Best in the World!
Dadlı yemək reseptləri bloqu

AZ Süfrələri

Bayram Süfrəsi – Hissə I

Bayram Süfrəsi - Hissə I

Holiday Season Tablescape

Salam dostlar! Sizinlə paylaşacağım gözəl xəbər var. Yeni və maraqlı bir layihəni -AZ Süfrə silsiləsini sizə təqdim edirəm. Bu layihə haqqında çox uzun zamandır düşünürdüm, nəhayət ki, həyata keçirməyin vaxtı gəldi. Yaradıcı düşüncə tərzinə malik dostum Viktoriya maraqlı süfrə dekoru tövsiyyələri ilə bu yeni layihədə mənə kömək edəcək.

Bu virtual layihə çərçivəsində biz süfrələrimizi müxtəlif mərasimlər, bayramlar üçün qeyri-adi şəkildə bəzəyəcəyik, məsləhətlərimizi və müxtəlif süfrələrə bəzək verə biləcək əl işlərimizi paylaşacayıq.

Biz inanırıq ki, gözəl şəkildə bəzədilən süfrə yalnız gözü oxşamır, eyni zamanda ailə üzvlərinizə və qonaqlarınıza xüsusi ovqat bəxş edir. Hər birimiz özümüzü dəyərli hiss etməyə layiq deyilmiyik?

Holiday Season Tablescapes

Səhifənin izləyiciləri arasında Amerikalı və Qərbliləri nəzərə alıb,  həmçinin ilin sonuna yaxın bayram əhval ruhiyyəsinə uyğun layihəni Milad və Yeni İl bayramları mövzusu ilə başlamaq istərdik. Beləliklə, gəlin bayram ovqatına köklənib, bəzək işlərinə başlayaq! Milad Bayramını, Yeni İli və yaxud digər bayramları keçirənlər təqdim olunan ideyalardan yararlana bilərlər.

Bayram süfrəmizə bir az rəng qataq – qırmızı, qızılı və yaşıldan istifadə edək. Bu isti çalarlar süfrənizə parlaqlıq və zənginlik qatacaq. Yerli firma olan Pier 1 Imports-dan əldə etdiyimiz bu gözəl yarpaq formalı qabları çox bəyənirik-çox göz oxşayırlar.

DAVAMINI OXU