Best in the World!
Dadlı yemək reseptləri bloqu

Pendirli Borucuqlar

Tez-tez bişirdiyim ləziz borucuqlarla tanış olun. Xəmirində maya əvəzinə qabartma tozundan istifadə edirəm.  Beləliklə, mayalı xəmirdən fərqli olaraq, bu xəmirin gəlməsini gözləməyə ehtiyac qalmır. Buna baxmayaraq, borucuqlar həm yaxşı qabarır, həm də yup-yumuşaq alınırlar. Siz də sınaqdan keçirin. Nuş olsun!

Pendirli Borucuqlar

24 ədəd borucuq üçün

Xəmiri Üçün:
2 stəkan yarım un
2 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı duz
1 stəkan süd – otaq hərarətində
Yarım stəkan duru yağ

İçi Üçün:
2 stəkan yarım iri-iri ovulmuş ağ pendir
1  yumurtanın ağı
1 xörək qaşığı və ya zövqə görə daha da çox xırda-xırda doğranmış cəfəri (cəfərinin yerinə göy soğan və ya şüyüd də istifadə edə  bilərsiniz)

Üstü Üçün:
1 yumurtanın sarısı
Çörəkotu və ya güncüt


Hazırlanma Qaydası:

Əvvəlcə xəmiri hazırlayın. İri qabda un, qabartma tozu və duzu qarışdırın. Süd və yağı buraya əlavə edib elastik və yumuşaq bir xəmir əldə edənə qədər, yoğurun.  Xəmiri kündələyib qaba geri qoyun. Üstünü örtüb dincəlməsi üçün 10 dəqiqəlik kənara qoyun.

İçi hazırlamaq üçün ərzaqları qarışdırın. Pendiriniz duzludursa, içə duz əlavə etməyin. Duzsuzdursa, zövqə görə duz vurun.

Sobanı 195Cdək qızdırın. İki ədəd iri formanı hazır tutun.

Xəmiri 3 hissəyə bölün. Hər hissəni kündələyin, oxlovla 28 sm diyametri olan dairə şəklikdə açın. Dairəni bıçaqla 8 üçbucağa kəsin. Hər üçbucağın enli tərəfinə bir çay qaşığı dolu içdən qoyun. Üçbucaqları rulet şəklində bükün.

Alınan borucuqları listlərə düzün. Səthlərinə yumurta sarısı çəkib, çörəkotu və ya güncüt səpin. Bir listi sobanın aşağı hissəsi, digərini isə üst hissəsinə yerləşdirin. 10 dəqiqə bişirdikdən sonra, listlərin yerlərini dəyişib 10 dəqiqə daha, və yaxud borucuqların üstü qızaranadək bişirin.


Bir cavab yazın

55 Şərh
  1. Ic uchun lazim olan yumurtanin agini pendire qarishdirilib istifade olunur? Chox dadli gorunur, teshekkurler.

  2. Feride xanim,
    kesmik olsa olar?

  3. Salam Feride xanim .men ele bu gun bisirdim:).Evde goyertilerden hec biri olmadigindan sade pendirli eledim.lezzetlidirler.Teshekkurler.

  4. Feride xanim her defe komptere oturanda evvel sizin sayta baxiram ki gorem hansi yenilik var bu goruntu cox xosuma geldi yeqin hem de lezzetlidirler,ellerinize sagliq

  5. feride xanim salam elinize ureyinize sagliq cox gozel gorunurler mutleq biwirib dadina baxacam.size her biwirdikce dua edirem.sag olun

  6. Salam Feride xanim nece gozeldiler olarki icine pendir yox bawqa bir weyle evez edilsin mes:cem kartof puresi?

  7. cox sag olun Feride xanim resepte gore

  8. BƏYİM – Bəli, yumurta ağı vurulur.

    PƏRVANƏ – Kəsmik quru olmalıdır. Onda olar.

    PƏRVANƏ – İstədiyiniz içlə olar.

  9. Salam.Feride xanim adi xemire nece gun dondurucuda saxlamag olar?adi xemir dedikde yeni duwbere ucun edilen xemiri nezerde tuturam.

  10. PERVANE – Men adi xemiri hec vaxt dondurmuram. Duzu nece gun qalar bilmirem.

  11. elleriniz var olsun.Biz bunu qoz lepesi ile edirik.Bu menim ucun yeni oldu.Tesekkurler.

  12. mutəkkədir də.Prosta shirniyyat kimi yox qəlyanaltı kimi də yeyilir bu

  13. Salam Fəridə,

    Hemisheki kimi orijinaldir reseptin.

    Bir az gec de olsa Səni və bütün qərib qızlarımızı Milli İftixar Günümüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
    İnshallah bu bizim Avroviziyada nə ilk ne də son qalibiyyətimizdir. Əgər biz burada sevincimizdən partlayırıqsa, təsəvvür edə bilərəm ki, sizlər qürbət eldə nələr çəkirsiniz. Millətimiz belə 1 ruh yüksəkliyinə həqiqətən də ac imish. Hələ də o səhnələr- AZ-TURK bayrağının mötəbər zirvədən vüqarla dalğalanışını düşünəndə gözllərim yaşarır, qəlbim fərəhlənir, qəhərə boğuluram. Düşünürəm ki, damarında Azərbaycanlı qanı axan hər 1 kəs üçün Müsiqi Tariximizin ən möhtəşəm səhifələrindən 1-i, bəlkə də 1-c-sisdir bu. Nə yaxşı ki, Türküstan Elində də bayram oldu.

    İnşallah axarıncı olar qələbəmiz, sağ əli Qarabağımızın başına AMİN!

  14. Bishirdim men de eynile.Amma pendie petrushka yox şüyüt vurdum.O da dadlı olur.Chox gozel ve dadlı oldu.Təşəkkülər.

  15. Feride xanim bisirdim.eynile rseptdeki kimi hazirladim.cooox lezzetli alindi.haminin xosuna geldi.buna gore de size cooox boyuk minnetdarligimi bildirirem.bele maraqli reseptleri tez-tez yerlesdirin biz de bisirek.ALLAH sizden razi olsun

  16. cox cox cooooox SUPER…………..ELE BU QEDERDE BİSİRMİSDİM DUNEN …………………………….YENE BİSİRECEM,DADİ DAMAQİMDA QALİB…………..HELE BU QEDER DADLİ BİR SEY YEMEMİSDİM…………………EVDE ANAM MEN VE 10 YASLİ QARDASİM VAR İDİ ……………..BAXMAYARAQKİ 15 YASİM VAR BİSİRMEYE COOOOOX HEVESLİYEM………………….3-UMUZDE 10-15 DEQİQE ERZİNDE HAMİSİNİ YEDİK BİRDE GRDUKKU BOYUK BACİMLA PAPAMA 1 DENE BELE QALMAYİB……………….UTANDİQİMİZDAN PAPAYLA BACİYA HECNE DEMEDİK SABAH 2 DEFE COX BİSİRECEM Kİ,ONLARDA DADSİNLAR……………….RESEPTE GORE COX TESEKKUR EDİREM………………….ARTİQ MEHLEDEKİ QİZLARA VE REFİQELERİMEDE RESEPTİ VE HAZİRLAMA QAYDASİNİ DEMİSEM………………….HER KESE BU BORUCUQLARİ BİSİRMEYİ MESLEHET GORUREM………………. BİR DAHA TESEKKURLER……..SAQ OLUN ! ! !

  17. Tesekkurler Feride xanim

  18. EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEELLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAADDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRRR

  19. bunun icine adi kend pendiri qoymaq olar????

  20. AYTƏN – Olar.

  21. salam feride xanim serhimi gecde olsa indi yaziram cox dadli alinmisdi .pendirli borucuqlarla evrovision gelebesini qeyd etmisdik ailelikle.tesadufden bunlari bisirmeyimiz hemen gune tesaduf etmisdi .yenede tesekkurler dadli resept ucun

  22. Salam

  23. salam, Feride xanim.borucuqlari toyuqlu iclikle bisire bilerem?cox sag olun

  24. AysElnur,fantaziyaya görə müxtəlif içlik qoymaq olar.

  25. Pendirli borucuqlardan bisirdim Mmmm m m m ela idi,desem inanmazsiz ustunde dava dusdu:) boyuk olan aileme soz vermisem 7ayliq oglum olmasina baxmayaraq seher tezden vaxtimin coxunu 2-3pors borucuq bisirmeye ay4racam 🙂

  26. Feride xanim resepte gore cox sag olun,, Bisirdim cox gozel alindi. cox rahat , dadli ve az vaxt aparan reseptdir. tesekkurler

  27. Cox dadli tovsiyedir. Amma men bu resepti qat-qat xemirden hazirlayiram, mohteshem alinir. Hem yuxarida bir xanimin sualina cavab – kesmikle bishirirem – kesmik quru ve yagli olarsa daha lezzetli olur. 😉

  28. Hanmi terifledi men de hevese geldim.Bishireceyem gorum heqiqeten de deyildiyi kimi dadlidi

  29. Cox gozel reseptlerdir,oxududqca Adam acir ve oz-ozume deyirem “kas olsa da indi yesem”

  30. qabartma tozunu ne ile evez etmek olar? buralarda onu tapmaq qeliz meseledi 🙁

  31. bu resepte görə təşəkkür edirəm.bişirdim, cox gözel alındı.indi tez-tez bişirirəm.

  32. Fəridə xanım,reseptə görə təşəkkür.
    Anam bunun içərisinə pesoklu qoz ləpəsi vurur.Belə də dadlı olur.Bİz buna “mutaki”deyirik.İnanıram ki,sizin reseptiniz də çox dadlıdır.

  33. men bundan tez tez hazirlayiram. ama ichine soganla qovrulmush qiyma biraz sarikok biraz darcin vururam icliye, etiri xosh olsun deye. chox lezzetli alinir.

  34. chox sag olun Feride xanim. ela alindi, hem dadli, hem yarashiqli.

  35. cox saq olun Feride xanim bu resptlere gore size minnetdaram

  36. super

  37. bisirdim cox qeseng alindi sud evezine qatiq vurdum bundan sonra yene bisirecem twk:)

  38. bisirdim cox yaxsi cixdi. usaqlarim cox beyendi.

  39. mende bisirdim cox dadli cixdi ellerinize saliq feride xanim

  40. bu reseptle eledim cox lezzetli alindi.cox sagolun cox tewekkur edirem.

  41. Salam Feride xanim.sizin sayti cox beyenirem.bunu et ile evez etmek olar?cox sag olun

  42. Чо хх дадлыдыр хегигетен Аллах сизи вар еле син ама мен карт оф ла е лед им

  43. Salam.ilk once resepte gore tewekkurler.men biwirmek isteyirem.sadece sud yoxdur.xemirine sud vurmasam alinar?

  44. Qabarta tozu vurmasaq olmaz?

  45. salam.zehmet olmasa alma sirkesinin hazirlanmasini bize oyrede bilersiz?

  46. Resepte gore cox sagolun .Bisirmisdim cox dadli alinmisdi.Ellerinize sagliq.Evde hami beyendi.Bisirdiyimnen qurtarmagi bir oldu.Xemiri cox gozel alinmisdi.Borucuqlarin icine pendir evezine et ve yaxud da basqa nese qoymaq olar?Anam yemek baresinde cox kapriznidi pendire gore beyenmedi.Amma mamamdan basqa hami beyendi.Elleriniz var olsun.Yorulmayasiz.

    • Çox sağ olun. kartoflu-soğanlı içlik ola bilər. İspanaq-soğanlı ola bilər. Hətta ətli də ola bilər.

  47. feride xanim pendir yagli olmalidi yoxsa quru?

  48. salam feride xanim.aygundur adim.siz bu sehifeye bawlayanda men teze aile qurmuwdum ve bu sehife menim cox komeyime catdi.men uwaq yemekleri isterdim oyrenim korpe ucun.ve soruwmaq isteyirem ki bu pendir evezine bawqa nese qoymqa olar

  49. Cox dadli alinir,2defe bisirmishem artiq,etmek isteyenlere,amma tereddud edenlere meslehetdir

  50. Elaaaa

  51. Pendirin əvəzinə şirin kəsmik istifadə edə bilərik?

  52. Beyendim.edecem bunu gorum nece cixacag

Bir cavab yazın