Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şokoladlı Kəsmikli Maffinlər

Kəsmiyin hazırlanmasını hamımız öyrəndik, elə deyil  mi? Indi isə növbə gəldi bu kəsmiyi hansı yeməklərdə istifadə edə biləcəyimizə. Bir gün fikirləşdim ki, görəsən kəsmik və şokoladın qarışığından hazırlanan bir şirniyyat necə olar? internetdə gəzərkən rastıma kəsmikli şokoladlı maffin resepti çıxdı. Nəsə xoşum gəldi reseptdən, və dərhal təzəcə hazırladığım kəsmiklə bu maffinləri hazırladım. Kəsmik maffinlərə yumuşaqlıq, zəriflik qatır, şokoladla birləşəndə isə olur lap əla. Nuş Olsun!

İndi isə mövzudan bir neçə məsələ.

Diqqət 1 Ötən yazımı nəzərdən qaçıranlarına. Sizi yeni açdığım FORUMda iştirak etməyə dəvət edirəm. Foruma daxil olmaq üçün Menyudakı  FORUM keçidinə girin. Reseptlər, məsləhətlər və digər mövzuları müzakirə edin.

Diqqət 2 – Xahiş edirəm reseptlərinizi bloqda deyil FORUMDA paylaşın. Forum budan ötrü yaradılıb.

Dİqqət 3 – Xahis edirəm bloqda şəxsi yazışmalar aparmayın. Bloq şəxsi yazışma yeri deyil. Bir-birinizlə ünsiyyətə keçmək istəyirsinizsə, email adreslərinizi bir-birinizə verib, söhbətinizi öz aranızda davam etdirin. Anlayışınıza görə təşəkkür edirəm.

Şokoladlı Kəsmikli Maffinlər
Joy of Baking
saytından adaptə edilmişdir.
Orijinal Mənbə: Mollie Katzen, “Mollie Katzen’s Sunlight Cafe.”

16 ədəd maffin üçün

1 stəkan kəsmik (İtalyan ricotta pendiriylə əvəz edə bilərsiniz)
2 ədəd iri yumurta
1 stəkan + bir stəkanın üçdə bir hissəsi qədər süd  (320 ml)
1 xörək qaşığı tam vanil ekstraktı (vanilla extract)
4 xörək qaşığı kərə yağı  (57 qram) – əridib soyudun
2 stəkan un
1 stəkan + bir stəkanın dörtdə bir hissəsi qədər şəkər tozu
2 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı duz
Bir stəkanın üçdə ikisi qədər kəm-şirin kakao tozu
1 stəkan yarı-şirin şokolad parçaları (plitka şokoladı xırda xırda doğrayın və ya şəkildə gördüyünüz mini-şokoladlardan istifadə edin)

Sobanı 180Cdək qızdırın. Soba rəfini sobanın orta yerinə yerləşdirin. 16-ədədlik maffin formasını ya maffin kağızıyla sərin, ya da dibini və kənarlarını azacıq yağlayın.

İri qabda kəsmiyi qarışdırın. Yumurtaları bir-bir əlavə edərək mikserlə çalın ki, qarışsın. Süd, vanil, yağı da əlavə edib, yenidən qarışdırın. Alınan kütləni kənara qoyun.

Ayrı iri qabda un, şəkər tozu, qabartma tozu, duz və kakaonu qarışdırın. Kəsmikli qarışığı buraya əlavə edib qaşıqla qarışdırın. Şokolad parçalarını  əlavə edib yavaşca qarışdırın. Çox qarışdırmayın yoxsa maffinləriniz bərk alınar!

Alınan kütləni maffin formasındakı 16 çökək arasında bölün – hər çökəyin təxminən üçdə iki hissəsini doldurun. Maffinləri 20 dəqiqə və yaxud üstü qızaranadək və ortasına kibrit batırıb çıxartdığınızda kibrik quru qalanadək bişirin.



Bir cavab yazın

28 Şərh
  1. Gozel gorunushleri var dadini da tesevvur edirem.Inshallah tezlikle bishirecem.teshekkrler!

  2. Adasim Feride xanim elleriniz var olsun mende seve-seve bisirirem

  3. Feride xanim bu gozel reseptlere gore cox sag olun.

  4. Feride xanım resept uçun çok teşekkürler.ama suallarım var stekan 200lükmü yoxsa 250ml lik mi.birde men Türkiyedeyem eger tvoroq yerine süzme yogurt istifade etsem olurmu.sag olun

  5. TURKUAZ – 250 ml-lik. Qatıq olmaz bu reseptdə.

  6. Cox sag olun tercume etdiyinize gore,bishirimgorum nece alinacaq.

  7. Mən bunları görüb “vuruldum” 🙂 Fəridə Xanım, məni bu gecə vaxtı bir təhər etdiz, ƏLLƏRİNİZƏ SAĞLIQ.

  8. Salamlar 🙂 Fəridə Xanım, bu mafillərin içinə şokolat qoyulsa, Sizcə necə olar? Dünən fikirləşirəm,məncə super olar. Sadəcə mənim fikrimcə elə olmalıdıkı onu yeyəndə şokolat axsın içindən 🙂 Belə sınaqdan keçirəcəm,amma Sizdən məsləhət almaq istəyirəm. Mafillərin içinə necə hazırlanmış şokalat doldursam, o soyuyandada duru qalar? Yəqin məni anladız, su kimi axsın (təbiiki lap su kimi yo, ona maxsimum yaxın duruluqda).

  9. AYGÜN – maffinlərin içində şokolad onsuzda var. isti olduğunda o şokolad duru qalır. Amma soyuduqda, bir qədər bərkiyir. Siz yenə də sınaqdan keçirin, nəticəsini də buraya yazın, maraqlıdır.

  10. ellerinize agliq Feride xanim. sizden bir xahisim var. mumkunse sugarpaste(seker hamuru) reseptini yazasiniz. cox maraglidir.

  11. Feride xanim, cox saolun resepte gore.prob eledim seherden terifler yagir:)) teriflerin yarisi size catir:)))

  12. Salam Feride xanim, mende maffin formali qab yoxdu,biskvit qabinda umumi tokub bishirsem yaxshi alinarmi goresen?

  13. tewekkur…..maraqlidi, gozeldi….

  14. MEHSETİ – O cür etməmişəm deyə dəqiq cavab verə bilmirəm.

  15. Mən ilk dəfədi bu sayta girirem superdiii ve bundan sonra her defede girecem heqiqeten gözel reseptler var

  16. çox dadlı görünürlər.Bişirmeye deyer.

  17. superrrr gorunur sayti acdiginiza cooox tesekkur edirem vallah yeri var hergun 1 yemek keks ve.s yerlesdirseniz laap yaxsi olar COOOOOOOOOOOX TESEKKURLER

  18. bisirecem cox dadli seye oxsuyur.reseptlere gore cooooox sag olun. TWK!!!

  19. resepti oxudum, cox beyendim.tesekkurler.))

  20. bunu da bisirdimmmmmm suuuuuuuuuuuuuuuuuuper cixdi suuuuuuuuuuuuuuuuper…..bu maffinlerden nergiz cafede yemisdim hele fikirlesmisdim ki goresen nece bisirler ki bele dadli olurr….Cox beyendim Ela…..Coxsagol Feridee

  21. bir de ki mende 16 yox 24 dene alindi,olabiler qab kicik idi mende

  22. cox gozeldi mutleq pisirecem.

  23. Salam Feride xanim. ilk novbede qarwidan gelen Novruz bayraminizi tebrik edirem. mende maffin formasi yoxdu onlari formasiz biwire bileremmi? onceden teshekkur edirem

  24. salam feride xanim. cox gozeldir 🙂 amma bilmekisterdim ki stekanin 4de biri yarisi qederdir? cox sagolun

  25. reseptiniz ucun tesekkur.tvaroqu duzsuz sorla evez etmek olar.

  26. OLSAYDI YIYERDIK

  27. 100FAIZ LEZZETLIDIR

  28. Cox dadli gorunur:)

Bir cavab yazın