Best in the World!
Dadlı yemək reseptləri bloqu

Kitabımın İlk Təqdimatı və İmza Günü

Cookbook Signing

Dostlar, bu xoş xəbəri sizinlə paylaşmağa tələsirəm. Dekabr ayının 13,  “Pomegranates and Saffron” adlı kitabımın Kaliforniya ştatının Lonq Biç şəhərində yerləşən Gatsby Books kitab mağazasında ilk təqdimatı və imza günü keçirildi. Çox həyəcanverici bir gün idi. Axı bu mənim öz kitabımın ilk tədbiri idi!

Tədbirdə 50-dən çox dəvətli iştirak edib məni dəstəklədi. Onların arasında dost,  tanış, qonşu və tanımadığım  bir çox adam var idi. Qonaqlara AZ Cookbook-un ekskluziv çayıyla bərabər kitabdakı reseptlərdən özümün bişirdiyi Qarabağ kətəsi və qozlu mütəkkələr verildi.

Açılışı mağazanın sahibi kitabsevər Sean  açıb, kitabımı o ki var, təriflədi (xaricilərdən bunu eşitmək o qədər sevindiricidir ki!).

Sonra mən kitab haqqında qısa məlumat verdim. Ardından isə qonaqların suallarına cavab verdim. Hər şey əla keçdi. Buna görə o tədbirə vaxt ayırıb gələn, məni dəstəkləyən hər bir qonağa təşəkkür edirəm.

IMG_9585

İnanın ki, əvvəllər yatsam yuxuma da girməzdi ki, bir gün uzaq Amerikada Azərbaycana aid bir kitabın müəllifi olacağam və hətta imza tədbirim də olacaq. Bax belə.

Sizə isə tədbirdən fotoşəkillər təqdim etmək istəyərdim. Uzaq olsanız da, sizin də dəstəyinizi hiss etmək gözəldir. (Davamını Oxu keçidinə basmağı unutmayın!).

DSC_0787

IMG_0187

DSC_0788

10801830_999088116773636_3847572183725058752_n

Cookbook Signing

10704041_10155091866480227_9133259556540783978_n

10849727_10202442306933495_8555512818317201975_n 10849893_10202442308093524_3100419371532107036_n-1 10857842_967460263268543_8860409586722547058_n DSC_0780

1501666_967460453268524_9140795410141826134_n-1  DSC_0792 DSC_0795 DSC_0796 Cookbook Signing DSC_0808 DSC_0809   IMG_0050 IMG_0095 IMG_0096 IMG_0098 IMG_0129 IMG_0144 IMG_0152

IMG_5705

IMG_0161  IMG_0183  IMG_0191 IMG_0202 IMG_0207 IMG_0210

IMG_0215

IMG_5715

Bir cavab yazın

41 Şərh
  1. Super bir teqdimat. Tebrik edirem ve alqishlayiram. Amerikada bele gozel bir kitab hazirlayib teqdim etdiyiniz ucun.Seninke qurur duyuram.

  2. Tebrikler.Daim ugurlarin bol olsun 🙂

  3. Salam,TEBRIKLER VE BOL WANSLAR,

  4. Sevindim. Hər zaman nədəsə problemim olanda açıb baxdığım sayt, təbii və gözəl dildə izah. Qürur duydum. Uğurlarınızın davamı gəlsin InşaALLAH.

  5. Salam.Tebrik edirem.Cox ferehlemdim.Bundan boyuk naliyyetlere imza atasiniz Insallah.

  6. Təbrik edirəm,fəxr edirəm,uqurların daha bol olsun!

  7. Tebrikler Feride xanim,ugurunuz daimi olsun :),sizin adiniza cox sevindim.

  8. Feride xanim tebrik edirem sizi!!!!!!!ugurlariniz bol olsun Insallah!

  9. Gozelimiz Feride tebrikler!!! Daim bele ugurlarla seni sevenleri sevinderesen, inshallah!!! Herzaman hemvetenlilerin seninle qurur duysun!!!

  10. Salam,Feride xanim!Cooox sevindim bu teqdimati gorende!Tebrikler,ezizim!Ugurlarin davamli olsun!Fexrimizsen!!!

  11. Tebrik edirem Feride xanim, inshallah verdiyiniz butun emekler ve cekdiyiniz eziyyetler hemiwe bele gozel neticelener.

  12. salam feride xanim,sizinle qurur duyduq,tebrik edirik,bundan yuksek ugurlariniz olsun.sizi boyudub terbiyye eden valideynlerinizin ellerinden opurem.

  13. Fəridə xanım çoox sağolun. İnanınki necede ferehlendim. Qururlandım. Azerbaycanı tanıtmağınıza. Davam edin. Her zaman zorvelerde olasinoz

  14. Sizi belə gözəl işlərinizə görə yalnız alqışlamaq lazımdır. Gələcəkdə uğurlar arzusu ilə…

  15. SALAM FERIDE XANIM TEBRK EDREM BIZI QURURLANDIRDINIZ AMMA BU KITABIN AZERBAYCANCASINIDA CAP ETSENIZ DAHA COX SEVINERIK XALQ OLARAQ

  16. Fəridə xanım, çox gözəl iş görübsüz, əziyyət çəkibsiz. Həm sizin adınıza, həm xalgımızın adına sevindim. Müvəffəgiyyətlər !

  17. Tebrik edirem Menim qizimin adi Feridedir Bakidan size salamlar

  18. Tebrikler,cox sevindim.Size idealim kimi baxiram,reseptleriniz metbeximi bezeyir.Var olun.

  19. Salam, bu kitabi hardan elde etmek olar?
    online satisi var?

  20. Salam Feride xanim.Sizi boyuk ugrunuzdan dolyi cox tebrik edirem.Hemise xos ve gozel naliyyetler elde edesiniz.Azerbaycan xalqinin leziz xorekleri inaniram ki sizin gozel serhinizle Amerikada tez bir zamanda yayilacaq.Tebrikler.

Bir cavab yazın