdır)
½ çay qaşığı qabartma tozu (vacib deyil, lakin deyilənə görə qabartma tozu yuxa qatlarını bir qədər şişirdir)
1/3 fincan zeytun yağı
Börəyin üzərinə çəkmək üçün:
1 yumurtanın sarısı+ bir neçə xörək qaşığı süd və ya qatıq
Üzərinə səpmək üçün küncüd və ya qara zirə lazımdır
****
Hazırlanma qaydası
İçlik üçün: Tavaya yağ tökülüb qızdırılır, soğanlar rəngi qızılı olanadək yavaş-yavaş qarışdırılaraq qovrulur,ocaqdan götürülüb kənara qoyulur. Ispanaq yuyulub təmizlənir, iri-iri doğranılır, böyük bir qaba yığılır. Üzərinə təxminən 2 xörək qaşığı su çilənir, bir neçə cimdik duz tökülür. İspanaqlar yumşalanadək əllə ovxalanır. Sonra ispanaqlar sıxılır, suyu tamamən süzülüb qurudulur. Bir qabda qovrulmuş soğan, doğranmış pendir və ispanaqlar qarışdırılır. Əgər pendir duzsudursa əlavə duz qatmaq olar, zövqə görə içliyə istiot və qırmızı toz bibər da qatılır.
Südlü sousun hazırlanması: Qabda bütün ərzaqlar- süd, yumurta, zeytun yağı, (istifadə edirsinizsə, qabartma tozu) yaxşıca qarışdırılır.
Soba 190C dərəcədə əvvəlcədən qızdırılır.
Börək hazırlanacaq iri tava və ya istiyədayanıqlı qab (şəkildəki kimi) yüngülcə yağlanır. Birinci yuxa tavaya yeləşdırılır. Elə etmək lazımdır ki, birinci yuxanın kənarları tavadan bayıra sallansın.( Birinici börəyin kənarları sonra digər qatların üzərinə qatlanacaq.) Südlü sousun 1/3 hissəsi birinci yuxanın üzərinə hər tərəfən bərabər şəkildə çilənir. İkinci yuxa qırışmış formada yerləşdırılır. Yuxa tavaya elə yerlədiriliməlidir ki birinici yuxadadan fərqli olaraq tavanın kənarlarından sallanmasın. Südlü sousdan ikinci yuxanın üzərinə birincidə olduğu kimi yaxılır. Hazırlanmış içlik ikinci yuxanın üzərinə bərabər şəkildə yayılır və üzərinə üçüncü yuxa,yenə də qırışmış şəkildə yerləşdirilir. Qalan südlü sous yuxanın səthinə yaxılır, birinci yuxanın tavadan sallanmış kənarları sonuncu qatın üzərinə örtülür.
Yumurta sarısı, süd (qatıq) qarışıdırılıb çalınır, börəyin üzərinə çəkilir. Sonda üzərinə küncüd yaxud qara zirə səpilir.
Börək sobanın orta gözündə,üzəri qızaranadək,təxminən 35-40 dəqiqə bişirilir. Bişdikdən sonra börək sobadan çıxarılır, 10-15 dəqiqə kənara soyumağa qoyulur. Börəyin üzəri bir qədər bərk olur, lakin soyuduqdan sonra yumşalır (bir qədər soyumuş börəyin üstünü çay dəsmalı ilə örstəniz, bir müddət sonra börəyin üstü yumuşalacaq). Soyuduqdan sonra börək kvadrat şəklində biçaqla hissələrə bölünür. Boşqaba yerləşdirilib süfrəyə verilir.
*Pendirli içlik üçün ispanaq əvəzinə yalnız pendir qoya bilərsiz. Bunun üçün doğranmış 3 fincan brınza yaxud istənilən ağ pendiri 2 yumurta, iri çimdik doğranmış cəfəri ilə birgə qarışdırmaq lazımdır. Pendir duzsuzdursa əlavə duz qatılır.
Ellerinize sagliq 🙂 Bu chox dadli borekdir. Men hazir qat-qat xemirden istifade edirem bunu bisirerken, arasina da elave olaraq xirda dogranmis toyuq dosu,sogani da qizartmamis,xirda xirda dograyib vururam. Amma mence yuxalarnan daha dadli olar. Bunu mutleq edecem. Tesekkur edirem .
Resepte gore cox sag olun.Borek menimde ren cox sevdiyim yemekdir.Mende bu borekden bisirmisem amma ispanagsiz.Pendir ve ceferi qarisimi ile.Amma ”Ispanagli borey”i mutleq bisireceyem.Feride xanim bu resepte gorede qaynanada tessekur edirem,elleri dert gormesin.
cox sag olun,cox lazimli resept idi menimcun goyden dusme oldu sanki : ))))
Salam..Börək reseptini çoxdan axtarırdım. Çox təşəkkürlər ətraflı izah üçün.
Daimi oxucunuz Ulya.
En cox sevdigim lezzetlerden biridir. pendirli lap lezzetli olur.
Elinize saglik olsun.. Turkler demiş..)
ben borekleri cok seviyorum ve bu borek cok guzel her kese afiyet olsun
super reseptlerdi halaldi
cok guzelmis borek
hmm cox sagolun boreye gore. amma cox aiw edirem en gozel suyutlu plov resepti yazinda
teşekkürler çox yaxşı alındı:)
Ellernize saglik.Bunu lavaşnan etmişdim.Gözəl alinir.Teşekkürler
Salam Feride xanim,resptiniz ucun cox saq olun,ellerinize saliq!!!Amma yeni reseptler olsa cox sevinerik!Men hemcinin burda LASAGNA ve Italian metbexinde basqa numunelerin reseptlerini gormeyi cox isterdim..onceden tessekurler!!!
ellerinize saglik biwirdsim resepti super
Salam Feride xanim.sizin reseptlerden istifade edirem ve cox dadli alinir.Ipanaqli borekde cox dadli reseptdir.Allah razi olsun.QOLUNUZA QUVVET.
supet cox tesekkur reseptlerinizi yaziram bisirmekden elave gelecekde lazim olar Insallah
Fəridə xanım, mən də özüm üçün bir “börək” icad etmişəm:) istəyirəm sizinlə bölüşüm: hazır lavaşlar var haa, 10 ədəd balaca olanından, onu 4 bərabər hissəyə bölürəm (40 parça), iç üçün isə kiçik kubik şəklində kartof qızardıram (4 ədəd), yumurta qaynadıb xırda-xırda doğrayıram (5 ədəd), 2 sosis qızardıb kubik şəklində doğrayıram, ovcumun yarısı boyda ağ pendir xırdalayıram + bir az da holland pendiri, duz – yarım çay qaşığı, istiot zövqə görə, bir qədər də doğranmış keşniş. Hamısını qatdıqdan sonra lavaşa 1 çay qaşığı qədər qoyub bükürəm. Lavaşın ensiz hissəsi üstdə qalmaq şərtilə. Kiçik dürməkləri bitki yağlnda qızardıram və hazırdır. Əgər istəsəniz, hazırlaya bilərsiniz. Mən bunu özüm fikirləşmişəm, amma ola bilər ki, türklərdə artıq buna oxşar bir şey var:)
ela xosuma geldi
menim anam pendirli pisirir o lap dadli olar
superrr umumiyetle turk metbexi zordu
IIIIMM… Chox dadlidir,,,,
Feride xanim salam.Fillo dough yoxsa flatbread daha cox borekler ucun uygundur?
MELEK – Hər ikisindən istifadə etmək olar. Daha çox yuxayla.
men bu boreyi bisirdim super cixdi.men bu boreyi bir kafede yemisdim cox xosuma geldmisdi.men yemek bisirmeyi 1 ci anamdan 2 ci sizden oyrenirem.cox sagolun
cox dadli gorsenir
o yuxalar bismisdi?
çox läzzâtlı görùnùr,böräyı çox sevırâm.Hamıya nuş olsun
men bunu biwirdim.hazirda 5 deq olar ki pecden cixartmiwam.gozleyirem biraz soyusun
Menim en lezzetli yemeklerimden biri de borekdir.Sizden bir xahisim var.
Mene adi qurabiyenin hazirlanmasini deye bilersinizmi
Xahis edirem ki adi boreyin reseptini deyesiniz
tewekkurler
salam.saytiniz maraqlidi.borekler yazilib daxil olursan cemi 1dene borek resepti var…bu borekden dunen bisirdim beyendim
Axwaminiz xeyir.Cox sag olun receplercin.Feride xanim zehmet olmasa deyerdiz yuxalar satilar onunla edirsiz?men yuxa yaya bilmirem amma borekden cox xowum gelir.Olar ki hazir yuxalara etmek?ve nece derecede biwirim
AYAN – Bəli, reseptdə qeyd etdiyim kimi, hazır yuxadan hazırlanır. Dərəcə də reseptdə qeyd olunur.
salam,EZIZIM FERIDE XANIM.ONCELIKLE BAYRAMINIZ MUBAREK OLSUN.HER ZAMAN UZUNUZ GULSUN!!!
BOREK BISIRMEK ISTEYIRDIM DEDIM SIZIN METBEXE MURACIET EDIM HAMISEKI KIMI)))))ALLAH RAZI OLSUN,HEMISHE BIZIMLE PAYLASIN YEN RESEPTLERINIZI GOZLEYECEM
COX DADLI GORSENIR
esitdiyima gora deyirlar dadli olur,man da inshallah bisirib dadina baxacam.tsakkur ediram Farida xanim
cox beyendim
eladir.
Salam,size çoxçox təşəkkür edirəm.Mən əksər xörəkləri sizdən öyrənmişəm.Sizdən öyrənərək hazırladığım böreki ise hamı beyenir.Gələn həftə iş yoldaşlarım üçün bişirməliyəm. Mənə uğurlar.
Elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
cox gozel tewekkur edirem resepte gore mende biwirdim cox daddi alindi
Salam Feride xanim. Resepte gore tesekkur edirem. Sizden xahishim yufka olmayan olkelerde bu borek xemirini ozum nece pisirim. Siz de Azerbaycanda kenar yasayirsiniz, turk yufkasini hardan tapirsiniz? Men Yaponiyada yasayiram, hec yerde yufka yoxdu amma borek bisirmek isteyirem. komek ederseniz minnetdar olaram.
yufka lavawdir ozun hazirlaya bilersen tahire xanim men ele edirem
bes bun xemiri nece hazirlanir?
Hər halda sizin reseptlə bişirilən yeməklər dadlı olur.Bu resepti dəqiqliklə yazmağınızdan irəli gəlir.Təşəkkür edirəm.Əldə açılan böreklerin reseptini yazsanız çox sevinərəm.
yemeyin reseptinin video görüntüsünü sayta yerləşdirsəydiniz, daha yaxşı olardı.Bunun üçün də öncədən təşəkkürlər.
Teshekkur edirem size canim Farida xanim……ellerinize sagliq…sag olun, var olun ki bu cur gozel resptler teqdim edirsiz biz xanimlara, bizde sizin sayenizde bu lezzetleri evde ovladlarimiza erlerimize sevdiylerimize cox seve seve hazirlayiriq ve onlarda coooooxxx memnun qalirlar….Sizi her zman takib edirem, metbexte mene ne qeder yaydimci olmanizi inanin tesevvur etmesizniz, siz metbexte menim en yaxin sirdashim refiqemsiniz canim menim…Allah sizden min kere razi olsun…
Çox sağ olun:)
dadlii yemeye oxcayir twk…ler/////////////canikim
coxxxxxxxxxxxx dadlidir
cox qeweydir
Fəridə xanım hazır xəmir yoxdusa xəmiri özümüz hazırlaya bilərikmi?zəhmət olmasa xəmirin hazırlanmasını yazın.