Best in the World!
Dadlı yemək reseptləri bloqu

Xoş Gəldin, Üzüm Yarpağı!

Həyətimizdə  balaca üzüm tənəyi var. Bu il üstündə o qədər yarpağı oldu ki, yığmaqla qurtarmır. Elə hey artır. Mən də yarpaqlar artdıqca onları yığıram və ya dolma bişirirəm, ya da qışa saxlayıram. Bildiyiniz kimi, yarpağı xüsusi metoda əsasən bankalara yığıb da qışa saxlamaq olar. Amma düzü, mən bu  metotdan istifadə etmirəm. Ona görə ki, təzə yarpağı sonra istifadə etmək üçün elə təzəcə saxlamaq olar. Necə? İndi hər şeyi başa salacağam.

Bakıda mənə pay verilən butulka yarpağı.

Bu isə digər üsul – yarpaqlar plastik ziploc torbasına doldurulub, buzluğa qoyulur.

#  1 – Plastmas butulkada üzüm yarpağı

Bu üsul Azərbaycanda yayğındır. Cavan üzüm yarpaqları yığılır, üç-üç, beş-beş olmaq şərtilə üst-üstə düzülür, və boş plastmas butulkanın içinə salınır. Butulka dolduqca, çubuqla yarpaqların üstünə bastırılır ki, yeni yer açılsın. Buraya nə duz, nə də su vurulur. Butulka dolanda, qapağını sız bağlayıb, butulkanı sərin yeri qoyun. 1 il hətta 2 il belə sərin yerdə qala bilər. Yarpaqlar lazım olduğunda, butulkanı ortadan bıçaqla kəsib ikiyə bölün. Yarpaqları çıxardın. Dolma bişirin.

Ziploc torbasına yığılan üzüm yarpağı buzluqda saxlana bilər.

#  2 – Ziploc torbalarında üzüm yarpağı

Mənim istifadə etdiyim üsul. Təzə yarpaqları bir-birinin üstünə yığıb, şəkildə gördüyünüz ziploc torbasına yerləşdirin. Torbanı kip bağlayıb buzluğa qoyun. Yarpaqlar bu torbada uzum müddət təravətini qoruyaraq, saxlana bilər. Lazım olduğunda çıxardıb istifadə edin.

Məltəm üzüm yarpağı yığır. Tezliklə süfrədə dolma olacaq.

Bir cavab yazın

29 Şərh
  1. Salam Feride .necesen.menim Anam ve qaynanamda bu usuldan(butulka) istifade edir.Meltem qizindir.Allah saxlasin opurem onuda senide

  2. Salam Fəridə necesen qızındır?ALLAH saxlsın !öpürem .Məndə bu usuldan istifadə etdim. ilk dəfədir. Məktəbdə öyrənmişdim.Çox sag ol.ALLAH sendən razı olsun

  3. bagislayin bu ziploc torbalarini hardan almak olar?

  4. No Frost soyuducularinin buzxanasinda men yarpaqlari saxlamiwam.cox qalwi qalir.her soyuducunun buzxanasinda qalmir.Men yawil lobyani ,badimcani,biberi bu usulla qiwa saxlayi ram.Deyerli meslihetleriniz ucun cox sag olun.Allah qizinizi xowbext elesin.Amin

  5. Men butulkada saxlanan yarpagi beyenmirem,qurumuw iyi verir.bu il portleme usuluyla etmiwik.heleki yaxwidirlar.rengi de,qaynanam demiwken kehraba kimi

  6. salam. No Frost soyuducularinda badimcan, biber və digər meyvə-tərəvəzlər qış üçün necə saxlanılır?

  7. SUSAN – Yəgin böyük supermarketlərdə var.

    ŞƏFƏQ – Sual yəgin Hüsniyyəyədir. Mən No Frost nədir bilmirəm.

  8. butulkaya cubuq yerıdıb yarpaqları basanda desılır.sonra dolma bukende adamı ıncıdır.gorursen cırılmıs yarpaqları mecbursan atmaga.bunun bır elacı var.yarpaqları 3-4 olmaqla ust-uste yıgırsan ve sıqaret kımı bukub salırsan butulkaya.sonra dolduqca butulkanın altını yere berk-berk vurusan.netıcede yarpaqlar gelır oz yerını alır.

  9. yadımdan cıxdı.bız butulkaya duzlu su da tokuruk ve ıllerle saxlamaq olur.amma butulklanı kesıb cıxaranda fontan vurur.ehtıyatlı olmaq lazımdır.

  10. No Frost bilmirsiz nedi?indi soyuducularin demek olar ki 90 % i ele olur da.yeni dondarmayan,uzlamayan saxtasiz soyuducular.bu soyuducularin buzluguna hansi terevezi qoyursuz qoyun tep teze qalir yenice alinan kimi.ne qeder de isteyirsiz saxlamaq olur.yaydan lap qisa kimi.

  11. buzlamayan yazmaq istemisem

  12. tawakkur siza farida xanim.hamda bela dondurmada az yer tutur.va saliqali olur.

  13. FERİDE XANİM SUPERSİNİZ ALLAH HAQQİ BUTULKADA SAXLAMAQ QAYDASİNİ BİLİRDİM O.BİRİSİNİ YOX İNDİ OYRENDİM.COX SAĞ OLUN

  14. BUNU BİLİRDİM.TƏŞƏKKÜRLƏR

  15. Salam dostlar. Mən də yarpağı salafan torbaya yığıb soyuducunun buz gözündə saxlamışam və çox dadlı dolmalar alınıb. Bir şərtlə ki, salafanların ağzı kip bağlı olsun. Fəridə xanım sizəsə böyük təşəkkür borcluyam. 1ildi evliyəm və Londonda yaşayıram. Yoldaşımin milli və ya əcnəbi mətbəximizdən dadmaq istədiyi əksər yemək, şiriniyyat, mürəbbə reseptlərin sizin səhifənizdən götürürəm. Ətraflı və şəkilli izahsa bizim kimi yen başlayanların işini çox yüngülləşdirir 🙂 sizə uğurlar arzulayıram. Sizdən yeni-yeni reseptlər gözləyirik 🙂

  16. Salam Aleykum Fəridə xanım. Əvvəlcədən təşəkkürlər bir birindən gozəl reseptlər üçün… Bu üzüm yarpağı üçün qeyd etdiyiniz Ziploc torbasını Bakıda tapmaq mümkün deyil axı 🙁 başqa nədən istifadə etmək olar?

  17. ASMER AKBER – Əsas odur ki yarpaqlar kip bağlanan bir torbanın içində olsunlar, içinə hava girməsin. Bəlkə ziploc torbalarına bənzər nəsə olar Bakıda?

  18. Salam men de yarpagi soyuducuda saxlayiram.Marketlerde (Bakida) “buz dolabi poseti” satilir. Men onlardan istifade edirem.

  19. Salam Feride xanim! Goyertini 1 hefte nede saxlamaq lazimdir ki, xarab olmasin. Kulyokda saxlayanda qaralir ve solur.

  20. Nigar,göyərtini yuduqdan sonra tam qurutmaq lazımdır. Sonra isə göyərti saxlamaq üçün plastik qablara qoyub,qapağını kip örtməklə soyuducuda saxlamaq olar. Nəzərə almaq lazımdır ki soyuducunun tempraturu da dondura bilər, mümkünsə tempratur azaldılmalıdır.

  21. salam mən sizinlə yalançı dolmanın hazırlanma qaydasın bölüşmek isteyirem.indi əsil vaxtıdır.1stıkan yuyulmuş düyüyə 1baş soğan xırda doğrayırıq göyərtilərdən keşniş çol kişnişi yaşıl soğan yaşıl sarımsaq yarpağı şüyüd təzə vəya quru nanə doğrayırıq 1kartofu sürtgəcdən keçirib suyun sıxıb atırıq özünisə göyərti ilə düyüyə əlavə edirik sonra bura 1yumurtada vururuq.zövqə görə duz istiot vururuq.yağıda zövqə görə əlavə edib yaxşıca qarışdırıq.sonra səliqəilə ya təzə olmasada qışa saxladığımız üzüm yarpağına bükürük.

  22. bişirəndədə dolmaların üstünü bildiyimiz kimi boşqabla örtüb su töküb vam xodda düyü bişənə qədər bişirrik.sarımsaq qatıqla çox ləzzətli olur.mən artıq bir neçə dəfə təzə yarpaqla hazırlamışam.qaynanam daha çox bəyənib.sizdə sınayın peşman olmarsız.nəcibə

  23. salam doslar necəsiz ? Fəridə xanım sizədə çox təşəkkürlər verdiyiniz reseptlərə görə sağ olun .

  24. feride xanimkas meltemin yerine men yigardm

  25. Hamınıza cox təşəkkür edirəm, həm məsləhətlər ücün, həm də reseplərə görə. Amma mən yalancı dolmanı kələmlə edirəm, inanın cox dadlı olur, icinə bir az da tomat vururam, amma yeyəndə sarımsaq qatıqla yeyirəm. Prob eleseniz peşman olmazsız. Təşəkkür edirəm hər bir kəsə Fəridə xanım sizə də.

  26. Menim anam da butulka usulla edir,amma Zaqatala rayonunda qizil guller de arasina qoyub baglayirlar,amma butulka usulu en rahat usuldu

  27. bu torbadan bakida ikea-dan almaq olar)))

  28. men adi nazik pinqivin klyoklari olur ha ona bukub klyokun da agzini qatlayib buzluga qoyuram.olmaz bele?

    • Ağzı kip bağlanan hər hansı kulyok ola bilər.

Bir cavab yazın