Best in the World!
Dadlı yemək reseptləri bloqu

Kitabım Qalib Seçildi!

Winner of Gourmand World Cookbook Award

Dostlar, bu yaxınlarda çox gözəl xəbər aldım. Kitabım “Pomegranates & Saffron: A Culinary Journey to Azerbaijan,” Gourmand World Cookbook Awards-un (Dünya Qurman Yemək Kitabı Müsabiqəsi) Qaliblərindən biri oldu! Daha dəqiq desək, kitab bu il Amerikada çap olunmuş Şərqi Avropa mətbəxinə aid kitablar arasında birici oldu. Xəbəri oxuyanda gözlərimə inanmadım.

Kitabımı müsabiqəyə təqdim etdiyimdə bilirdim ki, orada böyük və kiçik nəşriyyatlarla mübarizə aparacağam, bir tərəfdən də mən, böyük nəşriyyatım yoxdur, özüməm, 7 il idir ki bu işə bütün  vaxtımı həst etmişəm. Udma şansı nə qədər ola bilərdi? Amma mən kitabıma inanırdım, ona güvənirdim. Udacağımı xəyal edib inanırdım ki, elə də olacaq. İstəyirdim ki, münsiflər heyyəti kitabı vərəqləyəndə ona verdiyim sevgini, sərf etdiyim əməyi hiss etsin. Deyəsən elə də oldu, onlar kitabı bəyənməkdən əlavə onu qalib də elan etdilər!

İndi qalib olduqdan sonra  kitabı nə gözləyir? Kitab Best in the World Awards-da (Dünyada Ən Yaxşı Müsabiqəsi) iştirak edəcək və eyni kateqoriyada başqa ölkələrdə  qalib gələn kitablarla birinci olmaq üçün yarışacaq. Müsabiqə bu ilin iyun ayında Çində təntənəli mərasimdə keçiriləcək. Bir növ nəşriyyat dünyasının Oscarı kimi. İndidən həyəcanlanıram və ümid edirəm ki, hər şey istədiyim kimi olacaq.

Dəstəyinizə görə çox sağ olun. Kitabda hər  hansı əməyi olan hər kəsə təşəkkür edirəm. Əsas mətni “Oscar”-a saxlayıram:)

Bir cavab yazın

14 Şərh
  1. Salam Feride xanim. Sizin reseptlerinizden hemise yararlaniram Amma hec vaxt size yazmamiwdim(istiyirdim amma vaxt tapa bilmirdim). Butun reseptleriniz superdi!! Sayti biz o qeder urekacandi Ki. Mukafata gore de tebrik edirem. Buna layiqsiz. Her were gore sag olun. Ne yaxwi ki, sizin kimi xaricde yawayan vetendawlarimiz var.

  2. çok tebrik edirem.çox sevindik.ellerinize ureyinize saglık

  3. Cox, cox tebrikler! Cox sevindirici xeberdir! Ugurlariniz davamli olsun!

  4. Sevincinize sherik oluram, Feride xanim.Sizin saytiniz qurbetde oldugum iller erzinde mene boyuk komek olub.Ecnebileri evimize devet edende ilk once dushunduyum, onlar ucun acacagim sufrede hansi yemeklerin olacagi fikridir.Her defe sehifenize bash vurduqda bir-birinden gøzel yemek reseptleri ile rastlashiram.Qonaqlarim da bu yemekleri agiz lezzeti ile yeyir,raziliq edirler.
    Dushunurem ki, sizin bu ugurunuz Azerbaycanin daha da taninmasinda boyuk rol oynayir.Size yeni-yeni ugurlar arzulayiram.

  5. Salam Feride xanim,gec de olsa sizi tebrik edirem,Inwallah ugurlariniz bol olsun! Amin!
    Problemlerim vardi,ona gore gec mesaj yazdim,incimeyin,opdum yanaginizdan.helelik,goruwene qeder

  6. Salam. Fəridə xanım sizin adiniza sevindim ,təbrik edirəm , uğurunuz bol olsun 🙂

  7. sizin ugurlariniz daha da bol olacaq insallah,buna eminem.cooox sevindim ki,sizin bu cur gozel qalibiyyetiniz oldu.

  8. Təbriklər!!!!!

Bir cavab yazın