Best in the World!
Dadlı yemək reseptləri bloqu

Brauni

Westgold

Brownie

Brauni iki cür olur – kakao ilə yaxud əridilmiş şokoladla hazırlanan. Bu gün təqdim etdiyim resept kakaolu brauni üçündür. Evinizə xəbərsiz qonaq gəlibsə, bu resept imdadınıza çata bilər. Evdə adətən tapılan ərzaqlarla hazırlanan bu brauniləri siz də, qonağınız da bəyənəcək.

Brownie

Brauni

16 ədəd brauni üçün

Ərzaqlar:

Yarım stəkan un (75 qram)
Dörtdə bir çay qaşığı qabartma tozu
Yarım stəkan kakao tozu
Bir çimdik duz
120 qram Westgold kərə yağı
1 stəkan şəkər tozu (200 qram)
2 yumurta
1 çay qaşığl vanil ekstraktı (duru vanil; zəruri deyil amma brauniyə ləzzət qatır)

Hazırlanma Qaydası :

Brownie

Iri qabda un, qabartma tozu, kakao və duzu qarışdırın. Kənara qoyun.

Brownie

Yağı əridib bir qədər soyudun (bir az isti qalmalıdır, amma qaynar olmamalıdır). Şəkər tozunu yağa əlavə edib qaşıqla yaxşıca qarışdırın. Yumurtaları bir-bir bunun üstünə qırıb qarışdırın (mikserlə çalmayın!). Vanil ekstraktınız varsa, əlavə edib yenə qarışdırın.

Brownie

Unlu qarışığı yağa əlavə edib qarışdırın.

Brownie

Xəmir belə qatılıqda alınmalıdır.

Brownie

Sobanı 175C dərəcəyədək isidin. Xəmiri ölçüləri 23 sm olan yağlanmış kvadrat formaya boşaldın.

Brownie

Sobanın orta gözündə  25 dəqiqə bişirin. Bilmiş brauninin ortasına kibrit batırıb çıxartdığınızda kibrit quru qalırsa, brauniniz hazırdır.

Brownie

Sobadan çıxardıb soyudduqdan sonra braunini 16 kvadrata kəsib süfrəyə verin. Nuş olsun!

 Şərh yazmağı unutmayın! Müzakirəyə qoşulun.

Brownie

Westgold

Bir cavab yazın

27 Şərh
  1. salam cox sağolun mənde bişirecem

  2. Coooox gozel keksdir. Mamam tez tez bishirir Brauni. Amma biz icine arada qozun dogranmisini da icine qiyuruq cox dadli olur. Hamiya meslehet görürəm 🙂

  3. Salam Feride xanim.size oz minnetdarligimi bildirirem.her 1 reseptiniz duz ve deqiqdir.cox sag olun ki, varsiz.demek olar ki en cox sizin reseptlerle hazirlayiram.

  4. Məndə bişirdim,əladi,kakaonu çox sevirem ona görə də cox dadli oldu

  5. İndi sizin reseptiniz olan braunini hazırladım.resept üçün təşəkkürlər.

  6. Hec bidirməmişəm brsuni. İslsk kek bisirirəm tez tez. Assn reseptdir. Bişirəcəm bu yaxinlarda. Cox sagol resept ucun

  7. Salam. Feride xanim resept ela alindi. ama xahiw edirem mene yazin sebebini. sizin yazdiginiz reseptle biskivit hazirlayiram. evvel cox qalxir. qizarandan sonra bawlayir senmeye. soyuyana qeder senir qaldigi qederin yarisi qalir

    • Problem sobada və yaxud hansısa addımı dəqiq yerinə yetirmədiyinizdə ola bilər.

  8. cox asan ve coxd dadili men denedim xanimlar sizde denemeyi unutmayin tesekur edirem resept ucun

  9. Farida xanim,

    120gr yag eridikden sonra erinmish halinde nece xorek gashigi olur?

  10. ela gorsenir.

  11. xahis edirem sualima tez cavab verin.mutleq xemiri 23 sm olan terefi qaba bosaltmaliyiq?

  12. cox dadlidir bisirdim hami beyendi

  13. Cox lezzetli ve sade sirniyyata oxsuyur.Bu sirniyyatdab mutleq bisirecem.Reseptler ucun Tesekkurler..

  14. ee bu nedi o qeder erzaqda heyf oldu

  15. salam men eledim amma cox pis oldu ici bismedi burda25 deq yazilmisdi amma mn 1saat bisirdim yene bismedi sebeb ? Men kakoadan subhelenirem cunki menim ki cox tund kakou idi feride xanim mene cvb verinde

  16. salam mn bisirdim cox pis alindi ici bismedi mn onu 45deq bisirdim yene bismedi niye ? Mn kakaodan subhelenirem cunki cox tun idi feride xanim nolar cvb verin

  17. QESENGDI

  18. salam, men bishirende cox vaxt qiraqlari yanir amma ici bishir bu neden ola biler?

  19. salam coxsagolun ele hazirlamasamda daddli gorsenir)

  20. mende qalxmadi ama, dadi yaxwi idi, bilmirem qabi boyukmu oldu.birde qabartmani bir packani tokmek olmaz? zehmet olmasa etrafli melumat verediz de xanim

  21. salam feride xanim. elleriniz var olsun cox gozel teamlar hazirlayirsiz. brauni cox beyendim. bir meslehet alim sizden bu resepte geden erzaqlari 2 qat coxaldib etsem yaxsi olar? ilk defe edirem coxalib ona gore meslehetivize ehtiyyacim var. birdeki sobaya qoyduqda alt ust her ikisini islek veziyyetde qoyum yoxsa ust hisse sonulu olsun?

    • İkiqat edə bilərsiniz, amma iri qabda bişirin və qalınlığını bir qatda necədirsə, elə də edin. Sobanın altı yanmalıdır.

  22. Hem tez_bazar hem lezzetli ellerinize saglig:))

Bir cavab yazın