Best in the World!
Dadlı yemək reseptləri bloqu

Salyan Mətbəxi

Narlı Yumurta (Narnumru)

Narlı Yumurta (Narnumru)

Narnumru

Deyin görüm bu narlı yumurta şəklini görəndə ilk reaksiyanız necə oldu? Əgər siz “Wow!” dedinizsə, onda çox sağ olun! Sevindim ki, bəyəndiniz. Əgər “İkisi bir yerdə? Nə? Necə yəni? Elə niyə? Hmm.” Deyə düşündünüzsə yenə də sağ olun. Bu sizin günahınız deyil. Çünki, həqiqətən də, bir-biri ilə qətiyyən əlaqəsi olmayan bu iki ərzağı bir yeməkdə birləşdirmək kimin ağlına gələ bilərdi? Əgər kiminsə bunu etdiyindən xəbərim olmasaydı mən də elə sizin verdiyiniz sualları verərdim. Amma mən bilirəm ki, kimsə bunu artıq edib. Azərbaycanın Salyan rayonunda, nar və yumurtanın narnumru adlı qeyri-adi xörəkdə birləşdiyi gözəl məkanda.

Və indi mən sizə bu yeməyin necə bişirildiyini danışacağam.

Narnumruda yumurtalar şirəli nar dənələrindən ibarət əlvan yatağın üzərində bişir və bu, dadların və rənglərin gözqamaşdırıcı təzadını yaradır. Üstəlik, biz bunu yalnız üç ərzaqla – soğan, nar dənələri və yumurta ilə əldə edirik. Amma nəticədə tam ləzzətli bir xörək alınır. Unikal. Ekzotik. Dadlı. Qidalı.

Azərbaycanda narın bolluğunu və milli mətbəxdə çox istifadə olunduğunu nümayiş etdirmək üçün bu resepti bir çox yerli nar yeməkləri ilə birlikdə özümün “Pomegranates & Saffron” adlı yemək kitabıma daxil etmişəm. Beləliklə, dostlar, siz mənim yemək kitabıma eksklüziv bir nəzər salmış olursunuz. Mən sizə görə çox həyəcanlıyam! Özüm üçün də, çünki mən hər zaman sizinlə reseptlərimi bölüşəndə həyəcanlı oluram! Yeri gəlmişkən, yemək kitabımı Bakıdakı Əli və Nino kitab mağazalarından ala bilərisniz. Birinci nəşr məhdud sayda çap olunub və ümid edirəm siz onu əldən buraxmayacaqsınız.

Bu arada bu ilin nar mövsümünün ləzzətini çıxarın – bir narı kəsin, içindən o qiymətli dənələri çıxarın, özünüz və sevdikləriniz üçün narnumru bişirin və ləzzətlə yeyin.

Bir də ki, Türkiyədə yaşayan blogger dostum Zerrinin narlı yumurtasına da onun bloqunda nəzər salın. Zerrin mənim kitabımdakı reseptdən istifadə edib. Onun yeməyi də çox dadlı görünür!

Pomegranate

DAVAMINI OXU