Best in the World!
Dadlı yemək reseptləri bloqu

Krem-Pendir Naxışlı Brauni

Brauni Amerikalıların ən çox xoşladıqları şirniyyatlardandır. Bu brauni resepti isə hələlik mənim ən çox bəyəndiyimdir. Braunilərin üstündə krem pendirdən hazırlanan naxışlar var ki, bu da braunilərə daha gözəl görkəm verir. Brauninin içi heç vaxt çox quru olmamalı, bir qədər nəm qalmalıdır. Odur ki, bişirdiyinizdə diqqət edin, braunilərinizi çox  qurutmayın.

Krem-Pendir Naxışlı Brauni
Cooking Light jurnalının, dekabr 2007 nömrəsindən

Bu reseptdə yağsız süd və krem-pendirdən istifadə edilir, amma istəyə görə hər ikisi də yağlı ola bilər. Krem-pendir (Cream Cheese) Bakıdakı böyük supermarketlərdə satllır.

24-28 brauni üçün

1  stəkan yarım  un
2 stəkan şəkər tozu
yarım stəkan kakao tozu (şirin olmayan)
yarım çay qaşığı qabartma tozu
1/4 çay qaşığı duz
1/4 stəkan kərə yağı
60 qram plitka şokolad (şirin olmayan) – xırda xırda doğrayın
3/4 stəkan (bir stəkanın dörtdə üçü) süd
3/4 çay (bir qaşığın dörtdə üçü) qaşığı vanil ekstraktı
2 ədəd iri yumurta
yarım stəkan (110 qram) krem-pendir – otaq hərarətində yumuşaldılmış
1 iri yumurtanın ağı

Sobanı 180C-dək qızdırın. Un, bir stəkan və bir stəkanın dörtdə üçü qədər şəkər tozu, kakao tozu, qabartma tozu və duzu bir qabda qarışdırın. Kənara qoyun.

Yağ və şokoladı mikrodalğalı sobada istiyə dayanıqlı qabda 45 saniyə ərzində əridin. Mikrodalğalı sobanız yoxdursa, bir qazanda su qaynadın, şokolad və yağı istiyə danayıqlı qaba qoyub qaynayan qazanın üstünə yerləşdirin. Qarışdıra-qarışdıra əridin. Kənara çəkin.

Ayrı qabda süd, yarım çay qaşığı vanil ekstraktı və yumurtaları bir yerdə bir az çırpın (çəngəllə olar).

Şokoladlı qarışığı və südlü qarışığı unlu qarışığa əlavə edib mikserlə ərzaqlar qarışanadək çalın.

33 x 22 sm ölçüləri olan və kənarları bir az hündür bir listin kənarları və dibini duru yağla yağlayın. Alınan kütləni listə bolaşdıb yayın.

Geri qalan dörtdə bir stəkan şəkər tozunu, qalan dörtdə bir çay qaşığı vanil ekstraktını, krem-pendiri və yumurta ağını bir qaba qoyub mikserlə qarışanadək çalın. Alınan kütləni listdəki brauninin hər tərəfinə tökün.  Sonra isə bıcağın ucu ilə üstdəki ağ kütləni altdakı şokoladlı kütləyə naxış verə-verə qarışdırın. Şəkillərə baxsanız proses daha aydın olacaq.

Braunini sobada 30 dəqiqə ərzində bişirin. Xəmir listin kənarlarından aralanmağa başladığında braunilər hazırdır. Çox bişirməyin. Hazır brauninin üstü bir qədər yumuşaq qalmalıdır, yoxsa bərk olar. Sobadan çıxardıb tamamilə soyutduqdan sonra kiçik kvadratlara kəsin. Nuş Olsun!

Bir cavab yazın

32 Şərh
  1. SALAM FƏRİDƏ XANİM.BU SİRNİYAT COX GOZƏL GORUNUR.ƏMİNƏM Kİ QİZLARİM BUNU COX SEVƏCƏKLƏR.VAXTİM OLAN KİMİ BİSİRƏCƏM.ALLAH SİZDƏN RAZİ OLSUN.ƏLLƏRİNİZƏ SAGLİK.TƏSƏKKURLƏR.

  2. Salam ! Mən bu resepti ingilis dilində olan bloqunuzda görmüşdüm .Elə tərcümə etmək istəyirdim ki,burda azərbaycanca gördüm……Cox sağ olun…mütləq bişirəcəm …amma krem-pendir mütləq olmalıdır ?

  3. FƏRİDƏ XANİM PENDİRİN ƏVƏZİNƏ YUKSƏK FAİZLİ TVOROQ ƏLAVƏ ETSƏM SİZCƏ ALİNARMİ?SAG OLUN.

  4. Ulya 1: Krem pendir naxis vurmaq ucun lazimdir. Istemesen vurmamaq da olar, amma naxissiz olacaq. Evezine ise xamadan istifade etmek olar. Amma xama gerek sulu olmasin, yagli olsun, ve icine de seker qatmaq lazimdir ki sirnisi cox olsun.

    PERVANE: Tvoroqla olsa belke de olar, amma emin deyilem. Ve ya xama olar biler (Ulya1-e yazdigim cavabi oxuyun).

  5. siriniyat bisirmeyi cox xoslayiram insallah buda yaxsi cixar

  6. Salam Feride xanim burada yarim stekan kakao tozu yazmisiz o cox deyil beyem,?imkan olsa cavab yazardiniz

  7. TUNZALE; Xeyir, cox deyil. o qeder olmalidir.

  8. bu tortu hazirladim cox gozel alindi cox sag olun.

    amma 1 shey elave edim ki, kakao un kimi xemiri qatilashdirir ona gore ag renge unu normal, qara rengde ise 2 x.q az un elave etsez xemirin qatiligi eyni alinar

  9. feride xanim cavab verdiyinize gore cox sagolun

  10. salam…chox gozel ve dadli gorunur shekilden…indi gecdi yoxsa bishirerdim ,seher 100%bishirib dadina baxacagam…shuphem yoxdu dadli olmagina,senin reseptlerin hemise choooooooooooox super dadli alinir…

  11. Salam Feride xanim,necesiniz?menem Elgun,Feride xanim resepte 2 stekan seker tozu yazmisiz,amma gedishatinda 1 stekan elave eledize,o nece olur,1stekanin 4-de 3-nu xemire vurdug,yerdeki 4-de 1-ni de kreme,bes o biri stekan?

  12. ay))uzr isteyirem yaxsi oxumamisdim,pardon:-)

  13. salam feride.imkan olmur ki bu lezzetli reseptleri goturem.ela gorunur gerek edem mutleq.sag olun

  14. SALAM FƏRIDƏ XANIM. NECƏSİNİZ?SİZƏ BİR SUALİM VAR VANEL EKSTRATİ NƏDİR?MƏNDƏ VAR VANEL,VANEL SƏKƏRİ.VANEL EKSTATİNİN ƏVƏZİNƏ BUNLARDAN İSTİFADƏ ETMƏK OLARMİ?

  15. salam Feride xanim.sizi tebrik edirem bu gozel sayta gore, heqiqeten de ehtiyac vardi,azerbaycanca kulinariya sayti axtarisina cixmisdim ki bu sayta rast geldim.ama xahisim budur ki reseptleri artirasiniz. bir de sorusmaq isterdim meslehtli yemek kursu tanimirsiz?

  16. PERVANE: Vanil ekstrakti vanil toxumundan (lobya kimi olur) alinan mayedir. Sulu olur, rengi de cox tund olur. Boyuk supermarketlerde satilmamis olmaz. Eger yoxdursa vanil tozundan istifade edin. Dadlari ferqlidir, amma ekstrakt yoxdursa, toz ok-dir. Bir cimdik kifayetdir.

    LUNNAYA: Cox sag olun. Reesptleri vaxtim olduqca artiriram. Bakida olmadigim ucun yemek kursu bilmirem.

  17. Amerikali olmasamda braunini men de cox sevirem,amma indiye kimi hec bishirmemishdim.bu resepti gordum sevindim.bishirdim,cox dadli alindi,duzdu uzeeri biraz qizardi,amma dadi elaydi:)sag olun resepte gore.

  18. Salam Fəridə.
    Bir məsələni dəqiqləşdirərsənmi?
    Bir stəkan deyəndə hansı stəkanlardan (nə boydasını) nəzərdə tutrsan?
    Mən ölçü stəkanı deyəndə o iri var ha, “5 stəkanı bir kilo” gələnləri bilirəm axı…

  19. MEHIN: Burdaki STAKAN olcusune baxdim, eyniyle bizim orda chay fincani ki var (CHASHKA), onun qeder tutur.

  20. Cox sag olun Feride xanim Allah sizden razi olsun bu gozel ve aydin reseptlerinize gore

  21. salam SAMIREDIR men size bir defede yazmisdim necesiz? indi elemk istedim amma duzu krem-pendir nedi?onu basa dusmedim bir de zehmet olmasa ev seraitinde tvaroqu nece hazirlamaq olar?onu yazardiz cox saq olun bu tort cox qozel qorsenir mumjunse cavab

  22. SAMIRE: Cox sag olun yaxsiyam. Krem pendir supermarketlerde satilir. Bakida da var. Ag rengdedir, choreye asanliqla yaxila bilir. Yani krem kimidir, amma pendirdir.

  23. salam necesiz ekler tortu size l,azimdir mene cvb yazin

  24. Feride xanım salam.sizden bir xahişim var ne olur kere yagının ölçüsünü gramla verin stekanla deyil.sizin reseptler çox gözel bişirmek isteyirem ama kereyagını stekanla ölçüsünü görünce çaşib galıram.önceden teşekkürler

  25. Salam,resepte gore chox sagolun,eledim ,yoldashim ve gelen qonaqlarin chox xoshuna geldi.umumiyyetle men shokolad sevenem ,choxdan axtardigim shirniyyatdi.chox sagolun.

  26. dadli gorsenir))

  27. salam feride xanim azerbaycanda asciliq kurslari vardi?varsa hansilardi deye bilersiz?

  28. İNCİ, peşə məktəblərinə müraciət edin,bəlkə orda kurslar keçirilir.

  29. cox sagolun guler:)

  30. Feride ,brauni süperdi. Birde onu demek isteyirem ki,hal hazırda Azerbaycanda süpermarketlerde ne istesen tapmaq olur.O pendirlerin nece cür növü var.

  31. salam, Kakoa sirin olmayan plitka sirin olmayan. Bu nece olurki? Basa dusmedim alanda saticiya ne deyim alim?

    FƏRİDƏ – AZ COOKBOOK: Bəzi kakao tozlarına şəkər qatırlar. Şəkərsizini alın. Şəkərli də olar, onda keks daha şirin alınar. Plitka şokoladın da şəkəri az olanından alın, kakaosu çox olsun, şəkəri az.

  32. Salam… Bılmek ıstryırem krem pendır nedır?? Labne olur haaa odur???

Bir cavab yazın