Best in the World!
Dadlı yemək reseptləri bloqu

Sobada Limonlu-Sarımsaqlı Qızılxallı Alabalıq

Baked Lemon-Garlic Steelhead Trout

Sobada balıq filesinin üstünə vura biləcəyim  bir çox sous reseptini sınaqdan keçirdikdən sonra, nəhayət qalibi elan etməyə hazıram- Kərə yağı-limon-sarımsaqlı sous. Həmişə evdə olan ərzaqlar – kərə yağı, limon şirəsi, limon qabığı, sarımsaq, duz və istiotdan ibarət çox sadə bir resept.

Lakin burda bir sirr var – mən adi kərə yağının əvəzinə ərinmiş kərə yağından istifadə edirəm. Nəyə görə? Ona görə ki, ərinmiş yağın zərif balıq filesinə tam uyğun özünəməxsus dərin bir təamı var. Qızılxallı alabalıq bu sous üçün ən gözəl seçimdir, amma qızılbalıqdan da istifadə etmək olar.

Buyurun, hazırlıq mərhələləri.

Steelhead Trout Fillet

Bu, dərisi soyulmamış qızılxallı filesidir.

Baked Lemon-Garlic Steelhead Trout

Bu isə digər tərəfi.

Steelhead Trout Fillet

Fileni sobada  bişirməmişdən öncə aluminium folqanın üzərinə qoyuruq.

Lemon-Garlic Sauce

Və bu da bizim ləzzətli sousumuz. Ərinmiş kərə yağı, sarımsaq, limon suyu, limon qabığı, duz və istiot.

Steelhead Trout Fillet with Lemon-Garlic Sauce

Filenin üzərini sousla tam örtür və üstünə təzə yaxud qurudulmuş şüyüd səpirik (şəkildə qurudulmuş şüyüddür).

Baked Lemon-Garlic Steelhead Trout

Hazır file belə görünür!

Baked Lemon-Garlic Steelhead Fillet

Bu resepti qızılxallı alabalıq əvəzinə  qızılbalıq filesindən də hazırlamaq olar.

4 pay üçün

Ərzaqlar:

1 orta ölçülü qızılxallı alabalıq (digər adları – poladbaş alabalıq, qöyqurşağı qızılbalığı) 
2 xörək qaşığı ərinmiş kərə yağı
2 diş sarımsaq (qabığı soyulmuş və əzilmiş halda)
Orta ölçülü yarım limonun sürtgəcdən keçirilmiş qabığı
Orta ölçülü yarım limonun şirəsi
Duz və  istiot
Bir çimdik xırda doğranmış təzə şüyüd və ya qurudulmuş şüyüd

Hazırlanma qaydası:

Sobanı 230C dək qızdırın.

Iri soba listinin üzərinə aluminium folqa sərin. List kifayət qədər iri olmalıdır ki, bütöv file yerləşsin. File yerləşmirsə  onu ikiyə bölün.

Fileni dərisi altda olmaq şərtilə folqanın üzərinə qoyun.

Kiçik bir qabda  ərinmiş kərə yağı, sarımsaq, limon suyu, limon qabığı, duz və istiotu yaxşıca qarışdırın.

Sousu filenin üzərinə çəkin. Bunun da üstünə şüyüd səpin.

12-15 dəqiqə və ya file tam bişənədək sobanın orta gözündə bişirin. Spatula vasitəsi ilə fileni folqadan qaldırıb servis qabına qoyun. Balığın qabığı folqanın üzərində qalacaq (folqayla bərabər ata bilərsiniz). Nuş olsun!

Fileni ayrıca qaba qoyub istənilən qarnir ilə süfrəyə təqdim edə bilərsiniz.

 

Bir cavab yazın

3 Şərh
  1. FERIDE XANIMCOXSAG OLUN MENDE BUNU EDIREMANCAQ MEHMAN USTADAN GORMUWEMBALIGI FOLQANIN USTUNE QOYANDAN SONRA BICAQLAIKI YERE BOLURQABIGADEYMEMEK WERTI ILE FALQA CIRILMASIN SONRADILIM DILIM DILIM KESIB SIZDUZELDEN SOUSLA ARALARINA GEZDIRIR BIWENDEN SONRATIKELERLE CIXARDIRSIZ FALQANI QABIGINI KESMEDENBU COXVACIBDIR

  2. INWALLAH indi biwirecem.gorum nece olacaq,cox maraqli ve lezzetli gelir mene

Bir cavab yazın