Best in the World!
Dadlı yemək reseptləri bloqu

Posts Tagged göbələk

Sarımsaqlı Sari Göbələk Qızartması

Sarımsaqlı Sari Göbələk Qızartması

Sarı göbələk (chanterelle) adından da bəlli olduğu kimi sarı rəngdə olur. Xüsusən meşələrdə bitən bu göbələk növünün özünəməxsus xoş yumuşaq dadı var. Bu göbələyin digər xüsusiyyəti də odur ki, qızartma və digər yeməklərdə əzilib formasını itirmir, əksinə yüksək hərarətlərə dayanıqlıdır.

Bu reseptdə sarı göbələyi bol sarımsaqla qızardıb, təzə cəfəriylə tamını bir az da zənginləşdiririk. Asan və ləzzətli yeməkdir.

Sarımsaqlı Sari Göbələk Qızartması

Ərzaqlar:

Yarım kilo sarı göbələk
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı  zeytun yağı
4-5 ədəd iri sarımsaq dişi, qabığı soyulub, xırda doğranmış
Duz
İstiot
2 xörək qaşığı xırda doğranmış cəfəri

Hazırlanma Qaydası:

Göbələkləri yumayın (yoxsa bişdikləri vaxt su salar və çox yumuşalarlar). Onları islaq çay dəsmalıyla silib təmizləyin. İri göbələkləri bir neçə hissəyə, balacaları isə iki hissəyə bölun.

Tavada kərə yağı və zeytun yağını qızdırın. Göbələkləri əlavə edib, arada qarışdıraraq, suyu çəkilənə və yağa düşənədək bişirin.

Sarımsağı əlavə edib, duz və istiot vurun. Göbələk qızaranadək, təxminəın 5-7 dəqiqə bişirin. Tavanı kənara çəkib, üstünə cəfəri səpin. Süfrəyi verin.