Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qəlyanaltı və Salatlar

Humus

Humus

Humus Ərəb ölkələrinin ən məşhur məzəsidir. Bu, noxud, tahin (və yaxud tahini), sarımsaq, və limon suyunun qarışığından hazırlanan bir əzmədir. Humus süfrəyə adətən qızardılmış pita çörəyiylə verilir. Tahin küncüt əzməsidir. Supermarketlərdə tapa bilərsiniz.

Ərzaqları püre olanadək mətbəx robotundan  keçirin.

Hazır humusu qaba yığıb, qaşıqla ona girdab şəkli verin.

Üstünə zeytun yağı gəzdirin.

Şirin qırmızı bibər tozu səpin.

Tost olunmuş pita dilimləriylə süfrəyə verin. Nuş olsun!

Humus

Təxminən 6 pay üçün

Ərzaqlar:

1 ədəd 425 qramlıq (1 + 1/2 stəkan edir) noxud konservası və yaxud  gecədən islağa qoyulmuş yarım stəkan quru noxud
2 iri diş sarımsaq
3 xörək qaşığı tahin
3 xörək qaşığı limon suyu
Zövqə görə duz
Üstü üçün zeytun yağı və şirin qırmızı bibər tozu (bibər tozu yerinə humusun üstünə cəfəri səpə bilərsiniz)
Paprika

Hazırlanması:

Konservləşmiş noxuddan istifadə edirsinizsə, suyunun bir miqdarını saxlamaq şərtilə, noxudu süzün. Suyu lazım olacaq.

Əgər quru noxuddan istifadə edirsinizsə, onu bişənə qədər qaynadın, təxminən 1 saat. Təxminən 1 stəkan yarım bişmiş noxud alınmalıdır. Qazandakı suyun bir miqdarını saxlamaq şərtilə, noxudu süzün. Suyu lazım olacaq. Əgər humusunuzun daha hamar olmasını istəyirsinizsə, bişirdiyiniz noxudun qabığını soyun.

Konservləşmiş noxudun qabığı qabarıqdırsa, soyun, yox, əgər qabarıq deyil və çox yumuşaqdırsa, soymağa ehtiyac yoxdur.

Mətbəx robotunda noxud, sarımsaq, tahin və limon suyunu pürü halına gətirin. Bunu edərdək konservanın və ya noxudun bişdiyi sudan buraya bir az əlavə edin ki, kütlə bir az açılsın. Əgər səhfən konservanın və ya qazanın suyunu atmısınızda, narahat olmayın – adi sudan istifadə edin. Zövqə görə duz vurun. Zövgə görə tahin, limon suyu və sarımsağın miqdarını artırmaq olar.

Humusu qaba yığın. Üstünü qaşıqla “girdablayın.” Zeytun yağı gəzdirin. Şirin qırmızı bibər tozu səpin.

Pita tostlarıyla süfrəyə verin.

Pita Tostları

Qeyd: Pitaların üstünə yağ və duzla bərabər, istədiyiniz ədva, quru ot, hətta Parmezan pendiri də səpib bişirə bilərsiniz.

Ərzaqlar:

6 ədəd 15-sm-lik pita çörəkləri
Üçdə bir stəkan zeytun yağı
İri duz

Hazırlanması:

Sobanı 205°Cdək qızdırın.

Hər pita çörəyini  horizontal şəkildə 2 hissəyə bölün. Beləliklə 12 ədəd pita dairəniz olacaq.   Dairələrin qabarıq olan tərəfinə zeytun yağı çəkib, üstünə duz səpin. Hər dairəni 6 üçbucağa kəsin.

Üçbucaqları bir lay şəklində 2 ədəd listə sərin. Üstləri qızaranadək, təxminən 8-10 dəqiqə bişirin. Soyudub humusla süfrəyə verin. Tostlar xırt-xırt olacaq. .