Ağızda əriyən bu qozlu əncirli qurabiyələr çay süfrəsinə çox yaraşır. Əncirin yerinə xəmirə quru ərik (qaysı) də vura bilərsiniz.
Qozlu-Əncirli Qurabiyə
23 qurabiyə üçün
Ərzaqlar:
200 qram Westgold kərə yağı – otaq hərarətində yumuşaldılmış
1 yumurta
1 stəkan (115 qram) şəkər kirşanı (pudrası)
2 stəkan + 1/3 stəkan (350 qram) un
2 çay qaşığı qabartma tozu
1 stəkan iri-iri doğranmış qoz ləpəsi
5-6 ədəd iri-iri doğranmış quru əncir
Üstü üçün şəkər kirşanı və darçın (istəyə görə)
Hazırlanma Qaydası:
Əvvəlcə iri qabda yağ, yumurta və şəkər kirşanını yaxşıca qarışdırın (mikserlə çalmaq lazım deyil).
Ayrıca un və qabartma tozunu qarışdırın. Unlu kütlənin yarısını yağa əlavə edib qarışdırın.
Qoz və ənciri əlavə edib yoğurun. Geri qalan unu yavaş-yavaş əlavə edib yumşaq xəmir əldə edənədək yoğurun. Xəmir çox bərk olmamalıdır.
Alınan xəmiri 23 parçaya bölüb hər parçanı yumrulayın. Soba listinin üstünə perqament kağızı sərin (mən silikon örtüdən istifadə edirəm). Sobanı 190Cdək qızdırın.
Xəmir topalarını listin üstünə düzün. Sobanın orta gözündə 15 dəqiqə yaxud qurabiyələrin üstü lap az qızaranadək bişirin (çox qızartmayın).
Sobadan çıxardıb soyumaya qoyun. Soyumuş qurabiyələrin üstünə istəyə görə şəkər kirşanı və darçın ələyə bilərsiniz. Nuş olsun!
Salam Feride xanim .resepte gore tsk .asanddi elemey lazim sabah))
Quru enciri sevmirem qaysi eladir ))ananas qurusuynanda edecem qatisdiraram ))
Maraqli receptdi. Tesekkurler
Cox dadli gorunur, resepte gore tesekkur. Nece derece temperaturda bisilirmelidir?
Bağışlayın, dərəcəni yazmağa unutmuşdum. İndi əlavə etdim. 190C.
Hamiya salam.qurabiyeni bax ele indice bisirdim ela alindi.cox sag olun Feride xanim.
Nuş olsun!
Salam Feride xanim.men Bu qurabiyeni biwirdin.nedense mende wekildeki Kimi alinmadi.qurabiyeler yayildilar keks halina geldiler.sizce neden ola biler?her weyi reseptdeki kimi etdim.mumkunse cavab yazardiniz.onceden tewekkur
Unu az gəlmiş ola bilər.
yedikce yeyim deyirsen)) chooox dadlidir,
Feride xanim, chox sag olun bir-birinden dadli reseptlere gore
Dunen yene bishirdim)) eladiiii
Choox sag olun!
Salam Feride xanım kokoslu kurabiyeleden bu gün ikinci defe bişirirem.Ekiz qızlarım çox sevdi elecede men ela dadı var.Sadece men bir az vanil elave etdim.Teşekür edirem size bu biri birinden dadlı yemekleri bize teqdim etdiyiniz üçün.