Best in the World!
Dadlı yemək reseptləri bloqu

Yumşaq İspanaqlı Börək

Soft Spinach Pie (Borek)

Mən artıq bir dəfə, çoxdan, burada ispanaqlı börək resepti paylaşmışdım. Amma indi aşağıda paylaşacağım resept bir az fərqlidir. İçliyi əvvəlki reseptdəkindən fərqli olaraq bişmiş ispanaqdan hazırlanır. Bu içlikdə pendirdən istifadə olunmur. Həm də börəyimizin xəmir təbəqələrini südlə yox, qatıqla isladırıq. Bu isə börəyimizi super yumşaq edir!

Soft Spinach Pie (Borek)

Hər dəfə mən bu börəyi bişirib onu qonaqlarımla bölüşəndə hamı resepti paylaşmamı xahiş edir. İndi mənə elə gəlir ki, bu resepti sizin hamınızla bölüşməliyəm. Çünki paylaşmaq düşünmək deməkdir. Mənsə sizi düşünürəm və sizin dadlı yeməklər yeməyinizi istəyirəm. Bu börəksə həqiqətən çox dadlıdır! Dəfələrlə bişirməyə dəyər.

Turkish Flatbread Yufka

Bu börəkdə cəmi üç yufka işlənir. Türk yufkası bizim bildiyimiz yuxadır. Sadəcə az bişmişidir. Yaşadığınız yerdə yufka yoxdursa, nazik yuxadan istifadə edin. Yuxa qatları xüsusi hazırlanmış qatıq qarışığında isladılır və onlardan birinin üzərinə ispanaq içliyi yayılır.

Soft Spinach Pie (Borek)

Börəyini hazırlanması çox az çəkir.

Soft Spinach Pie (Borek)

Üzərinə ya çörəkotu ya da küncüt səpilir. Və budur, börəyimiz sobaya girə bilər!

Soft Spinach Pie (Borek)

Hazırdır! Siz bu qıpqırmızı dadlı börəyə baxın!

İspanaqlı Börək

Təqribən 15 tikə alınır

Ərzaqlar:

İspanaqlı içlik üçün:
5 xörək qaşığı zeytun yağı
1 baş soğan, soyulmuş və doğranmış (çox da xırda yox)
Təqribən 400 qram körpə ispanaq yarpaqları, yaxşıca yuyulmuş, qurudulmuş və iri doğranmış
Duz və istiot

Qatıqlı qarışıq üçün:
2 stəkan qatıq
3/4 stəkan zeytun yağı
1 yumurta + 1 yumurta ağı (sarısı üstünə çəkmək üçündür)

Qatlar üçün:
3 iri yufka (yuxa) (1 paketdə adətən 3-5 türk yufka yuxası olur, adi nazik yuxadan da istifadə bilərsiniz)

Üstü üçün:
1 yumrta sarısı
Çörəkotu, yaxud küncüt

Hazırlanma qaydası:

İçliyi hazırlayın: İri tavada zeytun yağını qızdırın. Soğan əlavə edib vaxtaşırı qarışdıraraq, rəngi dəyişməyə başlayanadək, təxminən 10 dəqiqə bişirin. İspanaq yarpaqlarını əlavə edin, təqribən 10 dəqiqə, vaxtaşırı qarışdıraraq bişirin. Suyu tamamilə buxarlanmalı, yalnız yağ qalmalı.  Duz və istiot vurun. Odun üstündən götürüb kənara qoyun.

Qatıqlı məhlulu hazırlayın: Orta boylu dərin qabda qatıq qarışımı üçün olan bütün ərzaqları qarışdırın. Yaxşı qarışması üçün qarışığı yüngülcə çalın. Kənara qoyun.

Sobanı hazırlayın: Sobanı 200 dərəcəyədək qızdırın.

Börəyi düzəldin: 33 x 23 x 5 sm ölçülü qabı (mən Pyrex qabından istifadə edirəm) azca yağlayın. Birinci yufkanı qaba elə döşəyin ki, kənarları qabdan çıxsın (daha yaxşı olar ki, kənara çıxan tərəflərdən biri o birindən böyük olsun ki, axırda bütün börəyin üstünü tam örtsün). Üstünə bərabər qaydada 5-6 xörək qaşığı qatıqlı qarışıqdan qoyun və yayın.  İkinci yufkadan qabın içinə tam yerləşəcək qədər iri bir tikə kəsin. Və onu kənarda saxlayın.

Yufkanın qalan hissəsini isə əlinizlə büzüşdürərək üstü qatıqla isladılmış birinci yufkanın üzərinə yayın. Yenə də üstünə bir neçə xörək qaşığı qatıq qarışımı qoyub yayın. İndi isə içliyi bərabər qaydada bu qatın üzərinə yayın. İçliyin üstündən bir az əvvəl kəsib saxladığınız iri yufka tikəsini elə yerləşdirin ki, içliyin üstünü tamamilə örtsün. Bu qatın da üzərinə bir az qatıq qarışımı sürtün.

Sonuncu yufkanı da əlinizlə  büzüşdürüb bu qatın üzərinə döşəyin. Əlimizdə olan qatıq qarışımından bir neçə qaşıq (börəyin üstü üçün) saxlamaqla qalan hissəsini bu qatın üzərinə sürtün. Qabdan sallanan yufka kənarlarını börəyin üzərinə gətirin və üstünü tam örtəcək şəkildə döşəyin.

Börəyin üstü tamamlayın: Yumurta sarısını qalan qatıq qarışığına əlavə edib qarışdırın. Hazırladığınız yumurtalı qarışığı börəyin üzərinə sürtün. Üzərinə küncüt, yaxud çörəkotu səpin.

Börəyi bişirin: Sobanın orta gözündə üzəri qızılı rəng alana qədər, 35-40 dəqiqə bişirin. Sobadan çıxarıb təxminən 15 dəqiqəliyinə soyumaq üçün kənara qoyun. 15 kvadrat hissəyə bölün. Süfrəyə vermək üçün bir buludun, yaxud iri boşqabın içinə yığın. Bu börək süfrəyə bir az ilıq halda veriləndə daha dadlı olur, amma tam soyumuş halda da gözəldir. Nuş olsun!

Sizin fikirlərinizi bilmək istərdim! Gəlin müzakirə edək. Zəhmət olmasa şərh yazın.

Soft Spinach Pie (Borek)

Bir cavab yazın

24 Şərh
  1. Feride xanim ellerinize saqliq cox gozel gorsenir, men bu borekden etmek istiyirem ama biz tereflerde qatiq satilmir onu neynen evez ede bilerem, birde ispanaq nedi rus dilinde deyerdiniz zehmet olmasa

    • Seva, rus dilinde шпинат demekdir

    • Bu resetdə qatığı heç nə ilə əvəz etmək olmaz. Qatıq yoxdursa südlə hazırlanan börək bişirin. Keçidini bu reseptdə də qoymuşam. Reseptlər Bölməsinə də baxa bilərsiniz. İspanaq = шпинат.

    • Xanim qatigi ozunuz elde ede bilersiniz.mende Rasiyada yasayiram ve ozun hazirlayiram.bunun ucun en yaxsisi 6%li suddu(daha yaxsi домик в деревне 6% sudleridu)bildiyimiz kimi bisirib icine qatiq atib uyusmaga qoyuruq.Hecde Azerbaycandaki qatiqlardan secilmir hetta bu daha berk alinir.(men Azerbaycandan gelende bunun ucun mueyyen qeder qatiq getirirem)

    • cok lezetli gorunuyo

  2. Yenede dadli reseple tanis oldum tessekur.elleriniz var olsun

  3. Salamm. Turk metbexinde en cox xowuma gelen borekdi. Ama hec xaxt evde hazirlamamiwam. Cox sagolun paylawdiginiz ucun. O qeder gozel bawa salirsiz ki, anlawilmayan hec ne qalmir. Bunun ucun de xususi tewekkurler. Eger “Ilin en yaxsi yemek sayti” mukafatini verseydim size vererdim:-)

    • İşimi bu cür yüksək qiymətləndirdiyinizə görə çox sağ olun!

  4. Belke, kimlerse bawa duwmur, ama sizin iwiniz cox cetin, eyni zamanda maraqli ve mesuliyyetli bir iwdi. Butun gozel sozlerin hamisina da layiqsiz, Feride xanim. Her weye gore cox sagolun. Ama yalniz bir weye gore teessuflenirem ki, sizin sayti yalniz 2013-den tanimiwam… Kewke lap evvelden raniyaydim.

  5. Mən şəkillərdən heç nə başa düşmədim

  6. Feride Xanim eyer burdaki shushe qabdan yoxdursa adi listde hazirlamaq olar bunu?xahish edirem cavablandirdin.

    • Şüşə olmasa da olar. Adi soba formasında bişirə bilərsiniz.

  7. Salam Feride xanim cox sag olun, bu xemiri ozumuz adi corek xemirinden ede bilerik?cox sag olun/

  8. feride xanim elerinize sagliq

  9. Beh-beh dehshet dadli idi. Teshekkurler.

  10. Bu yene de menem ama basqa email adresinde.Necesiniz Feride xanim?yeni yeni reseplerinizle taniw olmagi sebirsizlikle gozduyurem.sizin ucun cox darixmisdim.yeniden size dondum.

  11. Salam.yaxşı reseptdi.amma bakıda bele hazır yufkalardanyoxdu özümüz hazırlıya bilerik?

  12. mende bele borek hazirlamagi yeni oyrenmisem,bir turk tanisimdan.demek olarki her sey eynidir,ancaq bunu bele hazriladiqdan sonra bir muddet gozlesek (texminen 35-40deq,daha cox da ola biler), o zaman lavaslar qatiqli qarisimi tam cekir ve bisdikden sonra qatlar xemir kimi qalmir,tek tek durur.ellerinize sagliq 🙂

  13. salam,mende bu borekden edirem cox gozel ve dadli olur,tewekkurler

  14. Salam menim duxovkam yoxdur bunu qazin goZunde agZi kip ortulen qabda ede bilerem?? Resepte gore cox sagolun

    • Mən heç vaxt elə bişirməmişəm. Bəlkə də olar. Bir az vam odda bişirmək lazımdır ki, yanmasın.

Bir cavab yazın