Best in the World!
Dadlı yemək reseptləri bloqu

Tökmə Kələm Piroqu

AZCookbook - Westgold

kelem piroqu_09

Bu piroqun adında tökmə sözü ona görə var ki, xəmiri bərk deyil, duru olur, və bu xəmir doğranmış kələmin üstünə tökülərək, piroq bişirilir. Bu resepti fikirləşmədən asan və ləzzətli reseptlər repertuarınıza daxil edə bilərsiniz. Nuş olsun!

Tökmə Kələm Piroqu

Ərzaqlar

İçlik üçün:
1 kələm (təxminən bir kilo yarımlıq)
70 qram Westgold kərə yağı
1 baş soğan
Zövqə görə doğranmış təzə şüyüd (qurudulmuş şüyüdlə əvəz etmək olar)
Duz-istiot

Tökmə Xəmir üçün:
3 yumurta
6 xörək qaşığı xama
2 xörək qaşığı mayonez (mayonezi xama ilə əvəz etmək olar, mayonez mütləq deyil)
1 çay qaşığı duz
2 çay qaşığı qabartma tozu
5 xörək qaşığı un
Bir çimdik güncüt

Hazırlanma Qaydası

Tökmə Kələm Piroqu

8 stəkan doğranmış kələm əldə etmək şərtilə kələmi xırda-xırda doğrayın. İri qaba qoyub üstünə bir neçə çimdik duz səpin.

kelem piroqu_02

Əlinizlə kələmi bir az əzib yumşaldın (çox əzməyin!).

kelem piroqu_03

Digər tərəfdən soğanı xırda-xırda doğrayıb kərə yağında bir az qızardın. Qızarmış soğanı kələmin üstünə tökün. Buraya göyərti, zövqə görə duz və istiot əlavə edib qarışdırın. İçlik hazırdır.

kelem piroqu_04

Kənarları çıxan xüsusi yumru tort formasının içini bir az yağlayın. Kələmli içliyi formaya boşaldın. Formanı kənara qoyun.

kelem piroqu_05

Ayrı qabda yumurta, xama və mayonezi mikserkə bir neçə dəqiqə çalın. Duz, qabartma tozu və unu əlavə edib ərzaqlar qarışanadək çalmağa davam edin (çox çalmağa gərək yoxdur). Alınan kütlə sulu olmalıdır (amma çox deyil). Bu kütləni formadakı içliyin üstünə töküb, qaşıqla hamarlayın. Çəngəl vasitəsilə piroqu üstdən bir az deşin ki, kələm xəmiri bir az çəksin. Xəmirin üstünə güncüt səpin.

kelem piroqu_07

Sobanı 180C dərəcəyədək qızdırın. Piroqu 30-35 dəqiqə, yaxud üstü qızaranadək bişirin. Sobadan çıxardıb bir qədər soyumağını gözləyin. Soyuduqdan sonra formanın kənarlarını çıxardıb, piroqu süfrəyə verin.

kelem piroqu_08

Piroqun xəmiri sadəcə üstdə qalıbsa, piroqun altı  isə kələmdirsə, narahat olmayın. Astaca piroqu kələmli tərəfi yuxarı gəlmək şərtilə bir qaba endərin.

Şərh yazmağı unutmayın! Müzakirəyə qoşulun.

kelem piroqu_10

AZCookbook - Westgold Facebook

Bir cavab yazın

15 Şərh
  1. salam men cox isterdim araxisli risept yeke yer findigi

  2. Salam Feride xanim cox xoşuma gəldi bu receptdən bəhrələnəcəm.receptlərinizin coxusu xoşuma gəlir

  3. Salam Feride xanim,sizi hemise izleyirem,yemeklerinizden de cox faydalaniram.Demek olar ki coxunu bisirmisem,cox dadli da alinib.Allah razi olsun sizden bize cox seyi oyredirsiz,izahiniza da soz ola bilmez.Sizi virtualda olsa cox sevirem.tokme kelem piroqu cox lezzerli gorunur,hazirlayib serhimi yazacam.Hemise bele sevimli qalin))

  4. Maraqlidir.Hemise Turk metbexinde bele qeyri adi reseptlerle qarsilasirig.Bizim metbexede aid bele reseptler olsa cox sevinerik.cox sag olun.

  5. Ferıde xanım salam bu sayta gore sıze cox mınnetdaram,xarıcde yasayıram veazerbaycan yemeklerını bısırırmek ısteyende ılk sızın blogu acıb oxuyuram.Sızdn bır xahısım var gus sudu tortunun resptını hec yerde tapa bılmırem,bıskıvıtle olan deyıl onun xususı xemırı vardı bılırsınızse yazmanızı cox cox xahıs edırem

  6. Kayısılı revani için malzemeler
    3 yumurta
    1 çay bardağı pudra şekeri
    1 su bardağı irmik
    1 su bardağı yoğurt
    1 su bardağı un
    1 paket vanilya
    1 paket kabartma tozu
    10 adet kuru kayısı
    1 çay bardağı iri kıyılmış ceviz
    Şerbet
    2.5 su bardağı toz şeker
    3.5 su bardağı su
    1 yemek kaşığı limon

  7. Salam!Feride xanim,bu Revanini bisirmisem.Coc cox dadlidi.Inaninki bisirseniz sizinde cox razi qalacagsa umud edirem.

  8. Tesekkurler, Feride xanim. Inshallah bisirib dadina baxariq. Nehayet ki, bloqunuza abune oldum. Cox xosbextem, sizi cox sevirem

  9. Bu gun tokme kelem piroqunu hazirladim. Cox dadli idi. Evde hami beyendi hetta axsama bir tike bele qalmadi.
    Feride xanim bele gozel recepte gore size minnetdaram.

  10. Ne maraqli ve sade reseptdir. Kelemi sevirem. Mutleq bishirecem bunu.

Bir cavab yazın