Bu keksin tərkibindəki yumşaq kəsmik və şirin kişmiş bir-biri ilə qarışanda gözəl təam yaradırlar. Keks olduqca yumşaq və ləzzətli alınır. Siz də sınaqdan keçirin.
Kəsmikli-Kişmişli Keks
Ərzaqlar:
3 yumurta
200 qram şəkər tozu
150 qram Westgold kərə yağı – otaq hərarətində yumşalmış
200 qram kəsmik
200 qram un
2 çay qaşığı qabartma tozu
1 çay qaşığı vanil ekstraktı (zəruru deyil)
Yarım stəkan kişmiş (qara və ya ağ ola bilər)
1 yemək qaşığı süd
2 xörək qaşığı şəkər kirşanı (pudrası)
Hazırlanma Qaydası:
Sobanı 180Cdək qızdırın. Yumru, çələng keks formasının içini bir az unlayıb kənara qoyun.
Yumurta və şəkər tozunu bir qabda kütlənin rəngi açılanadək mikserlə çalın.
Alınan qarışığa kərə yağı və kəsmiyi əlavə edib bir az da çalın. Vanil töküb qarışdırın.
Un və qabartma tozu, sonra isə kişmişi əlavə edib yenidən qarışdırın.
Alınan xəmiri keks formasına boşaldın.
Keksi isinmiş sobanın orta gözündə 40 dəqiqə bişirin.
Keksin bişib bişməməsindən əmin olmaq üçün, keksin içərisinə kibrit batırıb çıxardın – kibrit təmiz çıxırsa və üstünə xəmir yapışmayıbsa, deməli, keks hazıdır.
Keksi sobadan çıxartdıqdan sonra qoyun öz formasında tamamilə soyusun. Sonra formadan çıxardıb soba telinin üstünə qoyun. Süd və şəkər kirşanını bir qabda qarışdırın. Alınan kütlə nə çox sulu, nə də çox quru alınmalıdır. Çox suludursa, bir az daha şəkər kirşanı əlavə edin. Alınan qarışığı qaşıq vasitəsilə keksin üstünə çiləyin. Bu bəzək bir qədər bərkiyəndə, keksi süfrəyə verə bilərsiniz. Nuş olsun!
Salam Feride xanim. Ma şa Allah. Əllərinize sağlıq. Allah qolunuza qüvvet versin. İn şa Allah mən de bu reseptlə hazirlayacağam və təəsüratlarimi yazacam. Her zaman seve seve reseptlətinizden istifade edirem. Reseptide deqiq verdiyinize görede her zaman bişirdiyim de alinir. Əlhəmdülillah. Sağolun. Yeni yeni reseptlərinizi sebirsizliklə gözləyirem her zaman.
Çoğ sağ olun.
hmmmmmm….beh behhh…
Salam! Fəridə xanım, necəsiniz? Reseptləriniz həmişəki kimi əladır. Sizin reseptlərin əsas üstünlüyünüz ondadır ki, onlar praktikdir. Əl yetən ərzaqlardan hazırlanır, yaxşı alınır.Bu dəfəki reseptiniz də əladır. çox sağ olun.
Çox sağ olun!
Salam Feride xanim.Ehsen deyiram size Moskvadan.qariblikda sevindirirsiz da bizleri dadli,sirniyyat ve yemeklerinizle.ELA!
Çox sağ olun!
Sekilde cox gezel gersenir, sinamaq lazimdir, cox sag olun!
farida xanim revanini de ozunuz bisiib bir gun qoyunda bura/ cox goze sirniyatdir revani turk sirniyyati/ gozleyecem unsalah minnetdar
Feride xanim bu gozel resseptlere gore size tewekkur edirem ellernize sagliq opurem sizi
Salam, çox maraqlı reseptdir – mütlaq sınamaq lazımdır, təşəkkürlər!
keksi nece hazirlayirlar
kesmiyi unu miksrrle calaq yoxsa elle?
Mikserlə.
Salam,hemiseki kimi cox dadli keks alindi.ozune mexsus dadi var.men sir in tvarogdan,sirokdan etdim.notice eladi
ellerinize sagliq mutleq edecem
Fəridə xanım bişirdim keksi çox xoşuma gəldi əllərinizə sağlıq. Çox sağ olun♥
Cox gozel
salam Farida xanim
azcookbookla edilen her bir yemek ve ya shirniyyat chox ugurlu alinir, bunun uchun size teshekkur edirem.
Bugun bu keksi kishmish evezine chiyelekle etdim. Ela keks alindi.
Sevindim! Nuş olsun.
Bu reseptle defelerle bu keksi bişirmişem ve hemişe de ela alınır. Çox zerif, yumşaq ve lezzetli keksdir. Feride xanım, çox teşekkürler))
Dünən bu keksdən bişirdim. Oğlum çox mızmızadı,hər şeyi bəyənmir,hələ kəsmiyi heç sevmir,amma keksi çox bəyəndi,biləndə içində kəsmik var inanmadı.:-) həqiqətən çox ləzzətli keksdir,reseptə görə təşəkkürlər.
Nuş olsun!
Qonaqlar ucun bisirdim, hami beyendi.
Bişirdim ela alındı . Teşekkürler 🙂
cox saqolun.indi bishirdim ela cixdi
Salam Fəridə xanım.
Əllərinizə,əməyinizə sağlıq
Bilmək istərdim keks xəmirinə nə zaman qatıq , nə zaman süd əlavə edilər? Məsələn bu reseptdə kəsmiyi qatıqla əvəzləmək olarmı?
Nə zaman əvəzləmək kimi şansımız olur?
Çox sağ olun!Mən deyərdim, çörək ve keks reseptlərində reseptdə necə izah olunubsa, elə etsək daha yaxşı nəticə ala bilərik. Kəsmiyi burada əvəz edə bilmərik, çünki alınan keksin teksturası fərqli ola bilər.
Çox gözəl reseptdi.əllərinizə sağlıq.çox dadlıdır
Salam, daha hecmli(hundur) alinmasi uchun resepte yazilani iki qat etsem alinar?