Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şokoladlı Armudlu Piroq

Kaliforniyada armud sezonudur. Dükkanlar bu meyvənin müxtəlif növləriylə doludur. Bu piroqu bu bolluqdan istifadə etmək üçün bişirdim. Piroq quru olmamalı, içi bir qədər nəm qalmalıdır – onda çox ləzzətli olur. Nuş Olsun!

Şokoladlı Armudlu Piroq

Resept Elra’s Baking bloqundan adaptə edilmişdir

1 ədəd 23-santimetrəlik piroq üçün

Armudları Bişirmək Üçün:
4 ədəd bərk armud (yumuşaq armuddan istifadə etməyin. Bərk cinsdən olmalıdır, yoxsa armudlar dağılar)
2 stəkan su
Yarım stəkan şəkər tozu

Xəmir Üçün:
113 qram acı-şirin plitka şokolad – əlinizdə hissələrə qırın
Yarım stəkan un
Yarım stəkan un kimi üyüdülmüş badam və ya fındıq
4 xörək qaşığı naşirin kakao tozu
1 çay + bir çay qaşığının dörtdə bir hissəsi qədər qabartma tozu
Bir çimdik duz
113 qram kərə yağı – əvvəlcədən soyuducudan çıxardın ki, yumuşalsın
Yarım stəkan şəkər tozu (əgər piroqun çox şirin olmasını istəyirsinizsə onda dörtdə üç stəkan şəkər tozundan istifadə edin)
4 ədəd yumurta – otaq hərarətində

Əvvəlcə armudu hazırlayaq. Bunun üçün armudları soyun, yarıya bölüb içlərini təmizləyin. Kiçik qazanda su və şəkəri qarışdırın. Armudu  bir lay olmaq şərtilə qazana düzün. Su armudu tamamilə örtməlidir, ona görə əgər suyun az olduğunu hesab edirsinizsə, bir az da su əlavə edin.  Qaynadın, sonra isə vam odda armudlar bir qədər yumuşalanadək bişirin, təxminən 15-20 dəqiqə. Armudlar dağılmamalıdırlar. Dilimləri qazandan çıxardıb kənara soyumaları üçün qoyun. Bu müddət ərzində xəmiri hazırlayın.

Əvvəlcə şokoladı əridin – bunun üçün onu istiyə qarşı dayanıqlı bir qaba qoyub, qaynayan su olan qazanın üstünə yerləşdirin. Qabın dibi suya dəyməməlidir. Tez-tez qarışdıraraq, şokoladı əridin. Sonra qabı şokoladın soyuması üçün kənara qoyun.

Sobanı 175Cdək qızdırın.

Diyametri 23 sm olan və kənarları çıxan yumru biskvit formasının dibini və kənarlarını yağlayın. Formanın dibinə eyni diyametrdə kəsilmiş perqament kağızı sərin. Perqament kağızını da yağlayın. Sonra isə formanın həm dibinə, həm kənarlarına bir az un səpin. Artıq gələn unu formanı silkələyərək boşaldın. Formanı kənara qoyun.

Bir kasada un, badam və ya fındıq unu, kakao tozu, qabartma tozu və duzu qarışdırın. Ayrı iri kasada yağ və şəkəri mikserlə ağaranadək çalın. Üstünə bir-bir yumurtaları əlavə edin, və  hər əlavədən sonra çalın. Alınan kütləyə ərinmiş şokoladı da əlavə edib qarışanadək çalın. Sonra isə unlu qarışığı da buraya əlavə edib bir dəqiqə ərzində çalın (daha çox çalmayın).

Alınan kütləni formaya töküb, üstünü hamarlayın. Üstünə armudları dairəvi şəkildə (şəkildə gördüyünüz kimi) düzün. Sobanın orta yerində təxminən 30-40 dəqiqə bişirin.  Hazır piroqun içi bir qədər nəm olmalıdır. Kibritlə biskvitin ortasına batırıb çıxartdığınızda, kibrit təmiz olmamalı, əksinə, bir az nəm və üstünə xəmir parçaları yapışmış olmalıdır (amma çox deyil). 30 dəqiqə ərzində bişən piroq çox nəm olacaq, 35 ərzində bişən isə orta nəm  olacaq (mən belə xoşlayıram). 40 dəqiqə  isə bir az quru piroq verəcək. İstədiyiniz kimi edin.

Piroqu sobadan çıxardın. Formanın kənarlarını çıxardın. Piroqu ya isti (qaynar deyil) ya da soyumuş halda yemək olar.

Bir cavab yazın

25 Şərh
  1. Beh-beh,Feride xanim,ellerinize sagliq,xaliqeler yaradirsiniz.yuxudan oyanan kimi blogumuza baxiram goren ne yenilik var.deyesen bu gun birinci xowbew menem.biwirib dadini da yazacam

  2. Feride hanım çok güzel ve değişik bir tatlı olmuş,elinize sağlık,sevgiler…

  3. ilk defedi sherh yaziram.gozel ve sade gorunur.mutleq biwirecem.Birde burda reseptler yerlewdirmek olur?mende metlexi cox sevirem ve sizlerle boluwmek isdediklerim resepdler coxdu.twk

  4. Adasim cox tesekkur edirem armudlu piroqu bura qoydugun ucun allah sene ve ailene can sagligi bexs etsin

  5. CANSU:beli xanim,werh yazdiginiz kimi reseptinizi de bura yazin.maraqli,en esasi biwirib yoxladiginiz reseptler varsa yazin

  6. Feride xanim piroqunuz lezetli gorsenir teshekkurler size.receptlerinizin davamini gozleyirik.

  7. CANSU: Reseptlerinizi serh seklinde qoya bilersiniz helelik. Tezlikle FORUM acacam, orada hami oz reseptini basqalariyla paylasa biler.

  8. hmm dadli gorunur

  9. Salam..Feride xanim.
    Bu piroq o qeder dadli alindı ki sözle demek olmur.Yalnız bişirib dadina baxanlar bilər. Əlinizə sagliq.Mən bişirdim her şey yaxşi alindi ama menim piroqda armudlar içəridə qaldi..yəni sizin şəkildəki verdiyini kimi üzdə görünmədi.
    Təşəkkürlər!!!!!!!!

  10. salam.Feride xanim bu piroqda armudun evezine bawqa meyve qoymag olar?

  11. KONUL: Olar, mesel ucun heyva – onu de ele bisirib armud kimi istifade edin. Almada ola biler. Azaciq bisirin, amma ezilmesin.

  12. Chox dadli piroqdur, hem de asandir. Men bishirdim. Evde haminin, hetta qonshumun da xoshuna geldi. Menden hazirlanma qaydasini yazib goturdu. Bele gozel reseptler uchun size teshekkur edirem.

  13. Dadli piroqa oxŞAyur biŞirib dadina baxariq.:):)

  14. super peroqdu oxuyan kimi biwirdim..yeri var..feride xanim cox saqolun…

  15. feride xanim cok guzel piroqdur bisirib dadina baxdim cok dadli nefisdir

  16. feride xanim armudlar ustunde berk qalmir yeni ki yeyende piroqdan ayri qalar deyerse bisirerem

  17. Suoerdi…sayta daxil olannan ancag zovq aliram..InwAllah 1 gun mende hazirliyaram…

  18. ay baji niye -dondurma reseptlerini yazmiyibsiniz

  19. feride xanim xahis edirem ki meni bagislayasiniz mamam menim adimla girib neler yaziib sadece dondurma reseptlerini sorusmaq isteyirdik eger bizim mesagi oxuyursunussa onda resepti bize yazin zehmet olmasa bizde dondurma reseptleri acmir 100 defe xahis edirem

  20. Məryəm, aşağıdakı keçiddə iki dondurma resepti yerləşdirilib. Buyurun,baxın.

    https://azcookbook.com/azeri/category/dondurmalar/

  21. salam feride xanim saytiniz superdi.reseptler de.men bunu bu gun bisirdim heyetde samavar cayi ile yeri var idi.hami terifledi.ama men cöle cixanacan bir dilim de qalmamisdi.

  22. salam gozel keksdir bisiren olsydi yeyerdik

  23. salam feride xanim kekse armudla bisirmesek olar???? cavab yazin mutleq sabaha qeder cavab gozleyirem HELELIK

  24. salam feride xanim napalionun bisirmeyi bilirsinise receptini yazin SAGOLUN

  25. worqogalin hazirlanmasini istiyirem.

Bir cavab yazın