Best in the World!
Dadlı yemək reseptləri bloqu

Kinoa və Dənizkələmi Salatı

Kinoa və Dənizkələmi Salatı

Bu yaxınlarda Kaliforniyada fəaliyyət göstərən şirkətlər Melissa’s Produce və Chefs’ Toys tərəfindən təşkil olunan tədbirdə The Mom 100 bloqunun sahibəsi Katie Workmanlə tanış oldum. Katie yeyinti sənayesində karyerasından danışdı, kitablarını yazmaqda qazandığı müfəssəl təcrübəsini və yemək reseptlərinin təkmilləşdirilməsi yönündə işlərini bölüşdü.

Dənizkələmi və Kinoa

Tədbirdə biz həmçinin Katienin yeni “Dinner Solved!” (“Nahar Hazırdır”) kulinariya kitabından Melissa’s Produce aşpazlarının hazırladığı ləzziz yeməklərin dadına da baxdıq. Yeməklərdən çox sevdiyim dənizkələmi (ingiliscəsi kale, kahıya bənzər tünd yaşıl yarpaqlı bitki) və kinoa (ingiliscəsi quinoa, Cənubi Amerikada yetişən dənli bitki) salatı oldu. Bu iki çox qidalı məhsul bir salatda əla dadırdı. Bişmiş kinoa bir xeyli təravətli göyərtilər və dənizkələmi yarpaqları ilə qarışdırılmışdı, həmçinin üzərinə mərcanı qursu və limon suyu və zeytun yağı əlavə olunmuşdu.

Kinoa və Dənizkələmi Salatı
Evə dönüncə bu salatı hazırladım və indi resepti sizinlə bölüşürəm. Katie öz kitabında qeyd edir ki, reseptdə yazılan inqrediyentlər yoxdursa, əlinizdə olan ərzaqlardan istifadə edə bilərsiniz. Əgər hər hansı göyərti çatışmırsa, əlinizdə olan göyərtini əlavə edə bilərsiniz.

Kinoa və Dənizkələmi Salatı

Qeyd: Kinoa və dənizkələmi salatı çox qidalıdır və günün istənilən vaxtı yeyilə bilər. Həmçinin istər salat, istərsə də əsas yemək kimi süfrəyə verilə bilər. Göyərtiləri maşınla və ya əldə doğraya bilərsiniz.

Porsiya: 6-8 arası başlanğıc salat kimi, 3-4 arası əsas yemək kimi

Ərzaqlar:

  • ½ çay qaşığı və ya zövqə görə duz
  • 1 stəkan quinoa (qırmızı və ya ağ)
  • 1½ stəkan xırda doğranmış cəfəri
  • ¾ stəkan xırda doğranmış nanə
  • 3 iri doğranmış təzə soğan – ağ və yaşıl hissələri
  • 4 stəkan iri doğranmış dənizkələmi (yaxşı olarki, yarpaqları saplaqdan ayırıb, yalnız yarpaqları qatasınız. Bunu ispanaq yarpaqları ilə əvəz edə bilərsiniz)
  • 1 xörək qaşığı limon suyu
  • 2 xörək qaşığı və ya zövqə görə zeytun yağı
  • Zövqə görə qara istiot
  • 1 stəkan mərcanı qurusu, ya da vişnə qurusu
  • Istəyə bağlı olaraq duzlu ağ pendir, iri-iri üstünə səpməli

Hazırlanması:

  • Qazanda 2 stəkan suyu yüksək odda qaynadın, duz qatın və kinoanı əlavə edin.
  • Kinoa qaynayanda odu azaldın, qazanın üzərini ortün və bütün su çəkilənə qədər qaynadın (təxminən 15 dəq). Hardasa 3 stəkan bişmiş kinoa alınacaq.
  • Bişmiş kinoanı böyük bir qaba boşaldın (kinoanı soyutmağa gərək yoxdur) və üzərinə bütün doğranmış göyərtiləri əlavə edib qarışdırın.
  • Alınmış qarışığa limon suyu və zeytun yağı əlavə edin. Zövqə görə duz və istiot da səpin.
  • Otaq temperaturunda soyumasını gözləyin. Üzərinə quru mərcanı və ya vişnə səpib, duzlu pendir də əlavə edə biəlrsiniz.

Kinoa və Dənizkələmi Salatı

Bir cavab yazın

3 Şərh
  1. Salam Fəridə xanım ,məsləhətləriniz xoşuma gəlir,Quinoa nədir,bilgi vermənizi xahiş edirəm!Təşəkkür edirəm!

  2. Salam Feride xanim. Men teze-teze kulinariyaya maraq saliram sizin blogunuzu cox sevirem ve ugurlar arzu edirem sizden bir xahishim var. Zehmet olmasa mene metbex levazimat listi hazirlayib emaile gondere bilersiz? Vafli qabindan tutmush tart qabina cupcake qabina kimi ne lazimdirsa metbexde olmasi lazim olan butun levazimatlari bilmek isteyirem. Xahishimi yere salmasaz cox minnetdar olaram. emaili her ehtimala qarshi ashagida qeyd edecem.

    Hormetle ,

    JuliRoman7@gmail.com

  3. Salam feride xanim.Biz Peruda turklerin kisir adli salatini quinoayla hazirlayiriq,cox lezzetli alinir.

Bir cavab yazın