Best in the World!
Dadlı yemək reseptləri bloqu

“Daşarası” Toyuq və yaxud Azərbaycansayağı Tabaka

“Daşarası” Toyuq və yaxud Tabaka

Düzü, bu toyuğun sözün əsl mənasında daşarası adına laiq olması üçün gərək onu dədə-baba qaydasıyla, iki yastı çay daşı arasına qoyaraq bişirərdim. Mən isə onu müasir mətbəxin şərtlərinə əməl edərək bişirdim. Belə ki, müasir mətbəxdə, iki daş, tava və toyuğun üstünə yüklənmiş hər hansı bir ağırlıqla əvəz olunur. Beləliklə, daşarası olur tabaka. Deyirlər tabaka yeməyinin əsl vətəni Gürcüstandır, və tabaka Gürcü sözü tafa – yəni bizim bildiyimiz tava deməkdir. Mən biləni, Gürcüstanda hazırlanan tabaka xusisi turşməzə sousla süfrəyə verilir. Burada gördüyünüz tabaka isə Azərbaycansayağıdır. Nuş Olsun.

Resept buradan adaptə edilmişdir (orijinal reseptin tərtibçisi Stalikə dərin təşəkkürlər)

1 ədəd toyuq (təxminən bir kilo, bir kilo yarımlıq)
3 xörək qaşığı kərə yağı

Marinad Üçün:

4 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı qurudulmuş kəklikotu
1 xörək qaşığı şirin qırmızı bibər tozu (paprika)
bir çay qaşığının dörtdə biri qədər döyülmüş  zirə
8 diş sarımsaq – soyub əzin
2 xörək qaşığı limon suyu
Duz
İstiot

Üstünə:

doğranmış keşniş
nar gilələri

Toyuğu yuyub qurulayın. Quyruğunu kəsib atıb. Toyuğu döşü üstə olmaq şərtilə mətbəx taxtasının üstünə qoyun. İti bıcaqla və ya mətbəx qayçısıyla döş sümüyünün ortasından elə kəsin ki, döş əti ikiyə bölünsün, amma toyuqdan ayrılmasın.  Toyuğu o tərəfə çevirib üstündən basın ki, yastılansın.

Marinadın ərzaqlarını bir qabda yaxşıca qarışdırın. Toyuğun hər tərəfinə bu marinadı çəkin. Toyuğu yastı qaba yerləşdirib, üstünü örtün və  marinə olması üçün soyuducuya qoyun – ən azı 3 saatlığına. Toyuq marinadda nə qədər çox qalsa, bişdiyində o qədər dadlı olar. Toyuq marinadda bir gecə də qala bilər.

Qalın tavada 3 qaşıq yağ qızdırın. Toyuğu  döş əti üstə olmaq şərtilə tavaya qoyun. Sonra isə üstünə ağırlıq yerləşdirin ki, toyuğu yastı tutsun. Mən adətən toyuğun üstünə alt-üst çevrilmiş yastı qab qoyuram, bunu üstünə isə su dolu balaca qasan.

Toyuğun bir tərəfini orta odda təxminən 15 dəqiqə, və yaxud qızaranadək bişirin. Sonra o biri tərəfinə çevirib, o tərəfi də qızardın. Hazır toyuğu süfrəyə verməzdən əvvəl, üstünə göyərti və nar gilələri səpin. Nuş  olsun!


Bir cavab yazın

19 Şərh
  1. feride selam men sene elektron adresimi gönderdim. Maman deyir ki, sende yok

  2. Qonşu qızı deme . Canım nasılsan. İyimsen. Çoçuklar nasıl.
    Ayten ve uşaqlar iyidirler. Meltem ve Emre nasıl.
    Anna babaları ile barışdılarmı. Annan ile tez-tez söhbetleşirem.
    Senin fotoaparatının başını tapdım. Annena vererem.
    Öpdüm seni çok-çok. Ellerine sağlık. Senin bu saytını Türkiyede yaşanan ablamın gelininede verdim. salamat kal. Allaha emanet.

  3. Cox maraqli rechepdir. Chox sag olun, mutleq hazirlayacagam, belke yeni il uchun qesheng hediyye oldu mene.

  4. Sekilde dadli gorsenir.bundan mutleq edeceyem.tesekkurler.

  5. Salam Feride xanim. Size oz minnetdarliqimi bildirirem . Reseptlerinizi cox aydin sekilde izah edirsiniz Bu bizlere daha deqiq hazirlamaqa komek edir Cox Saqolun Size her bir islerinizde uqurlar dileyirem

  6. Salam Feride xanim.Men sizin araniza yeni qatılanlardanam. Yeni reseptinizi çox beyendim. Gelen yeni reseptleriniz arasında Quş südü tortunu görsen meni çox sevindirmiş olarsınız. Əvvəlcədən təşəkkürlər.

  7. Salam Feride xanim sizi ve butun bloqdakilari qarsidan gelen 31 dekabr AZERBAYCANlilarin hemreyliliyi gunu ve yeni il munasibetile urekden tebrik edirem arzu edirem ki yeni il size saglik ve xosbextlik yeni yeni ugurlar getirsin.Resetiniz cox dadli gorunur ellerine saglik calisacam yeni il sufresi ucun hazirlayim ,tesekkurler.

  8. Salam feride xanim..BLogunuzda yeniyem ve cox beyendim. ELLerinize sagLik 🙂 sizden xahisim kiev kotLetinin reseptini istiyerdim,eger mumkunse.cox sagoLun:-)

  9. salam feride xanim yeni iliniz de mubarek basa dusmedim ZIRE nedir?

  10. MEHRIBAN: Zire edvadir. Toxumdur. Ruscasi kumindir.

  11. keklikotu,zire, limon Vallah agzimin suyu axdi

  12. SOBADA BISIRMEK OLAR?

  13. AYSEN: Olar. Üstünə ağırlıq qoyun.

  14. bishirdim bu toyugu qaynatamin yoldashimin cox xoshlarina geldi. Xeyli teriflendim teshekkurler

  15. Kumin yoxee Tmin. Men Rusiyada yashiyiram bilmirdim zire nedi ama kumin sozu yoxdu tmindi men aldim tmin bishirdim toyugu.

  16. men sobada eledim mende tabaka ucun tava var ustunde agir demir sora demir tutulacagi var sixilir onnan imenno tabaka ucundu,tavani qoydum sobada bishirdim.olar sobada

  17. Salam Feride xanım bu yeməyi bisirdim cooox super alındı.. evdekilerin xosuna geldi… canınıza sagliq… coxlu terif aldım 🙂

  18. Zire nedir?

  19. Salam feride xanim mende reseptinizi cox beyendim ozumde Gurcustanli yam bu gun 1ci defe biwirecem gorek nece alinacaq Inwallah yaxsi alinar sagol

Bir cavab yazın