Subscribe
Dadlı yemək reseptləri bloqu

Azərbaycan Mətbəxi

Pomidor Çığırtması (Pomidor-Yumurta)

Pomidor Çığırtması (Pomidor-Yumurta)

Pomidor Çığırtması (Pomidor-Yumurta)

Türkiyədəki menemenin, Yaxın Şərqdəki şakşukanın (deyilənə görə vətəni Şimali Afrikadır) bizim pomidor çığırtması, yaxud pomidoryumurta ilə nə əlaqəsi var?

Bütün bu yeməklərdə pomidorla yumurta bir-biri ilə çox gözəl ahəng təşkil edir. Şakşuka və menemendə pomidordan başqa soğan və bibərdən də istifadə olunur. Ancaq bizim pomidor çığıirtmasında belə deyil. Yüngül nahar, yaxud şam yeməyi üçün hazırlamağa öyrəşdiyimiz pomidor çığırtmasını son zamanlar yaxşı milli restoranların səhər yeməyi menyusunda da görə bilirik.

Pomidor çığırtmasını hazırlamaq çətin deyil. Yetişmiş pomidorları qabığını soymadan iri-iri doğarayıb suyu ərinmiş yağa çıxana qədər tavada bişiririk. Daha sonra üstünə yumurtaları töküb bişməsini gözləyirik. Üstündən bir az duz və istiot və yeməyimiz hazırdır.

Pomidor

DAVAMINI OXU

Səhifə 1 - 61234...Son »