Best in the World!
Dadlı yemək reseptləri bloqu

Səhər Yeməyi

Qatıqlı Yumşaq Pankeyk

Qatıqlı Yumşaq Pankeyk

Westgold

Qatõqlõ Pankeyk

Bu zərif pankeyklərin hələ isti ikən üstünə şirin sous töküldüyündə ləziz və doyurucu səhər yeməyi alınır.

Qatıqlı Yumşaq Pankeyk

16 ədəd pankeyk üçün

Ərzaqlar:
1 stəkan un (150 qram)
3 xörək qaşığı şəkər tozu
Bir çimdik duz
2 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı çay sodası
3 xörək qaşığı Westgold kərə yağı
1 yumurta
1 stəkan qatıq
Stəkanın dörtdə biri qədər süd

Hazırlanma Qaydası:

Qatõqlõ Pankeyk

Un, şəkər tozu, duz, qabartma tozu və çay sodasını iri qabda qarışdırın.

Qatõqlõ Pankeyk

Kərə yağını əridib soyudun. Unlu qarışığa əlavə edin.

Qatõqlõ Pankeyk

Yumurtanı da yüngülvari çırpıb buraya qatın.

Qatõqlõ Pankeyk

Qatıq və südü də əlavə edib qaşıqla qarışdırın. Kütləni çalmayın.

Qatõqlõ Pankeyk

Əgər qatıdırsa, bir qədər də süd əlavə  edib qarışdırın.

Qatõqlõ Pankeyk

Teflon tavanı istidin. İstinən kimi üstünə bir az duru yağ və ya kərə yağı gəzdirin. Hazır xəmirdən hər pankeyk üçün təxminən 2 dolu xörək qaşığı doldurub bir birindən məsafəli olaraq tavaya tökün.  Bir tərəfi qızaran kimi, digər tərəfinə çevirib qızardın.

Qatõqlõ Pankeyk

Hazır pankeykləri pankeyk sousu, şokolad sousu, qaymaq və mürəbbə şirəsi ilə süfrəyə verə bilərsiniz.

Qatõqlõ Pankeyk

Westgold