Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şəkərbura

Novruz yaxınlaşır, bayram xonçaları süfrələri yavaş-yavaş doldurmağa başlayır. Bir birindən dadlı şirniyyatlarımız bişirilir. Novruz bayramının ənənəvi şirniyyatlarından biri bu gün reseptini sizinlə paylaşacağım Şəkərburadır.  Siz də bişirin, süfrənizi bəzəyin. Nuş Olsun!

Şəkildə: MAQQAŞ – Şəkərburanın üstünü bəzəmək üçün istifadə olunan alət.

ŞƏKƏRBURA

36 ədəd şəkərbura alınır

Xəmir üçün:
1 kilo + 1 xörək qaşığı  (mərhələ 3 üçün) əla növ un
400 qram
kərə yağı
5  yumurta sarısı
250 qram xama
1/4 çay qaşığı duz
1/2 çay qaşığı  vanil tozu
1/2 çay qaşığı  quru maya (toz maya)
1 xörək qaşığı şəkər tozu
1/2 stəkan (125 m) ilıq süd

İçi üçün:
700 qram  fındıq ləpəsi, və ya badam (qoz ləpəsi də olar, amma qozlu iç bir az tünd rəngdə alınır)
700 qram şəkər tozu
zövqə görə hil
(mən təxminən 2 çay qaşığı qoyuram)

 

1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün  unu və kərə yağını geniş qaba qoyun və əlinizlə toz halına gələnə  kimi yaxşıca ovun.

2. Ayrı qabda yumurta sarısını, xamanı, duzu və vanil tozunu qaşıqla qarışdırın.

3.  Ayrı qabda toz mayanı, 1 x. q. unu, 1 x.q. şəkər tozunu qarışdırın. Üstünə 1/4 stəkan ilıq süd tökün. Qoyun kənarda təxminən 2 dəqiqə qalsın.

4.  Yumurta-xama qarışığını (#2) və mayaı qarışığını (#3) un-yağ (#1) qarışığa əlavə edin.

5. Əlinizlə ərzaqlar qarışanadək xəmir yoğurun. Bu mərhələdə xəmir bir qədər quru olacaq. Onu yumuşaltmaq üçün əlinizi təxminən 1/4 stəkan ilıq süd olan qabda islada-islada xəmiri yoğurmağa davam edin.

6. Xəmiri kündələyin və üstünü örtərək 30-40 dəqiqəlik kənara qoyun.

7.  İçi hazırlayın. Bunun üçün qovrulmuş və qabığı soyulmuş fındığı və ya qozu və yaxud qabığı soyulmuş badamı  sürtkəcli maşından keçirin və narın üyüdün. Üstünə toz şəkəri, və ətirli olması üçün hil əlavə edib qarışdırın.

Fındıq və ya qoz ləpəsini qovurub qabığını soymaq üçün: Fındığı və ya qozu tavaya qoyun və orta odda tez-tez qarışdıra-qarışdıra, qabığı soyulmağa başlayanadək qovurun (diqqətli olun, yandırmayın). Qovurulan fındığı və ya qozu çay dəsmalının bir tərəfinə  qoyub, dəsmalın o biri tətəfiylə fındığın  üstünə basaraq, ovun. Qabıqlar ayrılacaq. Bəzilərinin qabıqları tamamilə soyulmayacaq – nu normaldır.

Badamların qabığını soymaq üçün: Badamı qazana qoyub üstünə qaynar su tökün. Qoyun suda təxminən 2 dəqiqə qalsın (suda çox tutmayin, yoxsa badam yumuşaq olar). Badamı süzün və qurulayın. Barmaqlarınızla qabığı çıxana kimi ovun.

8. Dincəlmiş xəmiri hər biri 50 qram olmaq şərtilə 36 kündəyə bölün.

9.  Kündələrın qurumaması üçün, üstlərini örtün. Hər kündəni oxlovla diametri 10 cm olan kiçik dairələrə yayın.

10. Hər dairənin arasına 2 x.q. iç qoyun və dairəni yarım-ay şəklində bükün.

11.  Kənarlarını bərkidin.

12. Sonra isə vintvari şəkildə bükün.

13. Şəkərburaları üstünə kalka kağızı sərilmiş listə yığın.

14. Sonra isə şəkərburaların üstünü bir-bir maqqaşla bəzəyin.

15.  Şəkərburaları 180C dərəcəlik sobada təxminən 20 dəqiqə ərzində kənarları bir az qızarana kimi bişirin. Nuş Olsun!

Bir cavab yazın

175 Şərh
  1. Salam Fəridə. Bayramınız mübarək!

    Ay Maşallah! Biz Bakıda bayram şəkərburasını-alırıq…
    Sənsə o qəriblikdə belə gözəlcə bişirirsən.
    Adətlərimizi sevən ürəyinə, yaşadan qəlbinə, milli yeməklərimizi bişirən əllərinə sağlıq.

  2. MEHIN: Salam. Senin de bayramin mubarek! Nece bele bayramlara cixasan ailenle beraber. He, deme deme. Bakida olanda shekerbura paxlava bisirmekden uzaq idim, hec aghlima da gelmezdi ne vaxtsa ozum tek basima oturub shekerbura bisireceyem:) Gozel sozlerine gore sagh ol:)

  3. Feride xanim,bilirsiniz menim Size bir sualim olacaq,hemishe shekerbura bishirende anam gilde bishiririk ama nedense bishdikden sonra shekerburalarimizin ustu boz rengini alir.
    ve her il bele olur.Men qesheng shekerbura naxishi vururam biz evde dunen bisihrmisik ama yene shekerburalarin naxish yeri boz renge chalir.
    Bunun sebebini bilirsinizse ve ya bunu nece aradan qaldirmaq oldugunu bilirsinizse xahish edirem mene komek edin.
    Cox sag olun
    Ellerininze varliq!

  4. CƏLALƏ: Bəlkə istifadə etdiyiniz unun rəngindəndir. Əla növ ağ un olmalıdır. Bu ola bilər?

  5. feriide xanim sekerburadan qalan artiq xemirden paxlavadan elave,ne etmek olar.bayraminizda mubarek.

  6. FİRA: Qalan xəmirdən mütəkkə hazırlaya bilərsən, yeməli mütəkkələri deyirəm:) Xəmiri kiçik kündələrə ayır, dairə şəklində aç sonra istədiyin içlikdən nazik yay, sonra dairəni 8 yerə kəs. Üçbucaqlar alınacaq. Uclarından tutub rulet kimi qatla. Sobada bişir.

    Bir də Soçi paxlavası bişirmək olar. Xəmiri təxminən elə mənim verdiyim şəkərbura xəmiri kimidir. Sabah qoyacam bloqa. Baxarsan.

  7. Çox sağ olun Feride xanim.Yaxşı reseptdir .Bişirdik dadlı oldu.

  8. PƏRİ: Siz də sağ olun. Nuş olsun!

    • Salam Feride xanim men lazimi kimi hazirlayiram wekerburani ama tez qurumaqa bawlayir bunun sirri nedi men sud vurmuram xemrine

      • Buradakı reseptlə hazırlasanız qurumamalıdır. Qapaqlı qazanda saxlayın.

    • saqol saqol

  9. salam Feride xanim.Allah sizden razi olsun.ellrinize saqliq.sizin bu reseplerinizin mne cox komeyi oldu.Nus olsun!!!!

  10. en sevdiyim şirniyatlardan biride şekerbura çox gözel görünürler elleriniz dert görmesin

  11. cox sagol.bayramda lazim olacaq

  12. xahish edirem hil edviyyatini rus dlinde bilirsinizse, yazin. men xaricde yashayiram, burda tapa bilmirem hil. cox sag olun!

  13. ELNARA: Ruscasi KARDAMON

  14. Teshekkur edirem!!!

  15. salam ferde xanim.her seye gore cox saq olun,amma bir seyi yazmirsiz men her yerde axtariram tapmiram
    ssor qogali reseptini yazinda.xais edirem
    bayrama qeder bunu oyrenmek isteyirem.
    gozleyecemmmmmmmm.

  16. XEDICE: Gogal Gullu xanimin sehifesinde var:

    http://azerifood.com/ru/7/75.html

    Ozum bayrama qeder catdirib buraya qoymagi soz vermirem.

  17. SALAM FƏRİDƏ XANİM NECƏSİNİZ.SİZİ 8 MART BAYRAMİ MUNASİBƏTİ İLƏ TƏBRİK EDİRƏM İSLƏRİNİZDƏ UGURLAR ARZU EDİRƏM.SİZƏ SUALİM OLACAQ.SƏKƏRBURANİ MƏNDƏ SİZİN KİMİ HAZİRLAYİRAM.AMMA BİSİRƏNDƏ USTUNUN BƏZƏYİ ACİLİR.SİZCƏ NƏDƏN OLA BİIƏR.SAG OLUN.

  18. PƏRVANƏ: Gərək xəmir çox gəlməsin. Bəlkə şəkərburanız ona görə açılır. Amma dəqiq səbəbini bilmirəm. Məndə açılmır.

  19. cizkeykin resepti var

  20. badambura septini yazinda

  21. Salam..Fəridə xanım zəhmət olmasa mənim sualıma cavab verərdiniz….Şəkərburanın reseptinə yumurtanın ancaq sarısını əlavə edək ağı olmaz ? Bir də 1 kq una 400 qr yağ çox olmaz ki ?mən elə bilirəm yağı çox olanda bişəndən sonra qıraqları açılır..
    Əvvəlcədən təşəkkür edirəm…

  22. ULYA1: Ancaq sarisi olmalidir. Reseptde nece yazilib, ele. Men o qeder undan istifade edirem. Buranin unu bu qeder gedir:) Sen isteyirsen az az elave et, xemir elde olunana qeder, belke az geder.

  23. Salam!!! Bu bayram şəkərburanı bu reseptlə hazırladım..Əla alındı
    Çox sağ olun Fəridə xanım!!!Qarşıdan gələn NOVRUZ BAYRAMINİZ MÜBARƏK OLSUN!!Qoy həmişə süfrələrimizi sizin reseptlərlə hazırladığımız təamlar bəzəsin….!!! 🙂

  24. salam,Feride xanim,sizin novruz bayraminiz mubarek!Reseptlerinizi cox beyenirem,sizin reseptle pizza bisirdim, cox gozel alindi,evdekiler de beyendi,6yasli qizim yeniden bisirmeyimi isteyir.men ozum de kulinariyani cox sevirem,metbexde olmaqdan zovq aliram.bizleri bele gozel reseptlerle tanis etdiyinize gore sag olun!

  25. Salam Feride xanim,sizi ve butun sevdiklerinizi Novruz Bayrami munasibeti ile tebrik edirem!Qedemleri ugurlu,konul oxsayacaq sevincli gunleri bol olsun!!!

  26. salam cox sagol bizde bishirmishdik shekerbura men bukmeyi bacarmiram(((acilir niyese amma bezek vurmaq xoshuma gelir

  27. Salam Fəridə xanım.Ömrümdə şəkərbura bişirməmişəm Yazdıqlarınızıın Hamsını qeyd etdim.3aylıq körpəm var.İmkanım olan kimi biçirəcəm.Sizə o qədər alqış edirəmki bizimkimi gənc xanımlara dəstək olursuz.Fəridə xanım siz Azərbaycanda yaşamırsızki? burda çoxu sizə qəriblikdə olduğnuzu yazır.Keçən dəfə sizin yazdığınız sobada peraşki bişirmişdim bacım Bakıdan gələndə Çox yedi indi zəng edib ki bacı nolar mənə yenə bişirdə.Bax subay qızdı bişirmir mən 2 uşaq anası vaxt tapan kimi nəsə maraqlı resept tapıb bişirirəm.Subay olanda da belə idim.Bacıma həmişə mən bişirmişəm.Evin kiçiyi olanda nolar ki.Nəsə çox yazdım.Bezdirdim yəqin sizi.Fəridə xanim sizin e mail ünvanızı bilmədiyimçün bura yazdım.Ama siz emailmə cavab yazarsız.Məcbur etmirəm əgər istəsəz.Onu da deyimki məktubunuzu görəndə çox sevindim.Sizi maçmaç qucquc edirəm hələlik

  28. Birdə axşamınız xeyir bayaqdan ele hey reseptleri oxuyuram ama birden yadıma düşdü axı bügün 8 Martdı sizi tebrik edirem Feride xanım eger yazıqlarımı oxusaz çox şad olaram öpürem sizi …..

  29. Salam Feride xanim,onu sorushmag isteyirdim ki,unla yagi birlikde ovanda bu xemir doyme xemir kimi olur ?yeni (rubleniy)Shekerburalar yumushag olur bishdikden sonra?cavablandirsaniz cox shad olardim:)

  30. inwaallah biwirerik ,baxariq gorek nece alinir,resept ucun tewekkurler

  31. ŞƏKƏRBURANI çox sevirəm. Sizin saytı da çox sevirəm. Hələ bişirməmişik amma əmunəm dadlı olacaq

  32. şəkərburanı çox sevirəm. əaminəm dadlı olacaq. bay bay!!!

  33. Salam Feride xanim.sizi qarsidan gelen bayram munasibeti ile tebrik edirem.zehmet olmasa bayrama qeder ‘gence paxlavasi”nin reseptini yaza bilersinizmi?evvelceden tesekkur edirem.sag olun.

  34. Feride xanim men wekerburani xowlayiram.Reseptin cox gozeldir.
    Cox tewekkur edirem

  35. Butun Azeri xalqimizi Novruz bayrami munasibeti ile tebrik edirem.Esasda qerib azerilerimizi.ozumde 4aydi qerib olmuwam.Novruz bayramina aid neye baxiramsa kovrelirem.Feride xanim siz wekerburaya sarikok elave etmisinizmi,wekerburalar sariya calir,ona gore soruwuram.Xeyirli gunlere biwiresiniz,

  36. Bayraminiz mubarek AZERILERIMIZ.

  37. FERIDE HANIM SELAM MEN RIGADA YASIYIRAM BURANIN TOYLARI SIRNIYATLARI HAMSI MENIM ELIMDEN GELIB GEDER AMA SIZDEN BIR RICAM VAR EGER MENE DOYME SEKERBURANIN HEMRINI YAZARSIZSA COH SEVINIREM
    TSK ETDIM SIZE

  38. salam feride xanim men sizin receptlerinizle cox biwirirem coxda beyenirem sizden bir xahiwim var hil alman dilinde nece yazilir men almaniyada yawairem bilmirem necedi adi cavab yazsaz sevinerem.bayraminizida tebrik edirem elleriniz derd qelbiniz keder gormesin inwallah

  39. Ay Feride baci xalq sizinledi,niye suallari cavablandirmisiniz?teki caniniz saq olsun.nese yazin bilim ki yaxwisiniz

  40. Salam Ulker xanim,bu gozel bayram munasibeti ile sizi tebrik edirem.siz bele edin,yeqin ki,Almaniyada Azerbaycandaki kimi quru yer-yemiw,edvalar satilir.siz elece baxin gorun edvalarin icinde wekerburanin atributu deyek hil varmi.goturun.semeniniz varmi?

  41. KƏMALƏ – Sarıkök vurmuram. O şəkildəki şəkərburanın şəklini mən Bakıda çəlmişəm. Mənim bişirdiyim şəkərbura ağ olur, axırıncı şəkillərdəki mənimkidir.

  42. Ülkər – Hilin Almancası – Kardamom

  43. Salam Feride xanim,sizin cox gozel saytiniz var,her sey cox aydin ve gozel yazilib.Bayramniz mubarek!Bugun axir chersenbede sizin reseptle sekerbura bisirdim,duzunu deyim yaxsi alinmadi,yeni sekerburdan cox qozlu pecheni dadini verir.heddinden cox yagli alinib,xahish edirem reseptinizde xamanin,sudun ve yagin yagliliq faizini de qeyd edesiniz.Evvelceden tesekkurler:)

  44. Salam,Feride xanim!Sizi qarsida gelen Novruz Bayrami ile urekden tebrik edir size aile seadeti ve islerinizde ugurlar dileyirem!Xususi qeyd etmek isteyirem ki,size qarsi cox simpatiyam var,reseptlerden soz dusende hemise sizin barede oz dost-tanislarima danisiram.
    Indi ise demek isteyirem ki,yazdiginiz bu sekerbura reseptini dunen heyata kecirdim ve her sey cox gozel alindi ve hetta sayi duz 50 eded cixdi :-)) Tesekkurler,bu bahar size xos anlar qismet etsin!

  45. salam hər kəsin bayramını tebrik edirəm eləcədə Fəridə xanım sizin.sizə bir sualım var mümkünsə şəkərbura üçün işlətdiyiniz unun adını verə bilərsiniz?çünki işlətdiyim un xəmirimi göyərdir. əvvəlcədən təşəkkür

  46. NƏRGİZ – bütün ərzaqlar tam yağlı.

  47. ELNARƏ – xoş sözləriniz məni sevindirdi. Çox sağ olun.

    SƏİDƏ -mən burada all-purpose unundan istifadə edirəm. Bilmirəm siz haradasınız. Əla növ undan istifadə edin. All-purpose unu ağardılmış undur.

  48. salam

  49. Feride, Bayraminiz mubarek!
    Shekerbura reseptini anama gosterdim, chox beyendi. Sizin reseptle bahsladig bayram shekerburasi bishirmeye. Hetta anamin o geder xoshuna geldi ki resept, xalalarima zeng edib yeni resepti onlara da dedi:))) Shekerburalarimiz elaaa chixdi. Indi anamda sizi beyenenlerden biri oldu.
    Sizden xahish ederim paxlavanin da reseptini yazasiz.
    Sebirsizlikle yeni reseptlerinizi gozleyirik.
    Ugurlar!

  50. Salam,resepti cox beyendim, shekerburalar gozel alinmishdi. Hetta yoldashim yeyende dedi hec Azerbaycanda bele dadli shekerbura yememishdim. Ecnebi qonshuma da verdim cox beyendiler. Teshekkurler .

  51. Salam.Verdiyiniz yemeklərin hamısı cox ləzzetli
    .Teşekkürlər..

  52. Salam.Verdiyiniz yeməklərin hamısı ləzzətliydi.

  53. Sizdə dondurmaların resepti var?

  54. Feride xanim yaqi eritmek lazimdi?

  55. EMİNE – Xeyr.

  56. salam Feride xanim. men salatlari cox sevirem isterdim ki salat resptleri daha cox olsun. tesekkurler elleriniz var olsun.

  57. salam Feride xanim mumkundirse deyerdines neyleyek ki biskivit yumusak alinsin? coh sax ol

  58. salam necesis?

  59. Feride xanim,dunen reseptinizi oxudum,cox hevese gelib bashladim shekerburani sizin reseptle etmeye,ela alindi,cox dadli ve cox yumshag.Men hemishe tek sudle hazirlayirdim shekerburani,amma dedim bayram gelmemish sizin reseptle nece deyerler prob edim:) Teshekkurler.Cox reseptlerinizden istifade etmishem artig,size ne geder teshekkur etsem bele azdi! 🙂

  60. salam oncelikle tesekkur edirem eziyyetiniz qarsiliginda size bu sekrbura ile bagli bir sorun var men istanbulda yasayiraam burda tessuf olsun ki smetan xama bele seyler yoxdu varsada men adini bilmirem indi sorusmaq isterdim onlarin evezine resseptde xama yerine baska ne istifade etmek olar meselen qaymak qatiq sut kimi ist etmek olar ??? cavap yazsaniz sevinrem qurbetdede olsa pisirip yemek isteyirik

  61. Men sekerburaya smetan olmayanda ,sut istifade edirem.

  62. Menim reseptim.Yarim kq un – 250 qr yag – ov-2 yumurta – 1 st sut ve ya 1 st smetan -az duz,az droj- yarm stekandan asagi pesok.Acimali deyil. ICINE ISE;250 QR PESOK – 250 QR FINDIQ.MEN NECE ILDIR BU RESEPTLE BISIRIREM.HELE PIS DEYEN OLMAYIB.

  63. SIMA XANIM BU MENIM FIKRIMDIR.FERIDE XANIM VE YA GULER XANIMDA SUALINIZI CAVABLANDIRAR.

  64. SİMA,xama xəmiri daha yumşaq saxlamaq üçündür ki şəkərbura qurumasın Qaymaqla əvəz edə bilərsiz,orta və ya çox yağlı ola bilər. Amma qaymaq dedikdə Türkiyədə nə nəzərdə tutulur,deyə bilmərəm. Yoğurt qaymağı ya “krema”? Onların tamından xəbərim yoxdur. Təbii qaymaqdırsa sınamaq olar.

  65. Feride xanim mene cox maraqlidi ki, bu reseptle bisen sekerbura nece cixir.yumusaq olur?

  66. SALAM COX SAG OLUN XAISIM VAR BALQABAQ ASINI VERESINIZ INDIDEN SAG OLUN!

  67. Salam Feride xanim ! Feride xanim men isteyirem ki,shekerburanin xemiri bishdikden sonra da yumushaq olsun ve bir nece gun de bele qalsin.Bunun ucun ne etmeliyem.

  68. NURA, xəmirə mayanı (droj) az vurun. O zaman qurumayacaq şəkərburalarınız. Bir də xəmirə xama (smetan) vura bilərsiz.

  69. salaqm feride xanim sizin qarsidan glen bayraminizi tebrik edirem men paxlavani ox evirem amma deqik bilmirem xayis edirem onun indi reseptini yazasiz. saqolun siz heyatda uqurlar arzu adirem saqolun.e isdeyirem onu yazasiz indi

  70. cox sagol Guler xanim! Birde ki,mende keks hec cur alinmir,ya shirni olmur ya da ki, qabarmir bunun ucun ne etmeliyem?

  71. NURA, bişirdiyiniz keks bu blogdakı reseplərdəndirsə sualı o reseptə ünvanlayın ki dəqiq aydın olsun. Yox,əgər tam fərqli reseptdirsə Məsləhətlər bölümünə yazın.

  72. salam Feride xanim men blogunuzu yeni tapmisam.hersey cox xosuma gelir.cox xahis edirem badamburanin reseptini yazardiniz.evvelceden tesekkur edirem

  73. Salam Feridem,her defe burdan faydalanib neticesini gorurem ve ureyimde size o an “saq ol Feridem”deyirem.opurem bir daha tesekkurler.

  74. Salam! Guler xanim,mene 6 neferlik biskvit resepti vere bilersiz?

  75. NURA,zəhmət deyilsə əvvəlki şərhimə nəzər yetirəsiz. Mövzudan yayınmayaq,buradakı reseptin muzakirəsi başqadır.

  76. retsepte gore teshekkurler dileyirem,inshallah yaxshi alinar,amin ))

  77. salam Ferde xanim men size yeni gosuluram .

  78. tariflerinize gore sag olun.mende gozel sirniyatlar bisirirem .

    demek olar cox sirniyatlar.evvelceden bayraminizi tebrik edirem.

  79. 3sekerburanin basga varyantini sizllere deyim;3stakan un ,250 gr kere yagi, 1stakan xama ,0,5cay gasigi soda, 3yumurta sarisi, bir cimdik duz . ic ucun hemise oldugu kimi.

  80. gogalin tarifinde deyirem . 1 kg un ,2 yumurta ,aldigi geder su ile sud qarisigi,1cay qasigi duz, sarkok, zovqe gore 0,5 stakan bitki yagi , 1xorek qasigi quru maya. aralari yaglamaq ucun erinmis kere yagi.
    ic;un ,yag, razyana,cire,zire,duz, istiot,sarikok,
    ustu ucun yumurta sarisi
    ,xas-xas,qara corekotu qogallar hazirlandiqdan sonra mutleq dincde qalmalidir.

  81. bu gogallar cox gozel alinir.

  82. Lale xanim cox xahis edirem bes sirinqogal resepti nece mene vere bilersiz axtaardigim bir yer qalmdi tapa bilmirem. evvelceden tesekkur. mence duz istitot az elesem sirin olar ya nece?

  83. LALƏ və NƏRGİZ – Xanımlar, şorqoğalın ətraflı reseptini burada vermişəm. Xahis edirəm RESEPTLƏR bölməsinə diqqətli baxın. Orada onlarca resept var.

    Şorqoğan burada

    https://azcookbook.com/azeri/sorqogal/

  84. NƏRGİZ, qoğalın içliyini neçə istəsəz edə bilərsiz. Duz,istiot əvəzinə qozlu içlik,ya da kətə içliyi qatsaz olacaq şirin qoğal. İstəyə görə.

  85. cox beyendim

  86. Salam xanimlar. Bir sualim var:şəkərburanı bishirdik…onlarin yumshaq qalması üçün onlari hansi qabda və necə saxlamaq lazımdır ki, bir neçə gün yumşaq qalsın. Salafanın içinə qoymaq lazimdir və ya süfrəyə büküb sonra salafana qoymaq lazımdır?? Çox xahiş edirəm bölüşəsiniz bu məlumatla.

  87. ZENFİRA, xəmirində maya çox olduqda şəkərbura tez quruyur. Mümkün qədər az qatın. Şəkərbura mayasız xəmirdən də hazırlanır. Mayasız xəmir,yaxud az mayalı xəmirdən şəkərbura qurumur. Salafana birbaşa bükməyi məsləhət görmürəm,çünki su sala bilər. Adətən şəkərbura içlikli,üzəri şəkər pudralı şirniyyatları salafana qoyanda şirə su salır. Yaxşı olar ki şəkərburaları mətbəx dəsmalına büküb sonra salafana qoyasız. Çalışın şirniyyatlar isti və çox soyuq tempraturda qalmasın.

  88. əllərinizə salıq.Təşəkürlər

  89. Əzizim Fəridə xanim və forum iştirakçıları hər vaxtınız xeyir. Mənə məsləhət verin. Dünən axşam paxlava bişirdim, Fəridə xanımın resepti əsasında, ve bir az xəmirim qaldı…Fikirləşdim ki, bu gun şekerbura edərəm. Amma indi başa duşdum ki axi xəmir soyuducuda qalanda bozarır. Deməli mənim şəkərburalarım boz rəngdə olacaq:( . İndi sizlərdən məsləhət almaq istəyirəm həmin xəmirdən şəkərbura əvəzində nə bishirə bilərəm. Onu da deyim ki mütəkkə bişirmişəm, soçi paxlavasınıda eləmək istəmirəm…bəlkəm başqa hansı sa şirniyat edə bilərəm….Əvvəlcədən hamınıza minnətdaram!

  90. Zenfira xanım, əlavə təzə xəmir hazırlayıb qatsaz məncə heç bir problemi olmaz. belə də fantaziyaya görə müxtəlif içlikli piroq kimi hazırlaya bilərsiz. məsələn: qozlu-kişmişli bizeli içlik,alma dilimləri qoyaraq bişirə bilərsiz. Təbii ki üzərinə şirə qatmağı da unutmamalısız.

  91. Feride xanim ellerinize saglig sizin bu wekerbura meni moskvada hamiya dahada sevdirib cox sagolun bele gozel resept ucun men nece ildirki wekerbura resepti axtarmiwam ancag bu gozellikde olanina rast gelmemiwem .2011 ci ilden beri bu wekerbura menim en sevdiyim wirniyatlardan biri oldu. Xalgimin bayrami mubarek olsun butun geriblikde yawayanlarinda bayrami mubarek geriblide olsagda ureyimiz vetenimizde doyunur.

  92. Sabahiniz xeyir, Feride xanim! NOVRUZ BAYRAMINIZ MUBAREK.
    size bele bir sualim olacaq. dunen men sizin bu reseptden istifade edib shekerbura bishirdim, amma deyesen yaghi chox oldu ya ne idise agizini buke bilmirdim. bir birine yapishmirdi. bir de ustunu gozel bezedim amma bishenden sonra bezek itdi. men bezeyenden sonra duxovkaya qoyum ya bir az gozledim. ve birde niye xemir bir birine yapishmirdi. ZEHMET OLMASA SUALIMI CAVABSIZ QOYMAYIN!!!

  93. Pervane xanim eger xemir mence yag buraxibsa demek maya keyfiyetini itirmiw men tez tez biwirirem bu wekerburani nece defe maya pis oldugu ucun yagli olub xemir cox gelmeyib ,ancag yenede bir teher bukmuwem giragin naxiw vurub biwirmiwem bezek iteyib sobaya da mutlek fikir vermek lazim 180 dereceden artig olmamali yoxsa bezek itir.BAYRAMINIZ MUBAREK.

  94. qoqal reseptini nece tapim.sizde yoxdu?

  95. Esmira.sorqogal resepti burada htt://www.azcookbook.com/azeri/sorqogal/

  96. Perish, chox sagh olun, ezizim! amma drojun vaxti kechmemishdir axi, ola bilsin ki ele ondandir. men ele fikirleshdim ki, yagini chox atmisham. SIZIN DE, BUTUN BURDA OLAN XANIMLARIMIZIN NOVRUZ BAYRAMI MUBAREK OLSUN!

  97. Feride xanmi,men sizin bloqun yeni istifdecisiyem.reseptlerinizi cox beyenirem .qarsidan gelen novruz bayraminizi tebrik edirem

  98. Esil Qence paxlavasi nece hazirlanir bilmek istesez yazim gonderim sizler ucun eziz xanimlar .

  99. PERİW EV SERAITINDE GECE PAXLAVASININ HAZIRLANMASINI BILMEK ISTEREM.GENCEDE YEMISEM,INTERNETDE GENCE PAXLAVASI RESEPTI VAR AMMA MEN YEDIYIMDEN DEYIL ,ESL GENCE PAXLAVASININ RESEPTINI YAZMIRLAR

  100. salam Feride xanim.verdiyiniz reseptler ucun cox sag olun)qarwidan gelen bayraminizi ve burda serh yazan butun xanimlarin bayramini tebrik edirem=))))!

  101. salam Feride xanim cox sag olun ki,Azeri xalqinin milli metbexini,unutmursuz.

  102. Sudabe xanim sizin de bayraminiz mubarek olsun.

  103. bu ulu babalarimizdan qalan bize yadigar qoyduqlari muqqeddes bayramdir. bu gozel gun munasibetile butun azerbaycan xalqini semimi qelbden tebrik edirem.

  104. Fəridə xanım,şəkərburanı sızın reseptlə bişitdim. Cox gözəl alındı.Əsasda xəmiri cox zərif alındı. Amma için yarısı artıq qaldı.İçidə bolbol qoydum. Bilmirəm niyə belə oldu.

  105. bayraminiz mubarek hamini tebrik edirem

  106. Salam .. bu recept cox beyendim .. biz sveçte yaşayırıg ve anam bu receptnen sekerbura pişidi ve gonşularmıza verdi ve hamsı cox beyendi … tesekuurler bayraminiz mubarek !!

  107. Salam Feride xanim.Size bir sualim olacaq.bisirdiyim sekerburalari bukmemisden yaxsica doldurub sonra bukurem.bisenden sonra bezilerinin ici yari bos olur,bezileri ise yaxsi dolu.Sizce buna sebeb nedir?Cunki mene ela gelir hamisini yaxsi doldururam ic ile. 🙁

  108. Salam.Men cox teessuf edirem ki,bu il bayramda hec ne bisire bilmedim ve ona teessuf edirem ki,bu saytdan xeberim yox idi.Mende hami kimi basqa receptden istifade edirdim.Insaallah yaxin gunlerde sizin verdiyiniz receptden istifade ederem inaniram ki cox gozeldi.Cox saqolun Feride xanim,ellerinize sagliq.Insaallah rec-lerin axari olar

  109. salam feride xanim men sizin recepden istifade etdim cox gozel sekerbura alindi birde ki,men paxlavaya icine kismisde, qatiram ve bilmek istiyirem bu paxlavayada bisende aralarina yag qatmaq olar birde axirda sire onda cox sirin alinmaz cox sagolun

  110. salam feride xanimin verdiyi sekerbura tarifi cox gozeldi. men hazirlamisam cox gozel alinir.

  111. salam feride xanim . badambura tarifini isterdim zehmet olmasa deyerdiniz.rengi ag alinan olsun.

  112. SALAM FERIDE XANIM MENE BILINCIKIN ISTERDIM ZEHMET OLMASA DEYERDINIZ. ETLE OLSUN

  113. salam aleykum Feride xanim,Allah sizden razi olsun amin.sekerbura bisirdim cox gozel alinir,cox tesekur edirem….

  114. coooooooooooooooooooox gozel sirniyyatdi bunu hazirlayana aferin

  115. eger basqa novruz bayrami ucun sirniyyalar varsa reseotini verin

  116. bilincikin hazirlanmasi.1kq sud,3 yumurta,3 st. un,2x.q.duru yaq,1 c.q.duz,1cimdik sarikok.Ici ucun,et,soqan,duz,1 az bismis kok de elave etmek olar zovqe gore,azaciq suyud de.Eger kokelerin ustu desikli olmaqini isteyirsinizse 1 x.q.pesok vurun xemire

  117. salam Feride xanim. mumkundurse sekerbura ucun rublenni xemirin reseptini paylasardiniz sox sag olun

  118. salam feride xanim .sekerbura resepti ucun cox sag olun xahis edirem deyesiz sekerburani bisirerken sobanin hem altini hemde ustunu yandiririqmi?sag olun

  119. salam feride xanim .niye 10mart 2012 ci ilden sonra yazilan serhlere cavab yazmirsiniz?

  120. VEFA – bəli, məndəki fırının həm altı həm üstü yanır.

  121. feride xanim salam zehmet olmasa sudsuz sekerbura resepti yaza bilersiz?ramaska xamasi ile
    onceden tesekkurler

  122. Salam Feride xanim.Zehmet olmasa badamburanin hazirlamaq qaydasini paylashardiniz.Men Almaniyada yashayiram,burda cox cetindir ele sheyler tapmaq.Cox cox xahish edirem sizden bayrama qeder paylashin.

  123. xosuma geldi

  124. evvela butun Azerbaycan xalqinin Novruz bayramini tebrik edirem. men bu resepti indi goturdum indide hazirlayacam gorum nece alinir. geceniz xeyre qalsin…

  125. Feride Xanım, salam. Bayramınız mübarek olsun. Men de vetenden uzaqda yeni aile qurmuşam ve sizin saytdan yeri geldikce istifade edirem. Ölçüleri çox deqiq vermeniz, şekilli izahlar olduqca xoşuma gelir. Bu il şekerburanı sizin verdiyiniz ölçülerle bişirdim. Gözel alındı. Teşekkürler. Yalnız iç, zennimce 700+700 deyil de, toplamda 700 olmalıdır. Çünkü tam da o qederi artdı. 36 şekerbura çıxacaq yazmısınız. Mende tam 35 dene künde + 15 gram alındı. Demek terezim 1 gram eksik çekir 🙂 O biri kündeler 36-cı kündeden birer qram çalıblar 🙂 Artan içden yaxın zamanda yene şekerbura bişirib qonşularımı şaşırtmaya davam edecem ama için ölçülerini bir daha gözden keçirmeniz yaxşı olardı. Çünkü, paxıllıq etmeden paylaşılan bütün püf noktalar ve deqiqlik sizin saytın en önemli imajıdır.

  126. slm sekerburaniz ela gorunur.men sekerbura hazirlanisini ferqli bilirem sizinle paylasmaq isteyrem ama yerlesdire bilmirem xahis edirem komek edin

  127. Bizde sekerbura basqa cur bisirilir,xemiri ele orda oldugu kimi yogururuq.Sonra aciyandan sonra kundelere boluruk,lavas kundeleri kimi olur.Lavaslari yayib yaglayiriq ve ust-uste yigiriq ve 4 lavas olandan sonra balaca kundeler kesirik ve ustunu baglayiriq ,soyuq yere qoyuruq.Xemir qurtarana kimi bu proses davam edir.Daha sonra hemin kesdiyimiz hisseleri yayib iciine icliyi qoyuruq ve bezedirik.Cox yumsaq alinir.Qubada bele bisirilir.

  128. ALLAH SIZDEN RAZI OLSUN.MEN SIZDEN COX BEHRELENIREM.

  129. qerib yerde yasamag beledir vetenden uzag ama icinde vetenin nemetlerini ozlemek icden duymag.feride xanim size olan minnetdarligim sonsuzdur belkede siz bu cur gozel bir sehifenizle reseptlerinizle nece nece ailelerde xosbextliklere sebeb olursunuz men metbexde bacarigli biriyem icden gelen sevgimdir ama siz evli olan xanimlara ailelerinde sanki bir metexde meleksiniz ,,,,allah sizin caninizi sag ellerinizee quvvet versin

  130. Bisirdim cox gozel alindi cox sag olun qerib yerdeyik sizin reseptlerle ozumuzu ordubadda hiss edirik tesekkurler

  131. eziz xanimlar 1 kq undan 40 eded sekerbura cixir.1 kq un,250qr yag,6 yumurta ,200qr smetan,1 cay qasigi maya,.yagi eridib ustune smtani elave edirik sonra 6 yumurta elave edib qariwdirin,daha sonra alinan kutleni 1 kq unun ustunu tokub maya vurub yaxwi xemir yogur ,,,xemir gelmelidi,gelmemiw xemirin sekerburasi biwenden sonra goy olur ve tez berkiyir

  132. sekerbura eladi ki

  133. burda ingiliscesi yoxdu?

  134. Həm novruz bayramınızı həm qadınları keçmiş 8 mart bayramı və yel çərşənbəsi münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm və deyirəm bayramınız mübarək dostlar inşallah həyatımız səməni kimi yam-yaşıl olsun Amin.Ressep üçün də təşəkkürlər əziyyətivizə görə də təşəkkürlər bayramda bişirəcəm.Bu arada kişilərə keçmiş 8 mart bayramı üçün başsağlığı verirəm.

  135. salam ezin azerbaycan qadinlari hminizin bayramininizi tebrik edirem ve bu saytin sahibine tesekkur edirem bu sayitdan goturduyum resseptlerin hamisi yaxsi cixib cox sagolun

  136. Salam Feride xanim.Sizin ailenizi,ezizlerinizin qarwidan gelen Novruz bayrami munasibetile semimi qelbden tebrik edirem.bu gun sizin resept esasinda wekerbura biwirdim.cox gozel alindi.urekden size cox sag olun deyirem.ilk defe idi tek biwirirdim wirniyyatlari.her halda bildiyiniz kimi qerib olkede yawayiriq deye yaxinlar eziz insanlar uzaq olduqu ucun tek oz qabiliyyetimize guvenmeliyik.hec inanmazdim bele gozel,yumuwaq wekerbura alina.47 wekerbura alindi.resept yazan ve biwiren ellerinize sagliq.

  137. SALAM FƏRİDƏ XANİM.QARŞIDA GƏLƏN NOVRUZ BAYRAMİNİZ MUBARƏK.FƏRİDƏ XANİM ZƏHMƏT OLMASA SUALIMI CAVABLANDIRIN.NƏDƏNSƏ BİŞİRDİYİM ŞƏKƏRBURANIN NAXIŞI BİŞƏNDƏN SONRA İTİR SƏBƏBİ NƏDİR VƏ NƏ ETMƏLİYƏM?

    • Xəmir çox yumşaq olub və yaxud istidə çox qalıb. Səbəbi bunlardan biri ola bilər. Və bir də mayası çox vurulanda da naxışlar itir.

  138. Sağolun

  139. xahis edirem resepteki 1kq+1xorek qasiqi sozunu basa salin

  140. salam feride xanim sekerburanin xemiri ile sirin qozlu qogal hazirlamaq olar?xahis edirem cavab yazasiz

    • Şirin qozlu qoğal haqda məlumatım yoxdur, bağışlayın.

  141. Salam, Fəridə xanım. Sizin bloggu çox bəyənirəm. Əllərinizə sağlıq. Sizə bir sualım var. Əlimdə çoxlu sayda şəkərbura reseptləri var. Yalnız südlə olan, yalnız xama ilə olan, hər ikisi ilə olan, hətta su ilə olan və s. Mən sadəcə ən kövrək və uzunmüddət yumşaq qalan şəkərbura resepti istəyirəm. Sizin hazırladığınız reseptlə şəkərburalar kövrək alınırmı? Risk etməyimə dəyər? Sizin reseptlərdən çox istifadə etmişəm, və heç zaman peşman olmamışam. Sadəcə şəkərbura kaprizli şirniyyatdır deyə tərəddüd edirəm. Bir də, şəkərburanı 180 dərəcədə bişirmək üçün sobanın ancaq alt gözün yandırmaq lazımdır, ya alt+üst? Göyərməməsinin və ağ qalmasının türklər demiş, püf nöqtəsi nədir?

    Zəhmət olmazsa və vaxtınız olarsa sualımı cavablandırasınız. Öncədən təşəkkür edirəm…

    • Çox sağ olun. Bəli, bu reseptlər çox kövrək və uzun müddət yumşaq qalan şəkərburalar alınır. Sobanın üstü və altının bişməsi haqda yuxarıda əvvəlki şərhinizə cavab olaraq yazmışam.

  142. Fəridə xanım, commentləri oxudum, suallarımın demək olar ki cavabını aldım. Bie sualım yarandır. Sobanı alt+üst yandıranda şəkərburalar qızarmır? Sizin şəkərburalar ağ görsənir. Biz adətən alt yandırırıq, altı bişəndə ən alt gözə qoyub üstü yandırıb 1-2 dəqiqədən sonra götürürük. Üst yandırıldığı halda, qızarmama ehtimalı varmı? Mümkünsə, cavablandırın. öncədən təşəkkür edirəm…

    • Sobadan sobaya fərq olur. Ona görə siz öz sobanıza görə bişirin. Səhf məlumat vermək istəmirəm. Sizin etdiyiniz məntiqli səslənir.

      • Çox təşəkkür edirəm, Fəridə xanım. Minnətdaram!

  143. tam yaxsi deyil

  144. Fəridə xanım, bu cür gözəl resept üçün sizə çox təşəkkür edirəm. Tam istədiyim kimi xəmir alındı ( mən yağını bir az azaltdım, təxminən 330 q tökdüm). Naxış da əla alınır, rahat bükülür, üstəlik heç biri açılmadı. Plastilin kimi xəmir alındı. Ən əsası bişirdiyimin üstündəm 12 gün keçib, hələ də yumşaq qalıb. Ən çox istədiyim də bu idi. Mənimçün həmişə anam bişirirdi, mən naxışlamağına kömək edirdim. Anam təkcə süd qatırdı, o reseptlə 3-4 gündən sonra kövrəkliyin itirirdi.Sizin reseptlə tək özüm etdi, istədiyimdən də artıq çıxdı.

    Hər zaman sizin reseptlərinizi sınamışan, o qədər detallı izah edirsiniz ki, analiz etməyə də ehtiyac olmur. Bu cür kaprizli şirniyyatı da az tərəddüdlə risk etdim və bir daha anladım ki, sizə güvənməkdə heç də yanılmıram. Allah bu qədər əziyyətlərinizin əvəzini artıqlamasıla versin. Keçmiş bayramınız bir daha mübarək…

    P.S: mən səhv etmirəmsə sizin bloggdan 2 il bundan öncə paxlava resepti götürmüşdüm, əla da alınmışdı. Bu il reseptlərin içərisindən tapa bilmədim. Bəlkə də mən yalnış xatırlayıram.

    • Xoş sözlərinizə görə çox sağ olun. Sevindim:) Bloqda asan paxlava resepti var, amma əsl paxlavanın deyil. Reseptlər bölməsinə baxın, asan paxlava ordadır. Nuş olsun və bir daha çox sağ olun.

  145. Salam men qoz findiq lepesini nece saxlaya bileremki xarab olmasin

  146. mende bisre bilirem

  147. mende her cure sirniyat bisre bilirem amma isteyrem sirniyat uzremende isdeyem bisrem

  148. salam qizdar necesiz men burda yeniyem mende sirniyat bisirmeyi cox sevrem meni de araniza alsaz coxx minattar olaram size en boyuk arzum bir gun oz sirniyat dukanimi acmaq insallah Allah nesib ederse bir gun oda olar bunla yasayiram ki nevaxsa menimde elimden gelen bir sey var mende nese bacariram

  149. Evde bişirme şekerbura sifarişi qebul edirem,tel.0556401986 Cemile

  150. salam feride xanim 1 kq un nece stekandir birde sekerbura xamasiz nece alinar cavab yazin.

  151. Salam, Fəridə xanım. Bu reseptlə paxlava bişirmək olarmı? Xəmir çox gözəl alınır. Paxlavada da dəyərləndirmək istəyirəm 🙂

  152. Salam mende bu receptle sekerburanı hazırlayıram gözel alınır .Hamınızın qarsıdan gelen bayramlarınızı tebrik eleyirem.men özümde qeriblikde yasayıram.Veten hesreti cekirem

  153. Quba shereburasini kyndelemek gaydasini mene yazsaniz cox minnatdar olaram

  154. bu recepti bisiren birde bisirecek

  155. Bizde anam şekerburanın içiliyini qovrulmamış qozdan hazırlayır. O dada öyreşdiyimiz üçün bilmirem qovrulmuşun dadı nece olur. 🙂

  156. cox sagolun ilk defedi sizin reseple bisirdim sekerbura ve gozel alindi evde hami beyendi .her il bu reseple edecem insallah .

  157. Naxisi Xosuma gelmedi

  158. Selam Feride hanım. Tarifiniz için teşekkürler.

Bir cavab yazın