Best in the World!
Dadlı yemək reseptləri bloqu

Böyürtkən Ruleti

Böyürtkən Ruleti Bu gün böyürtkənli rulet hazırlayırıq. Bu resepti Martha Stewartın şirniyyat kitablarının birindən götürmüşəm. Onun həm resepti, həm də şəkli o qədər gözəl görünürdü ki, dedim sınamasam olmaz. Və bişirdim. Xoşbəxtlikdən peşman da olmadım. Çox dadlıdır. Əsl yüngül yay desertidir. Hələ içinin gəngini demirəm! Gözəldir! Gəlin başlayaq.

 

Böyürtkən Ruleti

Bu ruletimizin giləmeyvəli kremi.

Böyürtkən Ruleti

Xəmirimiz də hazırdır! Bişirməyə başlayaq.

Böyürtkən Ruleti

Böyürtkən Ruleti

Böyürtkən Ruleti

Böyürtkən Ruleti

Böyürtkən Ruleti

Böyürtkən Ruleti

Böyürtkən Ruleti
Böyürtkən Ruleti

Böyürtkən Ruleti

“Martha Stewartın Şirniyyat Kitabı”ndan adaptə edilib

Bu böyürtkən mövsümündə mütləq bişirməli olduğunuz bir ruletdir. Böyürtkənli rulet bişirmək üçün böyürtkəniniz yoxdur? Heç problem deyil. Böyürtkən yerinə qırmızı moruq, yaxud hər hansı başqa giləmeyvə götürə bilərsiniz. Eyni dərəcədə dadlı və gözəl desert alınacaq.

43 sm uzunluğunda bir rulet üçün

Ərzaqlar

Xəmiri üçün:

  • 3 xörək qaşığı şəkər pudrası, bir az da üstünə səpmək üçün
  • 1 +1/4 stəkan un
  • 1 + ½ çay qaşığı qabartma tozu
  • ½ çay qaşığı duz
  • 1 iri yumurta + 2 yumurta sarısı + 3 yumurta ağı, hamısı otaq temperaturunda
  • ¼ stəkan kərə yağı, əridilmiş və soyudulmuş
  • ¼ stəkan bal
  • ¼ stəkan + 3 cörək qaşığı şəkər tozu
  • ½ çay qaşığı təmiz vanil ekstraktı
  • ¼ stəkan ilıq su

    İçlik üçün:
  • 2 stəkan təzə böyürtkən
  • 1 stəkan (250 ml) yağlı qaymaq

Hazırlanması

  • Sobanı 180ºC-dək qızdırın. 42.5 x 30 santimetrlik çərçivəli (şəkildəki kimi) listinə perqament kağızı döşəyin.
  • İri, təmiz bir çay dəsmalına pudra şəkəri səpib onu bir kənara qoyun. Orta ölçülü dərin qaba bir yerdə un, qabartma tozu və duzu ələyin. Kənara qoyun.
  • Bütöv yumurtanı, Yumurta sarılarını, yağı, balı, 1/4 stəkan şəkər pudrasını, vanili və ilıq suyu elektrik mikserinin qabına yerləşdirin. Mikserin çalma başlığını taxın.
  • 6 – 7 dəqiqə orta sürətlə qatı və açıq rəngli kütlə alınana qədər çalın. Mikserin başlığı qaldırılan zaman qarışıq lentşəkilli iz qoymalıdır. 6 to 7 minutes. Çalınmış kütləni iri bir cəmə yerləşdirib kənara qoyun.
  • Təmiz qabda və mikserin təmiz başlığı ilə orta sürətdə yumurta ağlarını 1 – 2 dəqiqə, yumşaq təpəciklər alınana qədər çalın. Sürəti orta-yüksək səviyyəyə qədər qaldırın və 3 xörək qaşığı şəkəri tədricən əlavə edin. 2 – 3 dəqiqə, sərt təpəciklər alınana qədər çalın.
  • Rezin spatulanın köməyilə yumurta ağı qarışığının 1/3-ni yumurta sarısına əlavə edib ehtiyatla qarışdırın. Yumurta ağının qalan hissəsini də ehtiyatla bu kütləyə qarışdırın. Bu xəmiri əvvəlcədən hazırladığınız listin üzərinə tökün və spatulanın köməyilə bərabər qaydada yayın.
  • Sobada təxminən 10 dəqiqə, biskvit qızılı rəng alana qədər bişirin. Hazır biskvitin ortasına yüngülcə toxunanda o geri qayıtmalıdır. Bişirmə prosesininyarısında listi çevirmək lazımdır.
  • Bişmiş biskviti dərhal əvvəlcədən üzərinə şəkər pudrası səpdiyiniz çay dəsmalının üzərinə çevirin və perqament kağızını ehtiyatla soyub çıxarın. Uzun tərəfindən başlayaraq dəsmalı biskvitlə birlikdə rulet şəklində burun. Dəsmal ruletin içərisində qalmalıdır.
  • Hələ də dəsmalın içində olan biskviti dəsmalın tikiş tərəfi aşağıda olmaq şərtilə soba rəfinin üzərinə qoyub tamamilə soyumasını gözləyin.
  • Böyürtkənləri orta ölçülü cəmin içərisinə qoyub çəngəllə əzin və kənara qoyun.
  • Qaymağı şəkər pudrası ilə birlikdə elektrik mikserinin cəmində 2 dəqiqə əraində, yəni sərt təpəciklər alınana qədər orta sürətlə çalın. Əzdiyiniz böyürtkənləri əlavə edib ehtiyatla qarışdırın və kənar aqoyun.
  • Biskviti dəsmaldan açın, ancaq qoyun dəsmalın üstündə qalsın. Spatulanın köməyilə böyürtkən qarışığını biskvitin üzərinə qoyun, Ancaq biskvitin hər iki uzun tərəfində 2,5 sm-lik boş yer buraxın.
  • Biskviti yenidən ehtiyatla rulet formasına bükün. Ancaq bu dəfə dəsmalı onun çində qoymayın. Yenidən dəsmala büküb listin üzərində soyuducuya qoyun. Azı bir saat, ən uzağı 1 gün soyuducuda saxlayın.
  • Süfrəyə verməzdən əvvəl dəsmalı açıb ruletin üzərinə bol-bol şəkər pudrası səpin.
  • Böyürtkən ruletini dişli bıçağın köməyilə dilimlərə bölün və süfrəyə verin.

Böyürtkən Ruleti

Bir cavab yazın

4 Şərh
  1. Salam, çoox dadlı görünür. :)Hazırlamaq istəyərəm. 😉

  2. men rulet biwirende bukerken qirilir nece etmek olar ki qirilmasin?

  3. Olculeri cox duzgun ve aydin yazdiginiz ucun ayrica tesekkurler.?

    • Çox sağ olun! Reseptlərimi güvənərək işlətməyiniz mənim məqsədimdir.

Bir cavab yazın