Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şokoladlı “Qırış” Qurabiyələr

Bu qurabiyələrə Ingiliscə “crinkle” deyilər, yəni “qırış” və yaxud “çat”. Çünki bişdikdən sonra üstləri elə bil qırışmış olur. Həm görünüşü, həm dadı əla olur. Həm böyüklər, həm  uşaqlar xoşlayır.

Şokoladlı “Qırış” Qurabiyələr
Lori Longbothamın “Luscious Chocolate Desserts” kitabından adaptə edilmişdir

Təxminən 20 ədəd qurabiyə üçün

Ərzaqlar:

140 qram acışirin (bittersweet) və ya yarışirin (semisweet) plitka şokolad – doğrayın
Bir stəkanın dörtdə üçü qədər + 2 xörək qaşığı un (qeyd – bir stəkan 150 qram un deməkdir)
Yarım çay qaşığı soda
Dörtdə bir çay qaşığı duz
115 qram kərə yağı  – otaq hərarətində
Yarım stəkan şəkər tozu (adi)
Yarım stəkan tünd şəkər tozu (mixəyi rəngdə olur)
1 ədəd iri yumurta
1 çay qaşığı yarım vanil ekstraktı (pure vanilla extract)
Yarım stəkan şəkər kirşanı (pudrası)

Harızlanma Qaydası:

Şokoladı istiyə dayanıqlı bir qaba qoyub, qabı su qaynayan qazanın üstünə yerşəşdirin. Qarışdıra-qarışdıra şokoladı əridin. Qabı kənara  çəkin.

Ayrı kasada un, soda və duzu qarışdırın.

İri bir kasada yağı  mikserlə yüngülləşənədək çalın. Hər iki şəkəri buraya əlavə edib kütlə hamar olanadək çalın. Ərinmiş şokoladı buraya əlavə edib, qarışanadək çalın. Yumurta və vanili də əlavə edib, çalın. Mikserin sürətini azaldıb, unlu qarışığı yavaş-yavaş alınan kütləyə əlavə edib, çalın ki, qarışsın. Alınan kütləni bir qaba qoyub, üstünü örtün. Bərkiməsi üçün 2 saat ərzində soyuducuda saxlayın (bütün gecəni də soyuducuda qala bilər).

Sobanı 190Cdək qızdırın. İki ədəd iri listin dibini yağlayın.

Şəkər kirşanını bir qaba qoyun. Xəmirdən diametri 2.5 santimetrində toplar düzəldin. Topların hər tərəfini şəkər kirşanına batırıb, listlərə 5 sm aralıqda düzün. Qurabiyələri 8 dəqiqə ərzində bişirin. Bişmiş qurabiyələr bir qədər yumuşaq olacaq – bu normaldır. Soyuduqlarında bərkiyəcəklər. Qurabəyələri sobadan çıxartdıqdan sonra, qoyun listdə 2 dəqiqə soyusun, sonra isə soyuma tellərinin üstünə düzün ki, tamamilə soyusunlar.


Bir cavab yazın

17 Şərh
  1. cox gozel ve dadli gorunur inwallah biwirim yazacam ellerinize sagliq.

  2. Salam Feride xanim ! Resepte gore cox sag olun! Ela gorunur.

  3. salamlar.reseptiniz ucun cox sag olun ama bir sualim var.mixeyi seker tozu ne olan seydi men bilmirem axi.o olmasa olmazmi?onun evezine adi seker tozu olar goresen?olsa indi burda 1 stekan seker tozu olur?sirini cox olmaz?

    • Salam men size cavab verim mence serbeti deyir serbet o dediyi mixeyi rengde olur

  4. NİGAR – Mixəyi toz qəhvə rəngində olur. Onunlda daha yaxşı olur. Supermarketlərdə soruşun – tünd şəkər tozu.

  5. NIGAR – Bakıda tünd şəkər satılır amma təmiz şəkər deyil, rəng qatılmışdır. Amma bir yerdə MUSCOVADO adlı şəkər satılır, ondan istifadə edin. Onu Elmlər Akademiyasının yanındakı Lider AS dükkanından almaq olar.

  6. cox sag olun izahiniz ucun

  7. Cox lezzetli gorunurler.Bele dadli reseptlere gore tesekkurler.Feride xanim eger Schwarzwälder Kirschtorte (Торт «Черный лес» (Шварцвальдский вишневый торт)) bu tortun orijinal resepti varsa onu da sayta qoya bilersiniz.Evvelceden tesekkurler.

  8. is deyil yaxşi gorunur.umid edirem ki dadi da yaxşi görüner.

  9. FERIDE XANIM ELLERINIZE SAGLIQ

  10. salam.feride xanim men bunu indi bisirdim.amma mixeyi rengde pesokum olmadigindan adi pesokdan istifade etdim.ammaki nese yaprixdilar. bisendne sonra cox nazik olurlar?mende ele oldu

  11. salam Feride xanim ellerinize sagliq,Allah razi olsun sizden..

  12. Cox sagol enenevi dadlardan yoruldugum anda komeyime catdiniz cox gozel ve ferqli reseptlerdi ellerinize ve emeyinize sagliq

  13. bu cox gozel gorsenir ancax qara seker tozu hec gormemisem

  14. Bu reseptiii coxx beyendimmm sagollun xebere gore

  15. Ela

  16. qiris qurabiyeniz cooooxxx pis gorsenir,lakin dadini deye bilmerem

Bir cavab yazın