Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şorqoğal

Tələsin! Bayram süfrəsinə qoğal çatdırın. Mənim reseptim kimi gecikməyin. Resepti ingilis dilindən azərbaycan tərcümə etdiyinə görə oxucum Gülüzə Heydərliyə təşəkkür edirəm. Bayramınız mübarək olsun!

Sorqoğal

16 -18  ədəd üçün

Xəmir üçün:

1 paçka (2 +¼ çay qaşığı) toz maya
1 stəkan ilıq su
6 stəkan un+ xəmir yoğurmaq üçün də əlavə
2 çay qaşığı duz
1 stəkan süd – otaq hərarətində
1 yumurta
200 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı

Iç üçün:

2 x/q cirə
2 x/q  razyana
Yarım  ç/q   sarıkök
1 ç/q duz
Bir çay qaşığının dörtdə biri qədər istiot
2 stəkan un
115 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı

Yağlamaq üçün:

Yarım kilo əridilmiş yağ.

Üstü üçün:

2 yumurta sarısı
1 x/q xaş-xaş

Əvvəlcə xəmir hazırlanır. Balaca bir kasada mayanı ilıq suda həll edib təxminən 10 dəqiqə köpüklənməsi üçün gözləyin.Unu iri qaba ələyin, üzərinə duz əlavə edib qarişdırın. Ortasında bir çökək açıb maya qarışığı, süd, yumurta, və yağıəlavə edin. Əlinizlə bunları qarışdırın. Xəmiri unlanmış taxta (və ya masada) yumuşaq və elastik olana kimi, 10 dəqıqə yoğurun. Xəmir çox bərk olmamalıdır. Əgər xəmir hələ də ılinizə yapışırsa, onda biraz da un əlavə edib yoğurun. Xəmiri iri qaba qoyub üzərini dəsmal ilə örtüb gəlməsi üçün isti yerə qoyun, təxminən bir saat yarımlıq.

Bu müddət içi hazırlayın. Cirə və razyana toxumunu 2 dəq. ətri çıxana qədər qovurun (qovurmaq onların ətrini və dadını artıracaq ama bu o qədər də vacib deyil – onları olduğu kimi də istifadə edə bilərsiz).

Ədvaları həvəngdə döyün. Bir qabda yağdan başqa iç üçün nəzərdə tutulan bütün ərzaqları qarışdırın. Əridilmiş yağı buraya əlavə edib əlinizlə narın umac olana kimi ovxalayın. İç hazırdır. Onu bir kənara qoyun.

Gələn xəmiri yağlamaq üçün yağı hazırlayın – yağı əridin,duz əlavə edib kənara qoyun.

2 iri soba listini hazırlayıb kənara qoyun.

Xəmiri kündələyib 9 bərabər hissəyə ayırın. Hər hissəni kündələyin.

Biraz un səpilmiş taxtada bir kündəni 50 sm.lik  dairə alınanadək yayın.

Yaydıqca arada un səpin ki, xəmir oxlova yapışmasın,yaymaq rahat olsun. Sonra yuxanı oxlov vasitəsilə kənara qoyun.

4 x/q yağı yuxanın üstünə çiləyib əlinizlə yayın. Qalan kündələrli də bu cür yayıb, üst-üstə yığın. Sonuncudan başqa hamısını yağlayın.(hər sonrakı  kündəni  daha kiçik açıb ondan evvəlkinin üstünə yerləşdirib, kənarlarından çəkə bilərsiniz ki, altdakı yuxanın üstünə tam otursun). Indi isə, ehtiyyatla, lay-lay xəmirin kənarlardan tutub diametri 60 sm olana kimi (yaxud da nə gedərsə, o qədər dartın)

Indi isə, iti bıçaqla, xəmirdən 5 sm enində zolaqlar kəsin, sonar isə zolaqları 30 sm. uzunluğunda düzbucaqlara kəsin. Dairənin qısa tərəflərini kəsməyin. Düzbucağın qısa tərəfindən başlayaraq onu rulet şəklində bükməyə başlayın, daha sonar isə içini aşağıda izah edilən iki üsuldan birini istifadə edərək doldurun.

1ci üsul: ruletin bir ucunu büzüb bağlayın, digər ucu açıq qalsın. Barmağınızla ruletin açıqqalan tərəfini oyun. İçi boş konus alınmalıdır.

2ci üsul (bu üsül xəmiri daha da qat-qat edir): Ruleti əlinizdə hər iki tərərfindən tutaraq 3 dəfə burun (paltar sıxan kimi). Sonra əlinizlə basıb yastılayın. Yastıladığınız kökənin içində oyuq açın (göbğləyin papağına oxşar).

Oyuğun içinə bir x.q yarım içdən doldurun. Kökənin uclarını bir yerə gətirib bağlayın. Kökəni əlinizlə diametri 10 sm olanadək yastıladın.

Qoğalları bir-birindən aralı vəziyyətdə listlərə düzün.

Əvvəlcədən sobanı 180Cdək qızdırın.

Qoğalların mərkəzində barmağınızla dəyaz boşluq açıb oraya bir çimdik iç qoyun.Qoğalların üstünə yumurtanın sarısını çəkin və xaşxaş səpin. 40 dəqidə ərzində, və yaxud üstləri qızaranadək bişirin (20 dəqiqə bişdikdən sonra listlərin yerlərini dəyişin). Qoğal soyuduqdan sonra süfrəyə verin.

Bir cavab yazın

73 Şərh
  1. ALLAH sizden razi olsun .Bayraminiz mubarek Feride xanim sizin ve butun oxuyucularin .men bu resepti axtarirdim

  2. cox saq ol….anama lazim idi,faydalandi. ancaq biz icini yayiriq axi……siz ortasina qoyduz….

  3. Bayramınız mübarək ! Reseptə görə cox sağ olun, işimə yaradı.

  4. evvela bayraminiz mubarek . ve butun reseptler ucun tesekkurler. cunki menim kimi evdar xanimlarin elinden tutur,yeni komeyi olur.

  5. Bayraminiz mubarek baxmayaraq ki men qogalin dadini bir o qeder de sevmirem, hazirlama qaydasi mene maraqli idi tesekkurler

  6. Bayraminiz mubarek.men qogal hazirlamaq ucun 4 gun evvel sizin sayti acdim amma qogal receptini tapamamadim.odur ki ozum yadimda qalan kimi hazirladim.amma Bakida mamamla,qaynanamla hazirladigim kimi gozel gornushde alinmadi.inshallah gelen defe edende mutleq sizin receptedn istifade .ederem.butun Azerbaycanlilarin Novruz bayramini tebrik edirem.

  7. salam haminin bayrami mubarek olsun mehriban xanim qoqal hazirlamaq ele de cetin iw deyil…evelce xemirin ustunu mohkem baqlayib yarim-bir saat gozleyin sonra xemiri kundeleyin kundelenmiw xemirleri yayin nazik olsun yayilan emirleri kulonkanin uzerine serin arasina yag elave edin wotqanin komeyi ile yagi kenarlara yayin belece tekrar-tekrar edin onu sira ile kesin kesilmiw xemirleri darta darta bukun

  8. salam bayraminiz mubarak azerbaycanli xanimlar hemcinin de sizin bayraminiz mubarak. FARIDA XANIM

  9. ici hazirlamaq ucun evelce unu tavada qizardin sonrasi yadimdan cixdi

  10. salam sizin saytdan hedden artiq raziyam cox sag olun.zehmet olmasa mene kiyevski katletin reseptini gondere bilersiz???coxdandi axtariram.opurem

  11. NOVRUZ BAYRAMINIZ MUBAREK! NECE BELE ILLERE! SORQOQALA BAXDIM: “AY AMAN NECE DE DADLI GORSENIR” DEDIM. SAGOLUN KI, VARSINIZ!

  12. feride baci saytin superdi.ellerinize sagliq…reseptler tez tez olsa daha da super olar.

  13. cox sag olun Feride xanim gozelde alindi yaxsi varsiniz.zehmet olmasa gozel yemek reseptleri yerlesdirerdiz.

  14. Medine xanim izahiniz ucun teshekkiur edirem.men ele o qaydada etmishdim amma menim fikirimce yagi cox oldugundan shishmemishdi qogallarim cunku o qeder yagli idi ki xemiri burub forma vermek olmurdu)))neyse inshallah gelen defe Feride xanimin qogallarina baxa-baxa adim adim bishirerem.

  15. Salam Feride xanim.cox sagolun qogala göre.nece vaxtdir axtarirdim.Allah razi olsun:).mümkündürse badamburanin reseptini yaza bilersiz?hazirlanma qaydasin.indiden teshekkürler.heleliy

  16. Cox sag olun Feride xanim. Allah sizden razi olsun. O qeder bize komeyiniz deyir ki. Feride xanim, bilirsiz neyin reseptini isteyirem? Zeleniy borwun. Xahiw edirem mumkunse bu borwun receptini Feride xanim. Tewekkur edirem. Sag olun.

  17. Fəridə xanım necə yazmısız ele de bishirdim super dadlı idi.Amma bir əmmasə var da.Siz büktükden sonra qoğalları şişməyə qoymursunuz.Mən də qoymamışdım .Peçdə də çox şişmədi.Dadı yaxçı özü isə yastı oldu.

    2-ci dəfə yenə bişirdim bi başqa gün.Amma onu 30-40 dəqiqə şişməsini gözlədim.Qoğallar yaxşıca şişəndən sonra peçdə bişirdim.Əsl qoğal alındı.Ponpuş və dadlı.Sağ olun.

    Bu qoğalı ən çox babama görə bişiirəm.O çox sevir qoğalı.Bəhbəhlə yeyir

  18. Тешеккуруму билдирирем сизе Фериде ханым.Чохдан ахтарырдым бу ресепти.Чох саг олун.

  19. cox sagolun super alindi teshekkur edirem.coxdandi bele qogal axtarirdim <3

  20. Men birinci defedir qogal hazirlayirdim,ve duzunu desem xemir acirdim,yorulmsgima baxmayaraq dadli cixdi,teshekkrler

  21. VERDIYINIZ QOGAL RESEPTI COX XOWUMA GELDI SAG OLUN.

  22. şirin qoğalın içliyini necə hazırlamaq lazım olduğunu bilən var? Mənə sabaha lazımdı((

  23. Mən qoğala 7 cür ədviyyat işlədirəm.Razyana,cirə,darçın, istiot,sarıkök, hil,zəncəfil. Həmdə onlari qovurub yağa qatiram. Xəmirin aralarına həmin yağı sürtürəm. Çox dadli və rahat alınır.Ədviyyatın dadı hər yerdə hiss olunur.

  24. salam.men sirin qoqalin icinin nece hazirlanmasini oyrenmek isterdim

  25. salam men qogalin nece hazirlanmasini oyrenmek isteyirem

  26. şirin qoğalın içliyini http://www.koolinar.ru/recipe/view/81491
    qaynanam ərinmiş yağı isidib hazırlayırmış,umac kimi. yağ,şəkər tozu və undan ibarətdi içlik

  27. SALAM FERIDE XANIM.men RUSSIYADA yasayiram ve bu il birinci defedirki mamamdan uzagda qogal bisirecem..ressepten her sey cox gozel aydindi..ama men “CIRE”ni burda nece tapim?rusca tercumesini eyer mumkune mene gondere bilseydiz sevinerdim..evvelceden minnetdaram…

  28. VÜSALƏ, rusca cirənin tərcüməsi ” Tmin” dir.

  29. Daha doğrusu cirə “Aнис” -dir. “Tmin” və “Kumin” isə zirədir.

  30. salam GULER XANIM…sagolunki sulaima cavab yazdiz..ama men bildiyime gore: анис-razyanadi..hil- кардамон..bugun кумин (zire) tapdim:))ama FERIDE XANIM zire yox cire yazib..indi bir sualim var:olmazki zire gatim?etri xosuma geldi..bu sualimida cavablandirsaniz cox memnun galaram..evvelceden tesekkurler..

  31. VÜSALƏ, razyana rusca ” фенхель “- dir. Cirə isə yazdığım kimi ” анис”. Kumin-zirənin bir növüdür. Zİrəni yalnız xaş-xaş əvəzinə qoğalın üzərinə səpə bilərsiz.

    Cirənin tamı və qoxusu isə başqadır. Görünüşcə və qoxusu azca razyanaya bənzəyir. Mümkünsə cirə istifadə edin, yoxdursa razyana ilə kifayətlənə bilərsiz.

  32. anladim GULER XANIM..cox sagolun..insallah bugun hazirlayib,size yazaram nece alindigini..

  33. Salam Nigar.sen deyende qeweng fikirdi.ama olari yagdan elave icliyede qatirsanmi?

  34. salam men size ISVEDEN qosuluram .de bu recepti yazdim.indi bisirecem yeqin cox dadli olacaq .haminizin bayram mubarek olsun tesekkur saq olun.

  35. salam men size ISVECDEN qosuluram .de bu recepti yazdim.indi bisirecem yeqin cox dadli olacaq .haminizin bayram mubarek olsun tesekkur saq olun.

  36. salam feride xanim. ellerinan sagliq allah size uzun omur can sagliqi versin. hemishe bele dadli resepleri veresiz bizlere. bi sheyi basha dushmedim yuxalar bir birinin ustune qoyanda neceden ibaret olsun?

  37. Salam Feride xanim sorqogalin dadini cox sevmesemde bisirmeyi oyrenmek isteyirdim resepe gore tesekkurler ellerine saglik

  38. Feride xanim men bu il bayramda mes sizin receptden istifade etdim.Allah komeyiniz olsun qogallar ela alindi.her kes beyendi.teüekkurler.

  39. FERIDE XANIM DIYE BILERSIZ NECE DERECEDE BIWMELI WORGOGAL.

  40. cox gozel gorunur eminemki menimkilerde bele olacag.

  41. şor qoğal çox xoşlauıram reseptə görə çooooox sağolun

  42. cox ela resepti faydalandiq cox dadli qogal alindi tewekkur edirem.

  43. men wor qogali cox sevirem

  44. cooooooooox ela resepdir ellerinize saglik

    tesekkur edirem

  45. men bakida yasamiram moskvada yasayiram, xahis edirem eger mumkunse Feride xanimin saytini yazin nece tapmaq olar?

  46. Feride xanim cox sagolun qogalin esl receptini sizden oyrendim ALLAX sizden razi olsun ne yaxsiki varsiz,bir xahisim var sizden sirin icliyin receptinide yazardiz.

  47. Ulviya, Fəridə xanımın başqa saytı yoxdur. Elə bu bloga yazır. Yazılarını izləyə bilərsiniz.

  48. Tesekkur edirem Guler xanim Allax sizden razi olsun

  49. Feride xanim,dunen bishirdim cox dadli odi.Size teshekkur edirem.Ellerinize sagliq.

  50. tesekkurler

  51. Feride xanim, salam qogalin icini yaglayanda sepsek nece olar? Cunki biz hemishe ele etmishik ele xoslayiriq. Bu yaxinlarda qaynanam sizin resept uzre hazirlamishdi cox dadli idi, o da sizin kimi icine tokmushdu. Bilmek isteyirem ki, ici sepende aralarina xemirin shishmeyine mane olmaz ki? evvelceden teshekkurumu bildirirem

  52. cox sag olun bu gozel resept ucun

  53. cok TESEKKURLER

  54. cox yaxsi idi

  55. təsəkkurlər

  56. mən sizin səhifənizə təzə qosulmusam,hamini salamlayiram,xususəndə bizim maariflənməyimizdə boyuk rolu olan FƏRİDƏ XANİMİ.Biz oyrənmək ucun bu yaxinlarda bisirəcəyik sor qogalini elə bu reseptlə bisirəcəm,İNSAALLAH yaxsi cixar,sizə nəticəni yazacam Fəridə xanim,hələlik,təsəkkurlər əməyinizə gorə,minnətdaram!

  57. salam Feride xanim men sizin yazdiglarinizi cox beyenirem Allah razi olsun. sizden bir xahiwim var men worqogali biwirirem ama seheri gune qalanda biraz berkiyir diye bilersiz niye?

  58. salam feride xanim sorqogali nece derecede bisirmek lazimdir.

  59. sade

  60. cox gozel olmusdu bu gunde bisiririk

  61. Salam feride xanim.resepte gore teshekkur edirem.hal hazirda sizin resept esasinda gogali bishirirem, hele hazir deyil, inshallah yaxshi alinar.

  62. Salam, feride xanim men burda yazilan drojun olcusunu degig qashigla bilmek isteyerdim.bir defe bu reseptle bisirdim nese xemir gelmemisdi deye yaxsi alinmadi.indi yene bisirmek isteyirem .mence kecen defe drojun cay gasiginin ucunda vurduguma gore az olmusdu.

    • Çay qaşığıyla dəqiq olçü reseptdə var. 2 + ¼ çay qaşığı toz maya. Balaca çay qaşığı olmalıdır.

  63. Salam Feride xanim.Ellerinize sagliq.Inshallah qogalimi bu reseptle bishirmeyi planlashdiriram.Sadece chash bash qalmisham.Men Kanadada yashayiram ve bu edevalari tapmaq bir az chetindi.Siz cireni anise yazmisiz.Men wikipediada axtariram cumin chixir.Bizde de cumin var amma anise yoxdu.Ne meslehet gore bilersiz?
    Evvelceden teshekkur.

    • Cirə anise seeds-dir.Aniseed kimi də yazılır bəzən. Cumin zirədir. Başqa ədvadır. Health shop-larda və ədva dükkanlarında anise olmamış olmaz. Online spice shoplarda da olur. Onun əvəzedicisi yoxdur.

      • Chooox sag olun cavabiniz uchun.Chox axtardim anise tapa bilmedim.Evvelden bilseydim mamaya deyerdim,gondererdi.Bir az olar ichimi hazirladim,qoxusu chox gozeldi,eynile ele qogal qoxuyur.Inshallah sabah bishirecem,gorum nece chixacaq.Teshekkurler.

  64. Salam Feride xanim, ilk defedi sizin reseptden naraziyam ( qogallarim bu reseptle cox quru alindi e. Belke de men neyise sehv etdim ama basqa reseptle daha yumsaq alindi (

    • Bəlkə yağı az olub. Məndə çox quru alınmır. Birdə ki, ərinmiş yağdan istifadə edin, o yumşaq edir.

  65. Feride xanim, cox sag olun. Size cox minnetdaram. Sizin reseptleri cox arxayinliqla istifade edirem, cunki bizden once siz ozunuz onu sinaqdan kecirirsiz. Hamisi da yaxshi alinir. Bayraminiz mubarek!

    Bir cox saytlar ise sizin reseptleri yazir, teessuf ki menbeni qeyd etmirler. Amma shexsen men kommentlerde qeyd edirem sizin resept oldugunu.

    Ugurlar size!
    Haqqinizi halal edin!

  66. Coxsagolun resepte gore,birazdan men de hazirlayacam.Gorek nece alinacaq

  67. Nece yaxşı oldu bu resepti tapmağım. Çox maraqlıydı mene göresen duzlu şorqoğalının içliyi nece olur. Bizde Lenkeran da içliyi şirin eleyirler ama men bu duzlu içlikli olan şorqoğalını da beyenirem. Teşekkürler

Bir cavab yazın