Best in the World!
Dadlı yemək reseptləri bloqu

Kələm Dolması

Bu, Azərbaycanda bişirilən kələm dolmasının bir növüdür. Bir başqa növü şabalıdlı, heyvalı, kişmişli olur və sirkə-şirədə bişdiyinə görə turşa-şirin dadı olur. Hələlik birinci növünü bişirək. Nuş olsun!

Kələm Dolması

Qeyd: Dolmalıq kələm seçəndə eləsini seçin ki, yarpaqları bir-birinə sıx olmasın. Bu cür kələmin yarpaqlarını zədələmədən bir-birindən ayırmaq asan olur.

4-5 pay üçün

Içi Üçün:
yarim kilo çəkilmiş qoyun və ya mal əti, və ya ikisinin qarışığı (çox yağsız olmasın)
1 ədəd orta baş soğan – xırda-xırda doğrayın (2 stəkan alınacaq)
2 xörək qaşığı pomidor məti (tomat)
yarım stəkan yumru düyü – yaxşıca yuyub suyunu süzün

yarım stəkan xırda doğranmış keşniş
yarım stəkan xırda doğranmış şüyüd
2-3 qaşıq kərə yağı
1 çay qaşığı duz
¼ çay qaşığı istiot

1 baş kələm (təxminən bir kilo yarımlıq)
2 xörək qaşığı pomidor məti (tomat) Qeyd: yay vaxtı tomatla bərabər bir ədəd iri yetişmiş pomidor da əlavə edə bilərsiniz. Bunun üçün pomidoru soyun, xırda-xırda doğrayın. Tomatın miqdarını bir qədər azalda bilərsiniz.
1  stəkan yarım qaynar su
2 xörək qaşığı kərə yağı

Əvvəlc ə içi hazırlayın. Bunun üçün içə lazım olan bütün ərzaqları iri qabda yaxçıca qarışdırın. Kənara qoyun.

Kələm yarpaqlarını  hazırlayın. Bunun üçün yarpaqları zədələmədən kələmdən ayırın. İri qazanda su qaynadın. İçinə iri çimdik duz atın. Kələm yarpaqlarını iki-iki və ya üç-üç qaynayan suya atın. Kəfkirlə üstündən basın ki, yarpaqlar suyun içində qalsın. Yarpaqları bu suda 2-3 dəqiqə pörtlədin (bir az yumuşalsın, amma bişməsin).  Sonra isə kəfkirlə sudan çıxardın və aşsuzəndə süzün. Bütün yarpaqları bu qaydada hazırlayın.

Yarpaqların ortadan keçən iri, sərt damarlarını kəsin. Kəsintikəri qazanın dibinə yığın (beləliklə dolmanın altı yanmaz). Yarpaqlar iridirsə, ikiyə bölün. Hər yarpağın ortasına təxminən 2 xörək qaşığı dolu iç qoyun. Yarpağın kənarlarını içəriyə doğru qatlayın, sonra dolma şəklində bükün.

Zədələnmiş yarpaqları da qazanın dibinə düzə bilərsiniz. Dolmaları sıra ilə qazana yığın. Əgər təzə pomidordan istifadə edirsinizsə, hər layın arasına bir az pomidor əlavə edin.

Tomatı 1 stəkan yarım qaynar suda həll edin və dolmaların üstünə tökün. Qazandakı su dolmaların yarısına qədər gəlməlidir. Əgər kifayət qədər su yoxdursa, onda bir az da su əlavə edin. Dolmaların üstünə ya ərinmiş yağ tökün ya da tikələrə bölünmüş kərə yağı qoyun. Dolmaların üstünə ya qab, ya da balaca qapaq qoyun ki, dolmalar bişdikləri müddət açılmasın, kip qalsınlar. Qazanın qapağını örtün. Dolmanı orta odda təxminən bir saat ərzinə bişirin. Çörəklə süfrəyə verin.

Bir cavab yazın

58 Şərh
  1. Salamlar hamiya.kelem dolmasi menim en sevdiyim yemeklerdendi.amma men icini bashga cür hazirlayiram.Icine et sogan yaxshi bishmish noxud duzunu istiotunu ve azcada limon duzu.Garishdiranda calishiram noxudlari bir az ezim.cox dadli olur .Yegin bir gün Feride xanim siz de bunu prob edersiz cox yaxshi olur.NUSH olsun

  2. Salam Feride xanim.Kelem dolmasi oglumun en cox sevdiyi yemekdir,demek olar ki heftede bir defe bisirirem.Men de eynen sizin kimi bisirirem amma qaynanamdan oyrenmisem icine bir deste xirda dogranmis reyhan vururam dogrudan da dadli olur.Feride xanim siz artiq ailemizin bir uzvune cevrilmisiniz artiq anama zeng vurmuram cunku siz varsiniz opurem

  3. SALAM FƏRİDƏ XANİM.KƏLƏM DOLMASİ MƏTBƏXİMİZİN ƏN DADLİ YEMƏKLƏRİNDƏNDİR.MƏNDƏ BELƏ HAZİRLAYİRAM AMMA İÇƏRİSİNƏ XİRDA DOGRANMİŞ ŞABALİD TOKURƏM ÇOX DADLİ OLUR.SİZDƏ PROB ELƏSƏNİZ GORƏRSİNİZ Kİ DADLİ NECƏ DADLİ OLUR.SAG OLUN.

  4. salam Feride xanim.saytinizi cox beyenirem ve reseptlerinziden istifade edirem.bele gozel yemekler ucun size tesekkur edirem.size bir sualim var.xahis edirem mene bir movzuda komek edesiniz.tort kremi hazirlayarken cox vaxt alinmir,curuyur ele bil.bunu hec cur duzelde bilmirem.meslehetinize ehtiyac var.evvelceden tesekkurler

  5. salam feride xanım necesiz? feide xanım men tükiyede yaşayıram belkede bilirsiz de burda sukuşonu malako yoxdur men evde hazırlamak isteyirem ama unutmuşam nece hazırlandıgını xaiş edirem eyer bilirsinizse yazın.

  6. Feride xanim, kelem dolmasina, bizde heyva movsumunde dilimlenmish heyva da vururlar. Yeni ,dolmalar qazana yigildiqdan sonra heyva da duzulur ve bishirilir . Bezen ,kelem dolmasi sehere qalanda, kelemin iyi pis olur. Heyva vurulmush dolma ise neche gun qalsa ,etirli olur. Ve bir de et qarishdirilanda quru reyhan vurursan inanin ki, o dolma dadi ile de ferqlenir. Eger kimese bu kichik meslehetim yarasa chox sevinerem. Teshekkurler .Size de ugurlar yeni reseptlerinizi gozleyirik.

  7. Chox sag olun men kelem dolmasini bishirmeyi bilirem eynen sizin bu eseptdeki kimi edirem amma ustune Pamidor meti vurmuram ichine vururam ancaq.

    Feride xanim sizden xahish ediem Sezar salatının da rteseptini yazasınız.

    Onun sousunun esl reseptini isteyirem her kes bir cure edir.amma eslini elemirler.Eger bilirsinizse bunu sayt;n;za yerle.dirersiniz.çünki çox lezzetli salatdır.Nişanlim Sezar salatından çox xoşu gelir.Biz de ancaq restorana gedende yeyirik.Amma evde de elemek isterdim.Evvelceden teshekkurler

  8. ULVIYE: Evde qatilasmis sud (squshennoye moloko) duzeltmemisem, odur ki bilmirem. Ancaq hazirini alib isledirem.

    SAMIRE: Meslehetinize gore cox sag olun. Gozel meslehetdir.

    AYNUR: BIr gun duzeldib qoyaram sayta.

  9. Cox sag olun .Oxudugunuz uchun ve isteyimi qebul etdiyiniz uchun.

  10. Salam Fəridə xanim. Cox sagolunki bu cur gozel sayt acmisiniz.
    Mən kələm dolmasının uzərinə evdə duzəldilmiş narşərab və ya nar pastası tökürəm. Yaxudda onunla yeyirem cox dadlı olur. Birdə ki, ətinə pamidor tomatı ilə ya gavalı yada alça turşusunun pastasini qatib azca suda həll edib ətə qatıram. 1 çay qaşığı tomat, 1 çay qaşığı pasta turşu və 0,5 stəkan su. Turşu olmayanda narşərabda qatıram. Birdə bir şeydə deyim. Bunu kimə demişəm yoxlayıb cox xoshlayib. Kələm dolmaları bişdikdən sonra, tavada kərə yağını əridib kələm dolmalarını qızardıram. Ləzzətinə doymaq olmur. Ama kilo problemi olanlar yemesin. Yesede az yesin.

  11. chox gozel ve dadli gorunur

    Men kelemin sadece bash hissesini aziciq kesib delik achiram butun shekilde shusheden qalin qaba (borcama) qoyub ichine azca su ve ustune duz sepib rapliyiram ve mikrodalgada 7deq saxliyiram . Tam bukulmek uchun yararli formada olur .hem de asan ve tez basha gelir .

  12. cox minnetdaram size Feride xanim birinci defe hazirladim cox beyendiler ve buna gore size coox tesshekurler:))

  13. men ne edim ki kelem dolmasi yumusaq cixsin?xais edirem feride xanim, mene cavab deyin

  14. NIGAR: Icinin yumusaq cixmamsini nezerde tutursunuzsa, yagli etden istidade edin, yoguranda icine bir az isti su tokun yaxsica yogurun

  15. cox tesekkur edirem.

  16. dogrudan da kelem dolmasinin cürbecür bişirilme qaydalari var.meselen teze alça çixanda kelem dolmasinin içine ancaq alça vurulur.amma biz göyerti olarak ancaq reyhandan istifade edirik.

  17. salamlar necesiz Feride xanim men turklerin qabak dolmasini reseptini hazirlanma qaydasini isteyirem.ama etli olanini zehmet olmasa.saqolun

  18. cox dadlidi kelem dolmasi

  19. cox sagolun,Feride xanim. Bu gun birincidefe biwirdim.biraz istiotluydu,ama yaxwi alindi

  20. Salam feride xanim. Cox sag olun gozel receptlere ve meslehetlere gore. Inanin biz genclerin ehtiyaci var bele saytlara. Duzdu anamizdan da cox wey oyrenirik amma oyrenmediklerimizi sizlerin sayesinde oyrenirik. Kelem dolmasini eynen siz hazirladifiniz kimi biwirirem bir ferqi odur ki 1 cay qawigi pesok da vururam cox gozel olur. Esasen Baki zonasi bele edir. Sizden bir xahiwim olacaq. Dovganin reseptini bilmek isteyirem eger mumkunse. O gun biwirdim biraz qati cixdi. Tewekkur edirem Size. Allah caninizi sag elesin.

  21. Salam, Feride xanim! Men sizin yazdiginiz reseptlerden yararlaniram. Bunun uchun size minnetdaram!

  22. Men de sizin bu yemeklere valeh oldum.Turkler demiw ellerinize saglig ay Feride xanim.Ve sizin dadli,leziz reseptlerinize hemiwe ehtiyacimiz var.siz bize yazin bizde hazirlayaq.

  23. hazirda cox acam gedib indi yemek bisirecem mende fikirlesirem ne bisirim/ sizin yemeklerin seklinede baxanda adamin lap ureyi gedir.burda men bos kelem tapa bilmirem deye yumru kkahi keleminden ve yaxudda adi uzun kahidan eliyirem hemde toyuq filesiyle cox yaxsi dadir,bisene yaxin yag sogan eliyib,uzerine pomidor ve tomati blendirleyib bir yerde qizardib dolmanin uzerine elave edirem.yei buranin etini yeye bilmirik deye her seyi toyuq filesiyle evez edirem .cox sag olun yemeklere gore

  24. SALAM.COX HORMETLI FERIDE XANIM.
    MEN DE KELEM DOLMASI XOSLAYIRAM,EYNEN SIZIN KIMI HAZ-M,ELAVE REYHAN DA ELVE EDIRM DADINA DAD QATIR,MOVSUMU OLMAYANDA QURUDULMUS REYHAN DA QATMAQ OLAR
    AMMA SIZE 1 SUALIM VAR,DOLMANIN USTUNE KEF OLANDA COX UTANIRAM,HEMISE DE BISIRENDE QAB QOYDUQUMDAN KEFIN ALMAQI UNUDURAM,BES SIZ NECE EDIRSIZ KI KEFI OLMUR?BU BAREDE IMKAN OLSA YAZSANIZ COOOOX SEVINEREM,SIZE HEDSIZ MINNETDARAM.

  25. SEVİNC – Kefin çox olması ətdən asılı olar bilər. Düzü məndə çox kəf olmur (bunun üçün xüsusi heç nə etmirəm). Sualınıza necə cavab verim bilmirəm.

  26. Her kese salam! Feride xanim? sizi yeniden saytda gormek xowdur. Neche vaxtdir girirdim,yenilik gormurdum,sizin uchun narahat olurdum. Burda oldugunuza gore her wey qaydasindadir demek ki! Ela!
    SEVINC xanima kef meselesi ile bagli bir teklif vere bilerem. Biz adeten kefin toplanmas; uchun (yarpaq dolmasi biwirende) qazanin dibine de bowqab qoyuruq- agzi ashagi shekilde- kef oraya toplanir. Belke size de komek eder 🙂

  27. Gunay xanim tesekkur edirem,meslehetinizi deyerlendirerem mutleq!

  28. salam Feride xanim. Mende sizin kimi bishirirem. Lakin men etine siuda hell olmush tomat ve alcha turshu (yaxud tursh narsherab) qatiram. Sarikok qatanda var. Men turshmeze sevdiyim uchun bele edirem. Ama movsumu gelende menim anam heyva ve shabalid elave edir. Oda bashqa cur dadli olur. Kelem dolmasi cox dadlidi esasda eti yagli kelemi yumushaq olsun.

  29. Fəridə xanım,məsləhətlərinizə görə sizə təşəkkür edirəm.Mən kələm dolmasını ayrı-ayrı variantlarda bişirməyi xoşlayiram.Sizinkini də cox bəyəndim və mütləq bu cür də bişirəcəm.Ancaq tez-tez istifadə etdiyim 2resepti sizin nəzərinizə çatdırıram.
    1.Dolmanın əti yağlı olmasi şərtilə ona duz,isitiot,darçın,sarıkök,düyü vururam.Dolmaları bükdükdən sonra onlari qazana yığarkən aralarina ərik qurusu ,aş alçası(albuxara),alaçiy bişmiş şabalıd əlavə edirəmSonra yenə dolmaları düzürəm.Yenə də ərik qurusu ,aş alçası(albuxara),alaçiy bişmiş şabalıd əlavə edirəm.Beləcə axıracan davam edirəm.Sonda su əlavə edərək adi qaydada bişirirəm.
    2.Dolmanın əti yağlı olmasi şərtilə ona duz,isitiot,darçın,sarıkök,düyü vururam.Dolmaları bükdükdən sonra onlari qazana yığib adi qaydada bişirirəm.Dolmalların bişməsinə 10 dəq.qalmış dolmanın suyunu bir kasaya süzüb ona limon duzu,şəkər qatıb turşaşirin mət hazırlayaraq dolmaların üzərinə əlavə edirəm.Sonra yağa düşənə qədər bişirirəm.
    Hər ikisi olduqca dadlı alınır.Siz də prob etsəniz cox sevinərəm.

  30. NIGAR – Reseptlərə görə çox sağ olun. Turşa-şirin dolmanı xüsusiylə bəyənirəm. Bu reseptləri FORUMa da yerləşdirsəniz yaxşı olardı. Çox sağ olun.

  31. UUUUUUUUUUUUUUUUF QURBN OLUM GOYERTIMIZ KISNISE AMA ISTANBULDA TAPA BILMIREM BIR TURLU :(((((

  32. SALAM FERIDE XANIM.MENDE SIZE KELEM DOLASI RESEPTI VERIM.DOLMANIN ICINE.SOGAN,PAMIDOR,SIRIN BIBER,TOYUQ ETI GEDIR.BUNLARI XIRDA-XIRDA ELLE DOGRA VE ICINE AXSAMDA ISLADILMIS AS LOBIYASI VUR.LOBYANI EVVELCEDEN 1 AZ BISIRE BILERSEN.KISNIS CUYUD DOGRA ,REYHAN QURUSU VUR.SARIKOK,DUZ ISTIYOT,YAG ,TAMAT VUR.KELEME BUK.QAZANA DUZ HER QATINA OLSA POMIDOR BIBER DOGRA TOK.EGER HEYVANIZ OLSA QAZA ILK ONCE HEYVA QICALARI DUZ SONRA DOLMANI DUZ.HEYVA OZU DOMAYA AYRI BIR DAD VERIR. UMUD EDIREM KI SIZI ETRAFLI BASA SALA BILDIM. NUS OLSUN!

  33. DUYUDE BU DOLMAYA VURULUR.BAYAG YAZMAGI UNUTDUM

  34. SALAM FERIDE XANIM MEN DE KELEM DOLMASINI COX SEVIREM VE SIZIN REZEPTDEYI KIMI BISIRIREM

  35. Kələm dolmasını xoşlayıram,qaynatam çox sevir deyə bizdə evdə 3 gündə bir dolma bişir))Bir dəfə tərxun qatmışdım əti çəkəndə çox dadlı alınır.

  36. Super.Mən kələm dolmasına doşab və narşərabda qatıram. Elə də cox dadlı olur.Amma bu reseptdə cox dadlı olar.

  37. salam feride xanim ordubad zonasinda kelem dolmasina bismis noxud lepesi bir de turs olmasi ucun uzum sirkesi vurulur

  38. bishmish goyerti xeyirlidir ya bishmemish bu haqda meslehet verin

  39. merhaba, sitenizi ve bütün tariflerinizi inceledim…herşey çok güzel ellerinize sağlık…türkiyeden sevgiler

  40. Menin mamam kelem dolmasina pomidor ve bolqar biberini et ceken masindan cekib suyunu sixib metini vurur. dadli olur. sizede meslehet gorurem.

  41. men reseptlerinizi chox beyenirem.MEN KELEM DOLMASINA EVVELCEDEN YARI BISHMISH MERCI ,SHABALID, REYHAN SHUYUD, KESHNISH,QUYRUQ XIRDA DOGRANMISH,DUYU,SARIKOK,TOMAT VURURAM CHOX LEZZETLI OLUR.

  42. salam feride xanim sizi nece vaxtdi izleyirem bilmediklerimi oyrenirem cox tewekkur ancaq men kelem dolmasina alca turwusu da vururam

  43. KELEM DOLMASINI SEVIREM

  44. Bisirdim tesekkur cooooox dadli alindi mence.

  45. He birde icine alca tursusu qoyurdum

  46. men kelem dolmasini cox sevirem ellerinize sagliq co gozeldi

  47. salam feride xanim mene yarpaq dolmasinin reseptin yazinda

  48. Bu gün Sizin reseptinizlə tam şəkildə bu dolmanı bişirdim. Çox bəyəndim! Çox sağ olun konkret, düzgün və ən əsası da ki ləzzətli reserptləriniz üçün! İlk dəfə idi ki bişirirdim. Hər şey əla idi. Həm mənim ağız təamıma uyğun idi, həm də həll bişmişdi. Notbuk mənim ümumiyyətlə mətbəx stolumun son zamanlar əvəzsiz atributuna çevrilib: Bir tərəfdən ərzaqlar, bir tərəfdən də Sizin bloqunuz açılmış internet səhifəsi 🙂 Qaynatam gəlir-gedir, görür, bu qız yemək bişirəndə də notnukdan əl çəkmir də )))) Daha demir ki, bu “kompyuteeeeerrrr” bu dəfə artıq bilavasitə mətbəxlə əlaqəli surətdə mənlədir )))

  49. men kelem dolmasini etli sevmirem etsiz bisirdim cooooooox dadli oldu

  50. man bu dolmaya goyarti ancaq reyhan vururam dadli olur

  51. cox beyndimmm ellervize sagliq

  52. lezzetli gorsenir .<3

  53. FERIDE XANIM COX GOZEL RSEPTI HER DEFE BELE EDIREM /YENI BIWIRMEYI OYRENEN XANIMLARA BIR MESLEHETIM VAR VE YA ASAND USULUNU BILMEYENLERE COX KOMEK OLACAQ// KELEMI 2 BOLUN BAWDAN QALIN ZOGDAN AWAGUYA KIMI KESIN/KELEMI PARCALAMAYIN ANCAQ QALIN OLAN ZOG YERINI /QAZANDA SU QAYNADIN 1 XOREK QASIGI DUZ TOKUN KELEMI ELE BUTOV SEKILDE ATIN ICINE 5 DEQ ELE QALSIN USTUNDEN KEFKIRLE TUTUN YUXARI QALXMASUN. 4 DEQ 5 DEQ YUMUSALSIN/EN SADE RAHAT USULDUR.FERIDE XANIM SIZDE BELE EDIN RAHATDI

  54. super

  55. Salam Farida xanim!

    Size Kanadanin Toronto sheherinden yaziram. Bugun kelem dolmasini bishirdim, Cox dadli alindi. Teshekkur edirem etrafli izahiniz ucun! Ellerinize saglig.
    Bishiren zaman yegane problem, kelemin cox berk olmasi idi. Yarpaqlarini ayirmaq isteyende cirilirdi. Chalishdigim gederi ile yungul kelem almaga chalishdim. Amma en yungulunun bele yarpaqlarini ayirmaq chetin idi. Sizde yarpaqlara ayirmamish suda qaynatsa idim butov kelemi, daha yaxshi olardi? Ne meslehet gorerdiz.

    Teshekkur edirem birdaha! En xosh arzularla!

    • Bloquma xoş gəldiniz! Bərk kələmim birinci ürəyini (sərt yerini) oyub çıxardın, sonra qaynayan (az duzlu) suya salın, bir az qaynasın, yarpaqlar yavaş-yavaş ayrılmağa başlayacaq. Sudan çıxardın. Bütün yarpaqları asanlıqla ayıra biləcəksiniz.

  56. Allar razı olsun

  57. Kələm dolmasına cəfəri vuranda daha ləzzətli olur . Tomat içindən əlavə az yağda qazanda qovurun sonra dolmaları düzüb bişirn daha ləzzətli olur

Bir cavab yazın