Best in the World!
Dadlı yemək reseptləri bloqu

Qatıqlı Toyuq Şorbası

Westgold

DŸüyülü Toyuq Sorbası

Bu şorbanın müxtəlif variantları Türkiyə mətbəxində tərbiyəli şorba kimi tanınır. Bu gün hazırladığım variantın içində düyü də var. İstəyə görə düyüsüz də  bişirilə bilər. Bəzən qatıq əvəzinə limon suyundan da istifadə olunur. Asan başa gələn və ləzzətli şorbadır.

DŸyŸlŸ Toyuq Süorbasõ

Qatıqlı Toyuq Şorbası

4 pay üçün

Ərzaqlar:
1 ədəd toyuq döş əti
3 xörək qaşığı Westgold kərə yağı
1 xörək qaşığı ağ un
4 xörək qaşığı yumru düyü
1 ədəd yumurta
3 xörək qaşığı qatıq
Duz və istiot
İstəyə görə toz-bibər (şirin qırmızı bibər tozu)

Hazırlanma Qaydası:

Toyuq ətini 6 stəkan suda qaynadın. Bişdiyində sudan çıxardın (suyu ayrı qaba alın) və əlinizlə didin.

DŸyŸlŸ Toyuq Süorbasõ

Qazanda 2 xörək qaşığı kərə yağı əridin. Əridikdə buraya 1 xörək qaşığı un əlavə edib tez-tez qarışdıraraq azacıq qızardın. Toyuq suyunu da əlavə edib qaynadın. Düyünü əlavə edib,  bişirin. Şorbanın suyu azdırsa, bir az qaynar su əlavə edin.

Düyü bişəndə, bir qabda yumurta və qatığı qarışdırın. Buraya isti toyuq suyundan bir az əlavə edib yenidən qarışdırın. Alınan qarışığı toyuq suyuna əlavə edib, dəyanmadan qarışdıraraq qaynadın.

DŸyŸlŸ Toyuq Süorbasõ

Qaynayanda bişmiş  toyuq ətini əlavə edin. Kənara çəkin. Duz və istiot vurun.

Süfrəyə verməzdən əvvəl bir tavada 1 xörək qaşığı kərə yağını əridin. Yaxşı qızanda 2 çimdik qırmızı toz-bibər əlavə edib qarışdırın və oddan alın. Bu qarışığı şorbanın üstünə gəzdirin. Nuş olsun!

Westgold

Bir cavab yazın

6 Şərh
  1. cox saq olun bu worba ucun. Feride xanim deyerdizde zehmet olmasa men Rusiyada yawayiram burda qatiq yoxdu kefir deyilen bir wey var, onnan toksem olar?, yoxsa qatiqin yerine ne toke bilerem, evvelceden tewekkurler

    • Seva, kefir də olar. Və yaxud yumurta sarısıyıa bir az limon suyu qarışdırıb tökün.

  2. dadli gorsenir.qatiq bishenden sonra tursh dad vermir ki?

  3. Xanim bu worbanin dadi nece olur.qeyri adi dadi var yaxud nece.

  4. Sizin sayta bu gun girdim her weyde gizden kecrdim obwim super super. Men ozmde Azerbaycandan qrada yawayram bu stranitsa cox xowma geldi size twk saq olun.

Bir cavab yazın