Best in the World!
Dadlı yemək reseptləri bloqu

Meksika Toy Qurabiyəsi

Bu balaca ləziz qurabiyyələri Meksika adətinə görə orada toylarda hazırlayıb, qonaqlara təklif edirlər.  Buna görə də onların adı Meksika toy qurabiyyəsidir. Amma bir məsələ də var ki, bu reseptə eyni zamanda başqa adlar altında da rast gəlmək olar – sən demə, bu qurabiyyələrin İspan toy qurabiyyəsi, Avstriya kipferin qurabiyyəsi, hətta Rus çay qurabiyyəsi adları da var. Meksika əsilli rəfiqəm Berta təstiq etti ki, bəli, bu qurabiyyələr Meksika mətbəxinə aiddir, amma onu da əlavə etti ki, onun Alman dostu bir gün Amerikada bu cür qurabiyyənin dadına baxdıqdan sonra onun Alman qurabiyyəsi olduğunu iddia etdi. İndi gəl dəqiq de ki, bu haranın qurabiyyəsidir. Amma haranın olursa olsun, bunu bililəm ki, çox ləzzətli qurabiyyədir. Ağızda ovulub gedir. Nuş Olsun!

Meksika Toy Qurabiyəsi

Williams-Sonoma Essentials of Baking kitabından adaptə edilmişdir

18 ədəd qurabiyə üçün

Qeyd: Ölçülərə dəqiqliklə rəayət edin. Çəkilmiş badam-fındığın miqdarı mütləq 1 stəkanın  dörtdə üçü qədər olmalıdır. Bunlar çəkildikdən sonra toz kimi və yaxud azacıq diri-diri qala bilər (istəyə görə).

1 stəkan (155 g) un
1 çay qaşığının  dörtdə biri qədər duz
Yarım stəkan (125 g) kərə yağı – otaq hərarətində
Bir stəkanın üçdə biri qədər  (90 g) şəkər tozu
1 çay qaşığı vanil ekstraktı
1 stəkanın  dörtdə üçü qədər (90 g) qovrulmuş, qabığı soyulmuş və çəkilmiş fındıq * və yaxud qovrulmuş və çəkilmiş badam (qabığını soymağa gərək yoxdur) **
Təxminən yarım stəkan (60 g) şəkər kirşanı (pudrası)

Sobanı 165C-dək qızdırın. İri qurabiyyə listinin dibinə perqament kağızı sərin.

Bir qabda un və duzu qarışdırıb, qabı kənara qoyun.

Ayrı iyi qabda yağ, şəkər tozu və vanili mikserlə yaxşıca qarışanadək, təxminən 1 dəqiqə ərzində çalın. Çəkilmiş badam və ya fındığı əlavə edib qarışanadək az sürətdə çalın. Unlu qarışığı da əlavə edib bir az çalın ki, ərzaqlar  qarışsın.

İndi isə qurabiyyələri düzəldin. Bunun üçün xəmirdən bir xörək qaşığı qədər (üstünü çox doldurmayın) götürüb əllərinizin arasında yumru top şəklinə salın. Topun diyametri 2.5 sm olmalıdır. Hazırladığınız topları bir-birindən 2.5 sm aralı olmaq şərtilə listə düzün.

Qurabiyyələri sobanın orta rəfində altları bir az qızaranadək, üstləri isə qızarmağa başlayanadək, amma daha çox öz rəngində qalanadək bişirin, təxminən 20-25 dəqiqə. Listi sobadan çıxartdıqdan sonra, qoyun qurabiyyələr listə bir az soyusunlar, sonra isə kənarda tamamən soyudun.

Şəkər kirşanını bir qaba qoyun. Qurabiyyələri kirşanın içində gəzdirin. İstəyə görə, qurabiyyələri qaba yığdıqdan sonra onların üstünə qalan kirşanı da ələyə bilərsiniz.

* Fındığı qovurub qabığını soymaq üçün: Onları ya sobada (165Clik) ya da tavada bir az qovurduqdan sonra, çay dəsmalının arasına qoyaraq ovun ki, qabıqları çıxsın.

** Badamı qovurmaq üçün: Badamı sobada qovurun və çəkin.

Bir cavab yazın

19 Şərh
  1. salam Feride xanim.saytinizda yeniyem.Cox xosuma geldi hedden artiq.Ellerinize sagliq,yazan barmaqlariniz yorulmasin.

  2. Feride xanim, Sizi ve ailenizi Yeni il ve Dunya Azerbaycanlilarinin hemreylik gunu munasibetile tebrik edirem. Sizin kimi genc ve herterefli gozel xanimin bizim Azerbaycanimizi temsil etdiyinize gore qurur duyuram. Aile, qadin, ana, qaynana, nene xoshbextliyi, can sagligi arzu edirem. Allah etdikleriniz yaxshiliqlarin evezini versin. Amin! Tebrikler!!!

  3. Senin ailenle beraber yeni il bayraminizi tebrik edirem.

  4. Salam Feride xanim.Sizi ve ailenizi yeni il bayrami munasibeti ile tebrik edirem.Yeni ilde size butun arzularinizin heyata kecmesini dileyirem.hormetle Ulviyye.

  5. salam men burda yeniyem salam Feride xanim.necesiz.yepyeni reseptlerde yazsaniz sevinerem.saqolun.hormetle

  6. salam

  7. salam men burda yeniyem .salam Feride xanim necesiz bu resepti mutlek hazirlayacam.xaiw edirem daha cox dondurma reseptleri yazsaniz sevinerem.evvelceden saqolun.hormetle.

  8. salam Feride xanim.saytinizi cooox beyenirem.reseptlerinizden cox faydalaniram.Zehmet olmasa toyugun dogranma qaydasini gostererdiniz.Tesekkur edirem.

  9. saiam feride xanim.zehmet olmasa ev sheraitinde konfetlerin hazirlanmasini yazin.

  10. Salam Fəridə xanım.Mənə elə gəlir ki reseptdə nəyisə yazmamısız.Çünki dünün necə yazmısız bişirdim.Eləcə yağ dadı verirdi.yeyə bilmədim və maresef tulladım.Xahis edirəmn reseptə bir də göz atın.

  11. AYNUR-Şəkili – Reseptdəki ölçü və texnologiya düz yazılıb – amma bir səhf tapdım, o da duzu bir az çox yazmışam. Dörtdə bir çay qaşığı olmalıdır. Qurabiyələr yağlı olur amma yağ dadı bi o qədər qabarıq olmamalıdır. Bəlkə stifadə etdiyiniz yağın tamı qatı idi və ya yağı mikserkə yetərli çalmamısınız. Başqa səbəb görmürəm. Ümid edirəm ki, gələn dəfə alınar.

  12. salam. saytiniz cox xoshuma geldi.inshallah men burdan cox shey oyrenecem.buna gore de size cox minnetdaram.ugurlar

  13. salam Feride xanim..men bu qurabiyelei hazirladim ve cox beyendim.. evde de hami beyendi..lezzetli, dadli..cox sag olun Feride xanim! super!!!

  14. feride xanim, Necesiz? Zehmet olmasa bulka resepti qoyardiz. Cox minnetdar olardim.

  15. elememisem amma cox gozel gorunur sabah eleyecem tesekkurler…..

  16. twk

  17. Sayt cox gözeldir

  18. salam Feride xanim saytinizda yeniyem ama reseptleri qonaq kimi izleyirdim ve bir necesini hazirlamisam heqiqeten de gozel cixib.reseptleri deqiq ve aydin swkilde izah etdiyiniz ucun cox tesekkur edirem.bezen basqa saytlardan resept goturup hazirlairdim ama yaxsi alinmirdi.sizin sayti tanidiqdan sonra yalniz burdaki reseptlere inaniram.duzgunluyunuze gore size tesekkurler.

Bir cavab yazın