Best in the World!
Dadlı yemək reseptləri bloqu

Sobada Sarımsaqlı-Kəklikotulu Şirin Bibər Kababı

Roasted Sweet Peppers with Garlic and Thyme

Los Ancelesə qışın ortası (düzü burada qış bir o qədər qış sayılmaz) yay gəlib. Hava istidir. Başqa ştatlarda qar, şaxta var ikən, burada insanlar yay paltarlarına keçiblər. Mən də menyumu bir növ yay menyusunu daha yaxın tutmağa çalışıram, çünki yayda yay yeməyi yeyərlər.

Buradakı dükkanlara mini şirin bibərlər satılır. Bapbalaca, rəngarəng olurlar. Onlardan tez hazırlanan soba kababı hazırlayıram. Əsl yay yeməyi alınır. Ət yeməklərinə (kabab, qızartma) yaxşı yaraşır.

Roasted Sweet Peppers with Garlic and Thyme

Sobada Sarımsaqlı-Kəklikotulu Şirin Bibər Kababı

Bu reseptdəki ərzaqları istəyə görə artırıb azalda bilərsiniz. Daha çox sarımsaq təamı istəyirsinizsə, sarımsağı çoxaldın. Kəklikotunun dadı daha az olsun deyirsinizsə, onu azaldın. Və sairə. Bir məqam daha. Əgər yaşadığınlz yerdə mini bibərlər yoxdursa, onların əvəzinə iri rəngli bibərləri (qırmızı, turuncu, sarı) 4 yerə bölüb eyni üsülla bişirin.

Təxminən 6 pay üçün

Ərzaqlar:

Təxminən yarım kilo qarışıq mini-bibərlər (qırmızı, sarı, turuncu) – yuyub qurulayın
3-4 diş sarımsaq – sarımsaqəzənlə əzin
Bir xörək qaşışı kəklikotu qurusu
Zeytun yağı
Duz, istiot

Hazırlama Qaydası:

Sobanızı 200C-yə dək istidin.

Listin üstünə perqament kağızı sərin. Bibərləri buraya düzün. Sarımsaq və kəklikotu səpin. Bir az zeytun yağı gəzdirin. Zövqə görə duz-istiot vurub, əlinizlə qarışdırın. Bibərləri bir lay olaraq kağıza yayın.

Sobada 20-25 dəqiqə ərzində, və yaxud üstləri qırazana və bibərlər yumuşalanadək bişirin.

Roasted Sweet Peppers with Garlic and Thyme

Bir cavab yazın