Best in the World!
Dadlı yemək reseptləri bloqu

Bir Gün Larçmont Bazarında

Keçən bazar günü universitet rəfiqəm Xui Mei uşaqlarla məni onun çox bəyəndiyi və hər həftə getdiyi bazara apardı. Bazar bizim yaşadığımız evdən bir az uzaqdır, onun evinə isə lap  yaxındlr, ona görə o hər bazar günü səhəri mütləq bazara gedir. Bazarın adı Larchmont Farmers Marketdir. Los Ancelesin mərkəzinə yaxın yerləşən Larchmont Village adlanan yerdə hər bazar günü açılır. Bazarın ərazisi Azərbaycanda gördüyünüz bazarlar kimi deyil – kiçikdir. Amma maraqlı yerdir. Burada orqanik becərilən meyvə-tərəvəz, göy-göyərti, dibçəklərdə göyərti, tərəvəz və ağaclar, ətirli zeytun yağları, bal, güllər, əl işləri və sairə tapmaq olar. Ən çox xoşuma gələn göbələklər idi – o qədır növü var idi ki! Buyurun, virtual olsa da, siz də mənimlə bu maraqlı bazara qısa bir səhayət edin.

Əncir alıcılarını gözləyir.

Müxtəlif tərəvəz.

Avokado – məşhur avokado əzməsi quakamole üçün əladır!

Rəngarəng güllər.

Salat üçün otlar.

Qiymətində endirim olan üzüm.

Şirin kartof Yam (yam əslində kartofa bənzər başqa tərəvəzdir, amma Amerikada şirin kartofa da bəzən yam deyirlər).

Marakuya – sevdiyim ekzotik meyvələrdən biri.

Burada isə nar şirəsi satılırdı. Sizcə haradan! Azərbaycandan! Şirkətin sahibi xarici vətəndaşdır və Azərbaycanda olduğunu dedi. Mənim oradan olduğumu öyrənəndə sevindi.

Nar şirəsi satılan yer.

Bu isə Amerikan narı! Nar sezonu yavaş-yavaş başlayır.

Narlar.

Rəngarəng pomidorlar.

Birinci dəfə idi ki, uzun qarpız görürdüm. Maraqlı idi!

Göbələk sevənlər üçün əsl cənnət!

Şanterel göbələyi

İstridyə göbələyi.

Portobello göbələyi.

Bu isə bazarsevər uşaqlarım.

Bir cavab yazın

28 Şərh
  1. Sevirəm bazarlığı. Geniş, böyük bazarlıq.. Göyərtiləri görüdüm yadıma düşdü. Amerikanların kulinariya verlişində gördüm bizim kimi göyərtini dəstə şəklində deyil, dibçək şəklində alıb saxlayırlar. İstifadə edəndə də meyvə – tərəvəzi çox yumurlar.

    o qırmızı kartoşkalardan Bakıda da satılır, dietikdir deyəsən.

  2. maraqli bazar imish. Ferqli bir cox shey gordum. Esasen gobelekler maraqli geldi.
    Ushaqlarinizi da Allah saxlasin. Allah bed nezerlerden qorusun. Amin!

  3. men bazara getmekdense,marketden alisveris etmeyi daha ustun tuturam.bizim bazarlardan ele pis qoxu gelir ki,adamin nese almaga eli de gelmir. 🙁

  4. Salam Feride xanim

    Men Isvecrenin Zürix sheherinde yashayiram. Bele bazarlara demek olar ki burada her gün rast gelmlek olur. 1ci günden 5 ci güne kimi saat 8:00-12:00

  5. cox gozel. mende turkıyenn marmarıs ılcesınde yasayıram bur da da cox qerıbe meyve ve terevezler var ılk geldıyımde neyı nece bısıreceyımı bılmırdım ındı se artıq alısmısam.hetta bır sey de deyım ılk defe men burda kaktusun meyvesın yemısem dadı bır basqadı onu ele goturub yemek olmur qabıgını bıcaqla( elceklı ama)soyursan sonra yeyılır.

  6. salam feride xanim

  7. Chox saq olun ki, bizleri (oxucularınızı) bazarda da unutmursunuz))))
    Maraqlı idi

  8. Salam cox gozel yerim melum:) cox sag olun biznen bolushduyuvuze gore

  9. sag olun maraqli sekillerdi.en esasi sa Azerbaycan Nari

  10. Salam FEride xanim .maraqli xeber yerleshdirmisiz.mumkunse quakamole’in hazirlanmasini xeberde yerleshdirerdizde.men avakadonun icinde yashasamda hele hazirlamamisham ondan))))birde shekilde yerleshdiridiyiniz gobeleklerin bir coxundan burda da var amma her zaman shampion istifade edirem cunku o biri gobelekleri hazirlamaq mence xususi recept teleb edir.bir defe hazirlamishdim(adini unutdum)cox helimli(surushken)alindi.xahish edirem mukun varsa onlardan da recept yazardiz.

  11. sekiller o qeder gozel cekilib ki adamin istehasi artir)

  12. Çox sağ olun Feride xanım. Allah razı olsun. Bazarı qiyabi səyahət elədik sizin sayənizdə 🙂

  13. Feride salam! Bazar süper.Nece rengarengdir.Göbeleklere bayıldım ,çünki göbelekleri cox sevirem.Nara da ki söz ola bil-mez.Birde diqqetimi sarı pomidorlar cekdi.onların dadi necedir?.
    Balalarinizi ALLAh saxlasin!

  14. salam xanim sizden qaymaqli toyuq sorbasinin reseptini isdeyirem mumkun olsa qoyarsiz>

  15. her shey nece de seligeli yerleshdirilib!

  16. ooo ne maraqlidi,Bakida da bir xeyli vaxtdir bele bazarlar debe duwub,bizde yarmarka deyirler wembe-bazar gunleri olur,amma amerika bazari kimi temiz olmasa da,getmeye deyir,bazara getmek wexsen mene de boyuk zovq verir,cox maraqli wekillerdi tewekkur,Feride xanim!

  17. xoşum gəldi bu bazardan:)

  18. Elaaaa. Hemishe bazarliqda.:-) Men de bazarliq etmeyi chox sevirem. Lap o bazarda olmaq istedim.

  19. salam sizden xaisim var artiq derecede xais edirem 6 yumurtaliq baki bisqivitine ne qeder qabartma tortu qatilir?indi mene lazimdi cavabinizi gozleyecm……

  20. XARICDE OLMAQ ARZUSUNDAYAM.MARAQLIYDI TSK

  21. men de amerikada yashayiram. sizin reseptlere tez tez uraciet edirem. yemekler 4ox dadli alinir. size oz tewekkurumu bildirirem.

  22. bu bazarda burda da var ,ekologisk meyve terevezler satilir yalniz

  23. pomidorlar cox xosuma geldi…tam tebii gorunur

  24. cox seliqelidi

  25. SALAM FERIDE XANIM.COX GOZEL RESEPTLER YERLESDIRMISIZ COX SAGOLUN BU QEDER VAXDINIZI BIZLERE SERF EDIRSIZ.YENI RESEPTLER INSALLAH GOZDUYURUY SIZDEN.MENDE AZERBAYCANNAN KENARDA YASAYIRAM.INSAN AZERBAYCANIN MEYVE TEREVEZININ.UMUMIYETLE BUTUN QIDALARININ DADININ FERQINI BURDAKILARI DADDIQDAN SONRA HISS EDIR.

  26. cox maraqli idi))tewekkur-paylawdiginiz ucun

  27. Salam Feride xanim verdiyiniz etrafli sherhlere gore minnetdaram.fexr edilesi azerbaycanlisiz.hiss olunurki sizde vetenperverlik hissi cox gucludur.men rasiyada shimal terefdeyem bura getirilen meyvelerin-terevezin icinde en dadlisi azerbaycandan getirilenlerdi,hemde bir az baha olur.

  28. salam necesiniz. allah balanizi saxlasin menim sizden xahisim var mene bir allah quluna sms yaz

Bir cavab yazın