Subscribe
Dadlı yemək reseptləri bloqu

Ovçusayağı Toyuq

Pollo Alla Cacciatora adlanan bu ləziz yeməyin İtaliyada bir çox növü var. Burada gördüyünüz ən sadələrindən biridir. “Caccioatore” İtalyanca “ovçüsayağı” deməkdir. Bu cür yeməklər adətən asan hazırlanan olur. Ovçular bilir işlərini. Molto delizioso!

Ovçusayağı Toyuq
Clifford A. Wright. “Bake Until Bubbly” kitabından adaptə edilmişdir.

4 pay üçün

Ərzaqlar:

Bİr ədəd kilo yarımlıq toyuq – tikələrə bölün
1 ədəd iri soğan  – 8 yerə bölün
2 ədəd quru dəfnə yarpağı
2 zoğ təzə rozmarin
2 xörək qaşığı kərə yağı – xırda kubiklərə doğrayın
Yarım kilo pomidor (5-7 ədəd) – soyun, ikiyə bölün, iridirlərsə, hər yarını 3-4 yerə bölün
Zövqə görə duz və istiot
Dörtdə bir stəkan zeytun yağı

Hazırlanma Qaydası:

Sobanı 205Cdək qızdırın. Ölçüləri 33 x 22 X 5 sm olan soba istisinə dəyanıqlı tavanı/qabı (mən istiyə dəyanıqlı şüşə qabda bişirirəm).

Buraya əvvəlcə toyuq və soğanı yerləşdirin. Dəfnə yarpağı və rozmarini toyuq və soğanın arasında yeləşidrin. Üstünə kərə yağını yerləşdirin. Pomidorları kəsilmiş tərəfi aşağıda olmaq şərtilə toyuğun ətrafında şəkildə gördüyünüz kimi düznü. Toyuğun üstünə zeytun yağı tökün. Duz və  istiotlayın. Yeməyi sobada toyuğun üstü bir az qızarana və yeməyin suyu çıxanadək bişirin, təxminən bir saat yarım ərzində.

Related Posts with Thumbnails

Bir cavab yazın


58 Comments
  1. salam feride xanim.dadli yemeye oxsayir.mumkunse deyerdiniz<rozmarin nedir.azerbaycanda var bele bitki?

  2. salam feride xanim yene sizi narahat edirem ama yemeyi gordum coox dadli gorsenirdi feride xanim bezi seyleri anlamadim mes birinci sualim rozmarin nedi ve onu neynen evez etmek olar? 2) zeytun yagi evezine qargidali yaginan istifade etmek olar? oxudugun ucun tsk

  3. SALAM FERIDE XANIM. ROZMARIN NEDI?

  4. VƏFA və AYGÜL – Rozmarin ətirli bitkidir. Ətlərə qatanda xüsusi dad verir. Türkcəsi biberiyyedir. Ümumi adı isə hər dildə rozmarindir. Şəkilləri burada var – http://www.google.com/search?hl=en&client=safari&rls=en&q=rosemary&bav=on.2,or.r_gc.r_pw.&biw=1054&bih=596&um=1&ie=UTF-8&tbm=isch&source=og&sa=N&tab=wi

    • Cox sag o,un. Beyaqdan o bitkini arasdiriiramki adi nedir. Adini sayanizde oyrendim. Cox sevindim. Bir budaqi olan kicik biri var hediyye ede bilerem size ride xanim

  5. VƏFA – Zeytun yağı olmalıdır.

  6. ANLADIM TSK CANIM AMA MENE MARAQLIDI GORESEN AZERBAYCANDA TAPACAM BU BITKINI BUNU BASQA ETIRLI BITKIYNEN EVEZ ETMEK OLAR?

  7. VƏFA – Deyilənlərə görə, rozmarin Bakıda gül mağazalarında satılır. Ətirli olduğuna görə buketlərdə də istifadə olunur. Onun dadı heç bir şeylə əvəz olunmur. Amma əgər tapmasanız, bir az kəkliokotu vura bilərsiniz.

  8. TSK EDIREM CANIM MEN KEKLIKOTUNU COX SEVIREM BACARDIGIM QEDER DE ISTIFADE EDIREM

  9. TESHEKKURLER

  10. Salam Feride xanim.Iki ile yaxin olar ki men bu sayta gelirem. Amma ilk defedir ki size yaziram.Inan ki men sizi qiyabi olsada heqiqeten cox isteyirem. Her defe bura gelib teze resepleri gorende cox sevinirem. Her bir resepti ozumde qeyd edirem. Size oz tesekkurumu bildirirem ve isinizde size ugurlar arzulayiram.

  11. evdaram

  12. teshekkurler

  13. Her bir seye gore evvelceden tesekkurlerimi bildirirem.mene qaranliq qalan,Italian metbexinden olan “Caccioatore” “ovçüsayağı”… erzaqlarinin icindeki bu cumle oldu.””2 xörək qaşığı duzsuz kərə yağə – xırda tikələrə doğrayın”” zehmet olmasa bunu mene izzah ederdiz.E-mail adresime yazsaz sevinerem.

  14. YUSİF – düzəliş etdim. Kubiklərə doğrayın. Ərinməmiş paçka yağını.

  15. salam Feride xanim.saytinizi cox ziyaret etsem de ilk defedir size yaziram heqiqeten cox gozel anlashiqli yerleshdirirsiz reseptleri teshekkurler zehmetinize gore.

  16. Salam Feride xanim necesiz?Feride xanim axi men rozmarin tapmadim…belke esidersiz ayin 11 bakini altini stune cevirdim ama Rozmarin satiram deyen olmadi.bir yerde var idi oda gul idi.ama mence bu Rozmarinin otudur he?

  17. SALAM Feride xanim size qucaq dolu sevgiler ve teshekkurler Sizin resseptlerinizden cox faydalaniram Bax bu deqiqe menim metbeximde iftar ucun sizin resseptlerinizle hazirladigim lahmacun ve yayla corbasi var ve eminemki yenede cox dadli alinib. Birde YUSIF beyin nezerine eger hec cur rozmarin tapa bilmirse en azindan agac satilan yerlere baxa biler onun kollarini satirlar men ozum orda rast gelmisem

  18. YUSİF – Mənə dedilər gülsatan yerlərdə olur. Günay, çox sağ olun.

  19. Feride xanim sizden Suşinin reseptini xais etsem olar.bi zehmet.

  20. Hormetli Feride xanim ve butun oxuyucular.haminin diqqetine.
    Rozmarinin bizimdile tercumesi CƏMƏNOTU-durşSehermizdeki CİTY MARKETLERDE olur

  21. YUSİF – Çəmənotu səft etmirəmsə FENUGREEKdir, yəni rozmarin deyil. Bunlar fərqli bitkilərdir.

  22. Yox men onu sef asbazdan sorusdum.oda dediki Rozmaridi,yeni Cemenotu.

  23. Feride xanim.men bu yemeyi hazirladim.Heyat yoldashimin coxxx xoshuna geldi.Esas odur ki kishini razi sala bilek))))Cox sagolun Feride xanim el qolunuz var olsun.sizin receptlere cox guvenirem.

  24. SALAM FERIDE XANIM,SIZE COX MINETDARAM GOZEL RESEPTLERINIZ UCUN,MEN BUGUN BU YEMEYI HAZIRLADIM COX DADLI IDI VE HEYAT YOLDASIMIN COX XOSUNA GELDI….HER KESE MESLEHET GORERDIM COX SAQ OLUN

  25. salam Feride xanim necesiz??reseptleriniz superdi …men xaricde tek qaliram sizin resseptleriniz mene cox komek edir….bir de bu rozmarin ne olan wetdi yeee ??siz de yazanda bizim otlardan yazinda zehmet olmasa….camaati derd goturub daha rozmarini gardan tapsin…sagolun her weye gore

  26. RAUF – rozmarin haqda bir gün yazaram.

  27. Salam Feride xanim.Ovcu sayagi toyuqda yazmisiniz ki,rozmarin 2eded zehmet olmasa onun ne oldugunu yazin cunki bunun haqqinda hec anlayisim bele yoxdur.onceden tesekkurler.

  28. rozmarin satilir bizim bagda bitir cox gozel etiri olur mexsusi dad verir yemeylere kabab vurulandada dadi cox gozel olur

  29. bazarda ve ya market
    lerde satilir

  30. HAMIYA SALAMLAR.BU YEMEYIDE BISIRDIM.DADLI ALINDI.ROZMARIN EVEZINE KEKLIKLIKOTU VURDUM.GOZEL ETIR VERDI.TESEKKURLER……….

  31. Hamının diqqətinə: rozmarin bizim dildə ətotu və ya mərzə adlanır. 8-ci km bazarında nadirən də olsa tapmaq olur. Əsasən dağlıq ərazidə, ən çox da Naxçıvan tərəfdə bitir.

  32. KÖNÜL – ətotu/mərzə başqa şeydir. Onun ingiliscə adı marjoramdır. Rozmarin isə başqadır. Kiçik şam ağacının budaqlarına bənzər budaqları var. İnternətdə şəkilləri var. Rosemary deyə axtarın.

  33. Mən bayaq axtarış etdim ki,bəlkə türk dilində ət otu adlı bitki tapım,Amma alınmadı. Rozmarin bizim dildə – Kəbabiyyə və ya Bibəriyyə adlanır. Nə qədər doğru məlumatdır bu,deyə bilmərəm, eşitdiyimə görə kabab hazırlayarkən ətə bu Rozmarindən qatırlar.

  34. Fəridə,artıq gördüm,yazmısan yuxarıda. Elə Türkcəsi də Biberiyyə imiş)))

  35. salammmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

  36. cooox gozel yemekdi

  37. cox dadlidir

  38. Salam,Feride xanim,sizden xahis ediren et ve toyuq monastrinin hazirlanma qaydasini yazasiz.Qabaqcadan tesekkurler,cox sagolun

  39. Rozmarin göyərti satılan yerdə satılır.

  40. salam Feride xanim suse tavalardan butun peckalarda istifade etmek olar?

  41. FATİMƏ, şüşə tavaları alarkən satış yerindən maraqlanın. Onların bəziləri (keramik qablar daxil) qaz sobasında, bəziləri isə elektrik sobasında istifadə üçün yararlıdır. Hər iki -qaz və elektrik sobasında istifadə edilən tavalar da var.

  42. cox gozel yemeklerdi adam lap seklini yemek isteyir

  43. tesekkurler

  44. Rozmarin Mərzıdir . Bəzi regionlarda ona ətotu da deyilir

  45. Salam,Feride xanim.Sizin saytinizla bir nece ildirki maraqlaniram,men ilki defe bu sayta girende burda 3-4 tarif var idi.İndi sukur saytiniz get-gede zenginlesib.Saytinizi cox beyenirem,size isinizde ugurlar arzu edirem.Teze reseptlerinizi sebirsizlikle gozleyirem.
    Yusif-beye de demek isteyiremki Rozmarin Cemenotu deyil,googleda axtaris etsin.Orda sekillerden gorunurki bunlar ayri ayri otlardir.

  46. Salam.Az.da rozmarin demek olarki taninmir,istifade edilmir edviyat kimi.bir cox yerlerde dibcheklerde dekorativ bezek bitkisi kimi ekilib.Az.can kinoteatrinin qarshisinda da var.Bir budaq derin aparib evinizde dibcekde ekin ve siz de rozmarinden faydalanin :))

  47. salam. Rozmarine Azerbaycanda Etotu da deyirler. Bazarda etotu desez taparsiz. Dadi Kekotuna oxwayir, amma biraz tunddu. dagliq rayonlarimizin metbexinde lap cox istifade olunur. Qusar zonasinda yemiwem, yagli qoyun etiyle ela olur.merdekandaki nebatet baginda butun yer doludu, ayaq altinda qalacaq qeder, amma heckim bucur qiymetli bitkiye fikir vermir

  48. Rozmarin Azərbaycan dilində ətotu deməkdir. Bu bitki Qərbi Azərbaycan mətbəxində çpx geniş yayılıb. Biz evdə həmişə ətotundan istifadə etmişik. Farş ətin tərki inə həmişə ətotu əlavə edirik. Ətotu ətə xüsusi tam verir. Əvvəllər Bakıda çox az tapılırdı. Ona görə də qaynanam bəmişə ətotunu yayda alıb qurudurdu ki, həmişə evdə olsun. İndi bazarlarda tapmaq olar ətotunu.

    Təəssüf ki, bu cür bitkinin qədrini bilmək bir yana, başqa adlarla tanıdırlar. Əsl adı ƏTOTU olduğunu gərək hamı bilsin.

  49. Mezredi Naxcivanca rozmarine

  50. Feride xanim bisirdim cooooooxxxx lezetti tesekkur edirem

  51. Salam, Azərbaycan mətbəxini tərənnüm edən bu saytı yaratdığınız üçün təşəkkürlər. Əsl Azərbaycan öz-özlüyündə çox geniş bir ərazini əhatə etdiyi üçün xörəklərimizdə istifadə etdiyimiz təkcə göyərtilərin elə adları hər bölgədə bir cür adlanır. məsələn rozmarin Naxçıvan, Güney Azərbaycan, Abşeron və Şirvanda mərzə; Qarabağ, Qərbi Azərbaycan və Muğanda isə ətotu adlanır. Sadəcə olaraq bizim botaniklər yeməkdən çox elmə vaxt ayırsalar, lazım olan məlumatları vaxtında paylaşsalar, bizlər bu qədər əziyyət çəkmərik.

  52. KÖNÜL – Çox sağ olun. Əslində rozmarin və mərzə (ətotu) bənzər olsalar da, fərqli otlardır. Görünüşü bənzəyir, dadında da bir az bənzərlik var, amma tamamilə fərqli bitkilərdir. Rozmarin elə rozmarindir. Mərzə (ətotu) başqadır.

  53. super ellerinize sagliq ama o rozmarini hardan tapa bilerem?

  54. Salam Feride xanim, zehmet olmasa deyerdiz toyugun hansi hisselerini istifade etmek lazindi?

  55. Rozmarin Azərbaycan dilində “ətotu” adlanır. Biz tərəflərdə (Ağbaba mahalı – indiki Ermənistanın Amasiya/Gümrü/Şirak bölgəsi) ətotunu çəkilmiş (farş) ətə vururuq. Həmçinin müxtəlif yeməklərdə, o cümlədən şorbalarda da istifadə edirik. Mən şəxsən tərkibində ətotu olmayan farş əti yeyə bilmirəm. Etotu indi demək olar ki, Bakının bütün bazarlarında satılır. Etotunu təzə vaxtı alıb qurutmaq və bütün ilboyu istifadə etmək olur.

    • Şərhinizə görə çox sağ olun.Rozmarin və ətotu başqa bitkilərdir, düzdür, bir qədər bənzərdirlər. Ətotuya bəzən mərzə də deyilir Azərbaycanın bəzi regionlarında. Naxçıvan zonasınra, xüsusiylə Ordubadda da ətotundan çox istifadə edir.

Bir cavab yazın