Best in the World!
Dadlı yemək reseptləri bloqu

Posts Tagged turşu

Sarımsaq Turşusu

Sarımsaq Turşusu

Sarımsağı çox xoşlayıram. Təzə sarımsağı da, diş sarımsağı da, turşusunu da. Bəs siz necə? Xoşlayırsınız? Qış aylarında turşu sarımsaq xəmir xörəklərinin yanında yaxşı gedir. İndi ki, soyuq qış ayları yaxınlaşır (düzü burada o qədər soyuq olmur, amma yenə də qış qışdır), turşu düzəltməyin tam vaxtıdır.

Sarımsaq Turşusu

Qeyd: Sarımsaq bankalarda 2 il belə qala bilər. Nə qədər çox qalsa, bir o qədər dadı yaxşı olar.

1 litrlik banka üçün

Ərzaqlar:

10 baş sarımsaq (təxminən yarım kilo)
4 ədəd dəfnə yarpağı
4 ədəd mixək
5-6 ədəd yumru qara istiot
2 xörək qaşığı iri duz
Təxminən 2 stəkan üzüm sirkəsi

Hazırlanma Qaydası:

Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın.

Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün.

Bankanı bağlayın. Ehmallıca o tərəf bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.