Best in the World!
Dadlı yemək reseptləri bloqu

Pomidor Şorbası

Westgold

Pomidor Şorbası

Pomidor şorbasının müxtəlif reseptləri var. Bugün sizə təqdim edəcəyim resept ən asan və ən tez hazırlanan pomidor şorbası reseptlərindən biridir. Bu şorbaya dad verən yaxşı yetişmiş dadlı pomidorlarla bərabər, süfrəyə verilən  şorbanın üstünə bol-bol səpilən pendirdir. Pendir isti şorbada əriyib ona xüsusi dad qatır.

pomidor shorbasi2

Pomidor Şorbası

4-6 pay üçün

Ərzaqlar:

3 xörək qaşığı Westgold kərə yağı
2 xörək qaşığı un
2 xörək qaşığı tomat pastası
6  iri yetişmiş pomidor – sürtkəcdən keçirin, yaxud blenderlə püre edin
Duz, istiot
Bir çimdik şirin bibər tozu (paprika; mütləq deyil)
4-5 stəkan su
Pendir (bunlardan biri ola bilər – kaşar pendiri, Holland pendiri, mozarella pendiri) – sürtkəcdən keçirin

Hazırlanma Qaydası:

Orta ölçülü tavada kərə yağını əridin. Unu əlavə edib 1-2 dəqiqə qarışdıra-qarışdıra azacıq qızardın.

pomidor shorbasi4

Tomat pastasını əlavə edib bir dəqiqə də bişirin.

pomidor shorbasi5

Pomidoru əlavə edib 2 dəqiqə tez-tez qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot, və istəyə görə bibər tozu əlavə edib qarışdırın. Pomidoru sürtkəcin iri gözündən keçiribsinizsə və şorbada iri-iri qalıbsa, kütləni blenderdə püre edib qazana geri tökün. Su  əlavə edib şorba bir qədər qatışanadək, təxminən 10 dəqiqə bişirin. Şorba çox qatıdırsa, ona biraz qaynar su əlavə edə bilərsiniz.

Hazır şorbanı kasalara doldurun. Üstünə bol pendir səpib süfrəyə verin. Nuş olsun!

 Şərh yazmağı unutmayın! Müzakirəyə qoşulun.

pomidor shorbasi6

Westgold

Bir cavab yazın

10 Şərh
  1. Yene de super bir resept. Men bir defe hansisa turk saytinnan bu worbani hazirlamiwdim, o qeder de yaxwi alinmamiwdi. Yayda mutleq eliyecem Insallah..(dermansiz pomidorlar cixanda) Cox sagolun ellerinize sagliq.

  2. Salam!Feride xanim,bilmeg olarki bu sorbaya nece stekan su elave etmisiniz?Pomidor sorbasini eleyende icindekilerin hamisini deqiqligle qatmag isteyirem,ona gore suyun qederini sorusuram.Bugune qeder bu sorbadan hec bisirmemisem.

    • Sualınıza cavab ərzaqlar sihayısında var.

  3. Salam necesiniz?Resepte gore tesekkur.Bisirmek isderdim yeqin dadli olar.Naraqlidi sorba turs olmaz?Birde ora aci biber elave etmek olar?Dadli tamli reseptlere gore cox sag olun.

    • Bəli, bir qədər turşməzə olur, amma çox turş olmur. İçinə bol pendir qoyanda əla olur. Acı bibər vura bilərsiniz.

  4. Salam, Fəridə xanım. Çox gözəl saytdır, sizə halal olsun. Çox sağ olun ki, belə dadlı reseptlər paylaşırsınız. Hazırlanma qaydasını da, tam dəqiqliklə yazarsınız. Belə gözəl sayt açıb bizlərə yardımçı olduğunuz üçün sizə çox minnətdaram. 🙂

  5. mende biwirdim amma hec xowuma gelmedi

  6. cox sagolun cox gozel bawa salibsiz .asanliqla worbamiz hazir oldu )

  7. Feride xanim, gozel reseptler ucun cox sag olun. Bishirdiyim yemeklerin 70 % – i sizin reseplerdir. Mene cox komey olursunuz. Minnetdaram. Iwinizde ugurlar size. Qizinizin da gozlerinden opurem.

  8. men bisirdim amma cox dadlidir

Bir cavab yazın