Best in the World!
Dadlı yemək reseptləri bloqu

Portağallı Ərik Cemi

Evimizin arxasındakı həyətdə böyük ərik ağacı var. Bu həyətimizdəki yeganə ağacdır. Bir neçə il əvvəl bu evə köçdüyümüz zaman ona çox ümid edirdik. Təsəvvürümüzə gətirirdik ki, hər yay ağac əriklə dolu olacaq və biz də sevinə-sevinə onları dərərək səbətə yığacaq, hətta acgözlüklə yeyəcəyik. Lakin qonşuluqdakı bağban deyəndə ki: “Bu ağacı illərdir ki, görürəm və heç vaxt bar verməyib”- xəyallarımız elə bil alt-üst oldu. Çox məyus olmuşduq. Lakin mənə belə gəlirdi ki, hər birimiz öz-özlüyümüzdə hələ də ağacın dadlı,şirin əriklərinin olmasını arzulayırıq. Bir il ağac bar gətirmədi. Lakin bir düşünün növbəti il nə oldu – ağacda çoxlu ərik var idi. Şirin,sulu və ləzzətli əriklər! Və beləliklə ağac ildən-ilə daha çox bar verdi. Bu təbiətin bizə bəxş etdiyi ən gözəl hədiyyəsi idi.

Bu il yenə də ağacımız çoxlu ərik verib. Onları biz həm özümüz yeyir,həm də qapımıza gələnləri qonaq edirik. Daha yumşaq, sulu,şirəli olanlardan mən cem hazırlayıram.Bu il isə hazırladığım ərik ceminə yeni tam əlavə etmişəm- portağal! Portağalı xırda doğrayıb əriklə bişirmişəm. Portağal cemə olduqcə fərqli tam qatıb. Sitrusun xüsusi tamı əriyin şirinliyi ilə çox yaxşı uyğunlaşıb.  Həm də o qədər ətirlidir ki!

Portağallı Ərik Cemi

1.5 litrlik cem üçün

Çox yumşaq və yetişmiş əriklərdən istifadə olunmalıdır. Ərikləri doğramağa ehtiyac yoxdur,cem bişən zaman onlar yumşalacaq. Cemə əlavə etmək üçün seçilən portağal da sulu olmalıdır.Daha yaxşı olar ki,nazik qabıqlı və ətirli olsun. Şəkər tozunun miqdarı əriklərin şirinliyinə görə müəyyən edilir,zövqə görə şəkərin miqdarını artıra və ya azalda bilərsiz. Bizim əriklər şirin olduğundan reseptdəki ölçü cemə hazırlamaq üçün tam uyğun gəlir.

Ərzaqlar:

1.5 kq çəyirdəyi çıxarılmış ərik (yarıya ayırıb çəyirdəyi çıxarılmalıdır)
1 kq şəkər tozu
1 ədəd portağal – təxminən 1 fincan – qabığıyla birgə xırda doğranmış portağal (tumları çıxarılmalıdır)

Hazırlanması:

Çəyirdəyi çıxarılmış,yuyulmuş əriklər böyük tavaya tökülür. Meyvələrin üzərinə şəkər tozu əlavə edilir və 2-3 saat kənara qoyulur. Şəkər tozu tamamilə əriyəndə,əriklərin suyu çıxanda üzərinə doğranmış portağal əlavə olunur.

Tava sobanın üzərinə qoyulur. Orta dərəcəli odda, təxminən 2 saat qaynadılır. Qaynayan zaman mütəmadi olaraq tavaya yapışmasın və yanmasın deyə mürəbbə yavaş-yavaş qarışdırılır. Cemin üzərində köpük əmələ gəldikcə kəfgir qaşıqla yığılır. Bişməsinə az qalmış cemin üzərindəki qabarcıqlar daha da qatılaşır,suyu mətləşir. Bu zaman tava ocağın üzərindən götürülür. Otaq tempraturuna gətirildikdən, soyuduqdan sonra cem qaşıqla bankalara yığılır,ağzı bağlanır və sərin yerdə saxlanır.

Bir cavab yazın

24 Şərh
  1. salam feride xanim sizin meslehetlerinizden hemise yararlaniram yeni aile qurmusam ve komeyiniz boyukdu mene. portagalli erik cemini birinci defedi gorurem eminem ki dadlidir mutleq hazirlayacam sizinki kimi alinacaq alinmayacaq bilmirem ama yene de sinayacam yeni reseplerinizi eksik etmeyin

  2. Resepte gore cox sag olun.Mende erik murebbesini ve cemini bisirmisem.Bu reseptlede 1 kilo erik cemi yox amma murebbesini bisirerem.

  3. maraqlidir. bir-birninden bu qeder ferqli iki meyvenin kombinasiyasini
    yoxlamaq maraqli olar. Feride xanim,shekeri fruktoza ile evez etsek yeve eyni cekide istifade etmeliyik?

  4. Salam Feride.Ellerin yorulmasın !Yeni bele şey ola bilermi?İndi oturub deyişik bir mürebbe çeşidi bişirmek isteyirdim.Cox teşekkür edirem.O qeder xoşuma geldi ki,hemen gedib alib prob edecem.Hazır olan kimi yazacam.Öpürem.

  5. Sualim yadımdan çixdi.Canım, adeten cem bişirilerken eriyin qabiği soyulmur.Amma Sizde cem şeffaf görsenir.Erikin qabiği soyulur?

  6. KEKS – Fruktoza istifadə etmirəm ona görə dəqiq deyə bilmərəm.

    SAİDA – Soyulmur.

  7. Bişirdim.Şekildeki kimi alındı.Cox lezzetlidi.Teşekkür ederim.

  8. Salam Feride xanim portagali limonla evez etmek olar?

  9. AMINA – Bu cemə portağal yaraşır, limon acılıq qata bilər.

  10. Feride xanim portagalin qabigi soyulur ,yoxsa yox?Baxanda qabigi soyulmamisa oxsayir.Deqiq bilmek isteyirem.

  11. NATEVAN – Reseptdə yazdığım kimi – qabıq soyulmur. Nazik qabıqlı sulu portağal olmalıdır.

  12. Salam Fəride xanim sizə minnətdaram bu qədər aydin izah etdiyiniz üçün. Çox dadli görünür inşaallah bir gün hazirlayaram.

  13. Feride xanim,kategoriyalarda yemeklerin hec birinin adi gorsenmir. ne yemeyi oldugunu bilmek ucun gerek acib bir-bir reseptlere baxaq.((

  14. KEKS – Menyuda RESEPTLƏR bölməsinə baxın, orada istədiyiniz şəkildədir.

  15. salam xanimlar.sizden cox xahiw edirem mene qat-qat xemirin hazirlanmasi qaydasini yazardiz da

  16. tesekkur edirem Feride xanim. Hec Ana sehifede de gorsenmirdi adlar,amma indi gorurem 🙂

  17. Fəridə xanım çooooox sağ olun. İlk dəfə idi ki, mürəbbə bişirirdim. Çox yaxşı alındı bu cem. Bir qədər qatı oldu, amma dadı əla idi. Portağal cemə xüsusi dad verir. Təşəkkürlər

  18. ellerinize sagliq FERIDE XANIM.coooooox gozel gorsenir,indi gedirem bisirem.men sizden cox xahis ederdim ki mene asn basa gelen rulet resepti yazasiniz.tesekkurler.

  19. men artiq cemi bisirdim.dadina soz ola bilmez lakin nedense rengi tund oldu.bilmirem niye.mene diye bilersiniz niye nund oldu

  20. salam Feride xanim.men erik cemini kecen il etmisdim.oz reseptimle ama sizin reseptle demek olar ki eynidir.yaxsi alinmisdi ama yeyende icinde eriyin torvari saplaq kimi olur ha bax ondan cxirdi.bilmek isteyirem ki cox yerde yazirlar ki suzgecden kecirilir.lazimdi bel etmek yoxsa nece?bir de ki kitabda oxudum ki cemi isti isti yigarlar bankaya ki daha kip yigilsin sonra soyudub baglamaq lazimdir.duzdur bele?

  21. bir sualim da var kitablardan ha oxuyuram mene tam aydin olmur.cem ile povidlonun ferqi nedi?

  22. Bir sual verib nece ay gozle ki biri cavab gelecek.oz aramizdi feride xanim hemise sizin sayta girmisem evveller daha semimi idiniz.

    • Sualınızı tapmadım. Hansı resept altındadır? Səmimiyyətə gəldidə isə, mənim tərəfimdən heç nə dəyişməyib. Bütün günü oturub şərh oxumağa və dərhal cavab verməyə təəssüf ki, vaxtım yoxdur. Sual olanlara amma cavab yazıram. Salamat qalın.

  23. Ne yaxsi buna tez cavab yazmaga vaxtiniz oldu.

Bir cavab yazın