Best in the World!
Dadlı yemək reseptləri bloqu

Toyuqlu Bulqur Plovu

Westgold

Toyuqlu Bulqur Plovu

Toyuqlu Bulqur Plovu

4 pay üçün

Ərzaqlar:
1 baş soğan
1 ədəd toyuğun döş əti
5-6 qaşıq Westgold kərə yağı
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı qırmızı bibər pastası (zəruri deyil)
3 stəkan iri bulqur (plovluq bulqur)
Duz
İstiot

Hazırlanma Qaydası:
Soğanı xırda-xırda doğrayın. Toyuq ətini kubiklərə doğrayın.

Toyuqlu Bulqur Plovu

Orta ölçülü qazanda kərə yağını əridin. Soğanı bu yağda yumuşalanadək bişirin. Sonra toyuq ətini əlavə edib, toyuq və soğan bir az qızaranadək bişirin.

Toyuqlu Bulqur Plovu

Tomatları əlavə edib, bir dəqiqə ərzində bişirin.

Toyuqlu Bulqur Plovu

Bulquru əlavə edib, yarım dəqiqə tez-tez qarışdırın. Zövqə görə duz-istiot vurun.

photo3

Qazana isti su (toyuq  bulyonu da olar) əlavə edin  – su iki barmaq qədər bulqurun üstünü örtməlidir. Qazanın qapağını qoyub, bulquru orta odda suyu çəkilənədək bişirin. Arada qarışdıra bilərsiniz ki, dibi yapışmasın. Hazır plovu kənara çəkib, qapağın arasına çay dəsmalı və ya kağız dəsmal qoyun ki, plov təxminən 10 dəqiqə  dəmlənsin. Nuş olsun!

Toyuqlu Bulqur Plovu

Westgold

Bir cavab yazın

13 Şərh
  1. Dadlı görünür.. Əllərinə saglık Fəridə bacı..

  2. Çox gözəl dadı olacağına əminəm. Mütləq bişirəcəm. Çox sağ olun 🙂

  3. bulqur nedir? imkan varsa tercumesini yazin

    • Bulqur bulqurdur. Azərbaycanda yarma adı ilə tanınır, amma bəzən yarma bulqurdan bir az daha gec bişən olur. Marketlərdə bulqur soruşsanız məncə bilərlər.

      • Salam Feride xanim,Tahin Bakida satilir mi?? belke Azerbaycanda bashqa bir adla satilir?

        • Eşitdiyimə görə bəzi böyük və yaxud nadir tapılan ərzaq satan marketlərdə var. Küncüt əzməsi kimi də keçə bilər adı.

  4. Mən bisirdim. Cox dadli alindi. Tesekkur edirem resepte gore. Evdekiler de cox beyendi. Allah sizden razi olsun

  5. manda eyni bu qaydada hazirlayiram.amma man yerkokuda ala va ediram.cox lazzatli olur.

  6. Salam. Fəridə xanim 3 ay olar ki sehifenizi ziyeret edirem ve bu sehifey rastladqim icin cox sevinirem. insallah aile quracam yaxin aylarda ve metbexde bisireceyim tum yemeklerin ekseriyetini sizin vermiş olduqunuz rseptler teşkil edir, bele dadlı reseptler ve gozel meslehetler ucun çoooooxx luca tesekkurler edirem. ve sizden xais ederdim ki mene xingalin yanina vermek ucun toyuqu nece bisirmek lazim olduqunu yazasiniz mumkunse , bir daha tesekkurler !

  7. aaaaaaa..ne yaxci bulqur en sevdiyim yemeklerdendir…..hemde buu cox dadli yemeye oxwayir..elinize sagliq biwirecem inwallah sizlerde biwirin yeyin hamiya nuw olsunn indidenn))))akkuw

  8. Salam, cox sag olun, Feride xanim,cox ela ve dadli alindi. Bulqurdan coxdan ne ise hazirlamaq isteyirdim,amma bilmirdim ne. Evde de memnuniyyetle yediler 🙂

  9. Lap acidim))))

  10. Cox gozel. 3cu defediki eliyirem. Ellerinize sagliq. Daha cox yeni resseptler paylassaniz cox gozel olar

Bir cavab yazın