Best in the World!
Dadlı yemək reseptləri bloqu

Azərbaycan

Bakıda Oxucularla Görüş Haqqında

Bakıda Oxucularla Görüş Haqqında

IMG_1108
Şəkildəki ən balaca oxucum Airahdır. Çox şirindir.

Oxucularla görüşümdən bir həftədən çox keçsə də, bu haqda hələ indi yazmağa imkan tapa bilmişəm. Bəli, avqustun 7 Bakıda  mehriban insanlarla tanış olmağıma çox şad oldum. Görüş AAA (Amerikada Təhsil Almış Azərbaycanlı Gənclərin Assosiasiyası) ilə birgə təşkil olunmuşdur.

Görüşə təxminən 25 nəfər gəlmişdi. Kimi tez getməli idi, kimi isə axıra kimi qala bildi. Qısa prezentasiyadan sonra masa arxasında səmimi söhbətimiz oldu. Dostlardan bəziləri azyaşlı uşaqları ilə gəlmişdi ki,  onlar bu görüşdən həvəslənsin. Əgər kimisə nəyəsə həvəsləndirməyə, ruhlandırmağa bacardımsa, çox xoşbəxt olaram.

Aşağıda tədbirdən fotoapparatımda olan bir neçə şəkli paylaşıram. Təəssüf ki, çox deyil.

Mənimlə görüşə gələn hər kəsə vaxt ayırıb gəldiklərinə görə və işimə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Ümid edirəm ki, hamınızla hardasa yenidən görüşəcəyəm, gözəl insanlar.

IMG_1180

IMG_1185

IMG_1197

IMG_1208